6-03-2024, 18:09 368

Prezident İlham Əliyev Azərbaycan qadınlarını təbrik edib

Prezident İlham Əliyev 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarına təbrik ünvanlayıb.

"AVESTA.AZ" xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli xanımlar!

Sizi Beynəlxalq Qadınlar Günü münasibətilə səmimi-qəlbdən təbrik edir, hamınıza cansağlığı, səadət və gələcək işlərinizdə yeni-yeni uğurlar arzulayıram.

Azərbaycan xalqı hər zaman qadına dərin ehtiram bəsləmiş, ana haqqını uca tutmuşdur. Ölkəmizdə dövlət qadın siyasətinin başlıca prinsipləri bu çoxəsrlik zəmin üzərində formalaşmışdır.

Zəngin mənəvi-əxlaqi sərvətlərimizin qorunub saxlanılması və günümüzədək layiqincə yaşadılması analarımızın adı ilə sıx bağlıdır. Gözəlliyi, zərifliyi və nəcibliyi ilə seçilən Azərbaycan qadınları həmçinin hünər və igidlik göstərərək tariximizə parlaq səhifələr yazmışlar. Onlar taleyüklü bütün sınaq anlarında həmişə cəmiyyətimizə əsl mənəvi dayaq olmuş, 44 günlük Vətən müharibəsindəki fədakarlıqları ilə bu gerçəyi bir daha sübuta yetirmişlər.

Xalqımıza xas ənənəvi ailə dəyərlərinə sadiq qalan çağdaş Azərbaycan xanımları, eyni zamanda, güclü müasirlik duyğusuna və yenilikçi təbiətə sahibdirlər. Mədəni tərəqqi yolunda əzmlə çalışmış maarifpərvər sələflərinin yaradıcı düşüncəli davamçıları kimi onların hazırkı yüksək ictimai nüfuzu və səhiyyə, təhsil, mədəniyyət, elm sahələrindəki mühüm nailiyyətləri ölkəmizin hərtərəfli inkişafını səciyyələndirən amillərdəndir.

Biz müstəqillik dövrümüzün şərəfli və qürurverici mərhələsindəyik. İnanıram ki, Azərbaycan qadınları gənc nəslin vətənə, milli ideallarımızın təcəssümü olan dövlətçiliyimizə sədaqət ruhunda yetişməsini bundan sonra da xüsusi diqqətdə saxlayacaq, cəmiyyətin yüksəlişinə ahəngdarlıq qazandıran dolğun sosial-mədəni fəaliyyətləri ilə parlaq gələcəyimiz naminə quruculuq işlərində yaxından iştirak edəcəklər".

