
Rusiya Silahlı Qüvvələrinin Ukraynanın Odessa şəhərini atəşə tutması nəticəsində beş nəfər ölüb.
“Report” ya istinadən xəbər verir ki, bu barədə Ukraynanın Hərbi-Dəniz Qüvvələrinin sözçüsü Dmitro Pletençuk bildirib.
“Düşmən şəhərin liman infrastrukturuna zərbə endirib. Beş nəfər həlak olub”, – hərbi qurumun nümayəndəsi açıqlayıb.
Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski martın 6-da səhər saatlarında Yunanıstanın Baş naziri Kiriakos Mitsotakislə birlikdə şəhərdə olduğu zaman Rusiyanın Odessaya endirdiyi zərbəni gördüyünü . O həmçinin qeyd edib ki, Rusiyanın bu həmləsi sonucunda ölən və yaralananlar olub.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.