Paylaş

Xəbər lenti

İsti havada hansı içkilər təhlükəlidir? - Mütəxəssislər xəbərdarlıq edir Bu gün, 16:48 Ərini öldürən qadının məhkəməsi: "11 ay mənimlə üzbəüz oturub çörək yeyib, oğlumu öldürdüyünü gizlədib" Bu gün, 16:48 Bakcell gənc qızların İKT sahəsində təhsilinə dəstək verir Bu gün, 16:48 Bu tarixlərdə Bakıda güclü külək əsəcək - XƏBƏRDARLIQ Bu gün, 16:48 İsmayıllıda lotereyadan 100 000 manat uduldu Bu gün, 15:48 ARDNF I rübdə 22 ton qızıl satıb Bu gün, 15:48 İran: Hörmüz Boğazının açılması mümkün deyil Bu gün, 15:48 Salyanda marketdə yararsız məhsullar və saxta içkilər tapıldı Bu gün, 15:48 ABŞ İranla bağlı əməliyyatda 31 gəmini geri qaytardı Bu gün, 15:48 Bakı metrosunda qatarların hərəkəti tam bərpa olunub Bu gün, 15:48 Tuapsedə PUA hücumundan sonra "qara yağış" canlılara ZƏRƏR VURUB Bu gün, 15:48 Arda Gülər zədələndi Bu gün, 15:48 Dövlət Xidmətində rüşvətlə bağlı əməliyyat - İki vəzifəli şəxs saxlanıldı Bu gün, 15:48 Cibdən "iPhone" oğurlayan şəxs SAXLANILDI Bu gün, 15:48 Nazir Arzu Qarazadəyə vəzifə verdi Bu gün, 14:48 Sosial ödəniş alanların NƏZƏRİNƏ! Sabah YEKUNLAŞACAQ Bu gün, 14:48 Ağstafada qəza, xəsarət alanlar var Bu gün, 14:48 İran millisinin ABŞ-də keçiriləcək DÇ-2026 oyunlarına hazır olduğu açıqlanıb Bu gün, 14:48 Prezident İlham Əliyev: Azərbaycan Ağsaqqallar Şurası ölkəmizin inkişafına töhfə verir Bu gün, 13:48 Prezident: Azərbaycan xalqının ağsaqqallıq ənənəsi milli irsimizin ən mühüm dayaqlarından biridir Bu gün, 13:48 Gəncə və Göygöldə qanunsuz tikililər sökülüb Bu gün, 13:48 2027-ci ildə Avropa Birliyinə daha bir ölkə qoşula bilər Bu gün, 13:48 Günəşdə partlayış qeydə alınıb Bu gün, 13:48 Elektrik xətlərinə dəyən təyyarə dayanacağa düşdü Bu gün, 13:48 Şirkət internet çəkdi, işçilərin maaşını vermədi: "Adıma 3200 manat vergi borcu yaranıb, ödəmirlər" Bu gün, 13:48 Edqars Rinkeviçs Heydər Əliyev Mərkəzini ziyarət edib Bu gün, 12:48 Hirkan–Daşdatük–Biləsər avtomobil yolunda torpaq sürüşməsi yenidən aktivləşib Bu gün, 12:48 Kür məcrasından çıxdı, kənd sakinlərinə ciddi ziyan dəydi Bu gün, 12:48 Bakıda polisə müqavimət göstərənlər tutuldu - Silah tətbiq edildi Bu gün, 12:48 Florensiyada turist tarixi heykəli zədələyib: 5 min avroluq ziyan Bu gün, 12:48 Hörmüzdəki minaların təmizlənməsi bu qədər müddətə bitə bilər Bu gün, 12:48 "Fantaziya" hamamının söküləcəyi ilə bağlı iddialara - Cavab Bu gün, 12:48 Müğənni Rəqsanə İsmayılova barəsində qətimkan tədbiri dəyişdirilib Bu gün, 12:48 TƏBİB: Yeni təyinatlarla bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir Bu gün, 12:48 İlham Əliyev: İnanıram ki, IX Qurultay Ağsaqqallar Şurasının fəaliyyətini təkmilləşdirəcək Bu gün, 12:48 I rübdə 89 cinayət işi başlanıb, milyonlarla manat ziyan ödənilib Bu gün, 12:48 İncəsənət məktəblərinə qəbul imtahanlarının əyani mərhələsi başlayır Bu gün, 12:48 Nazirlik əhaliyə XƏBƏRDARLIQ ETDİ! Yaxın günlərdə... Bu gün, 11:48 Görünüş məsafəsi 1000 metrədək məhdudlaşır Bu gün, 11:48 "SOCAR Trading": Qlobal neft bazarı Hörmüz boğazındakı böhranın təsiri altındadır Bu gün, 11:48 Sabah saat 10-dan QAZ OLMAYACAQ - Bu ərazilərdə... Bu gün, 11:48 Laçın kanat yolunun inşası bu ilin sonuna qədər tamamlanacaq Bu gün, 11:48 Azərbaycanda bu şəxslərə ömürlük azadlıqdan məhrumetmə cəzası verilə bilməz Bu gün, 11:48 Beynəlхalq axtarışda olan 2 şəxs Azərbaycana ekstradisiya edilib Bu gün, 11:48 Nobel mükafatlı yazıçı vəfat edib Bu gün, 11:48 Kür çayı daşdı, evləri və əkin sahələrini su basdı - ADSEA-dan açıqlama Bu gün, 11:48 Latviya Prezidentinin Azərbaycana səfəri başa çatıb Bu gün, 11:48 Ağcabədidə Kür çayı bəndi yarıb Bu gün, 11:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR