7-03-2024, 12:51 500

Qərbin donor təşkilatları ilə gizli əməkdaşlıq edənlər - ifşa kampaniyası davam edir - ŞƏRH

Ötən gün Daxili İşlər Nazirliyi sosial şəbəkələrdə ölkədə fəaliyyət göstərən Toplum TV-də axtarış aparılması ilə bağlı yayılan xəbərləri təsdiq edib. Nazirliyin Mətbuat xidmətindən bildirilib ki, paytaxtın Nərimanov rayonu Y.V.Çəmənzəminli ev 98 B ünvanında yerləşən ofisdə və əlavə digər ünvanlarda bir qrup şəxsin fəaliyyəti ilə bağlı daxil olan məlumat üzrə polis əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri keçirilib.

Nazirliyin bu açıqlaması sosial şəbəkələrdə yaşanan ajiotajın əsassız olduğunu, bu axtarış tədbirlərinin qanun çərçivəsində həyata keçirildiyini ortaya qoyub. Aparılan tədbirlərdən sonra cinayət işi də başlanılıb. Bu iş çərçivəsində saxlanılan şəxslərdən bəzilərinə qarşı Cinayət Məcəlləsinin 206.3.2 (qaçaqmalçılıq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi açılıb.

Bu məlumatlardan bəlli olur ki, ortada konkret ittiham var və son söz də məhkəmənindir. Yəni bu məsələdə hər hansı bir qanunsuzluq, hüquq pozuntusu yoxdur, ola da bilməz. Məhkəmə sonda qanunauyğun formada öz qərarını elan edəcək.

Məsələnin digər tərəfi ondan ibarətdir ki, Qərbdə fəaliyyət göstərən bir sıra anti-Azərbaycan şəbəkələr çirkin kampaniyalarını bir an olsun dayandırmır, ölkəmizə qarşı total hücumu gücləndirirlər. “Abzas media”nı yada salaq.

Birincisi, əvvəllər də olduğu kimi, növbəti dəfə Avropa strukturları qanunazidd şəkildə medianı, jurnalistləri və ayrı-ayrı şəxsləri maliyyələşdirmək kimi çirkin oyun aparırlar. Bununla bağlı ciddi dəlillər müəyyən edilib. İkincisi, Qərb növbəti dəfə “demokratik inkişafa dəstək vermək” adı altında xeyli sayda donor təşkilatı ilə yaxın əlaqələr quraraq gizli əməkdaşlığa start verib. “Zəif bənd” kimi yenə də media orqanı altında fəaliyyət göstərən qurum seçilib. Üçüncüsü, artıq bəyan edilən faktlar geniş şəbəkə yaradılmaqla qanunsuz maliyyə maxinasiyalarının həyata keçirildiyinə və çirkli pulların yuyulduğuna dəlalət edir. Dördüncüsü, yenə də Qərb strukturları maliyyələşməni Gürcüstan vasitəsilə həyata keçiriblər. Ölkəmizdəki şəbəkəyə buradan maliyyə ötürülür. Adətən, belə təcrübəni terror təşkilatları həyata keçirirlər. Adsız kartlardan, həvalə mexanizmindən geniş istifadə olunur.

Baş verənlər bir daha təsdiq edir ki, “söz azadlığı” adı altında Qərb strukturları öz pozucu fəaliyyətlərini səngitmək fikrində deyillər. Hədəf də bəllidir - Azərbaycanda qarışıqlıq yaratmaq, mövcud sabit vəziyyəti pozmaq.

Aparılan çirkin kampaniyanın arxasında konkret olaraq hansı dövlətlərin dura biləcəyi də maraq doğurur. Sözsüz ki, ilk yerdə Azərbaycanofobiya və türkofobiya siyasətini aparan Fransa dayanır. Məhz bu ölkədən ölkəmizə qarşı çirkin qarayaxma kampaniyası aparıldığını təsdiq edən çoxsaylı faktlar mövcuddur. Fransa ilə yanaşı, bu sıraya Amerika Birləşmiş Ştatlarını (ABŞ) da daxil etmək olar. ABŞ-də keçiriləcək seçkilər ərəfəsində erməni lobbisindən dəstək almaq üçün dəridən-qabıqdan çıxan bu qüvvələr Azərbaycanı hədəf alır, xarici agent statusundan geniş yararlanır və ya xarici təsir altında olmaqda şübhəli bilinən şəxslərə qarşı tədbir görürlər. Öz ərazisində hər hansı xarici təsiri qadağan edən, buna görə vətəndaşlarını məsuliyyətə cəlb edən ABŞ digər ölkələrdə, o cümlədən Azərbaycanda bu işləri - başqasının daxili işlərinə qarışmağı böyük həvəslə həyata keçirir. Müxtəlif ölkələrdə bu əməllərə qarşı tədbirlər görüləndə isə xarici mediada həmin ölkəyə qarşı çirkin kampaniyalar təşkil edilir.

Vahid mərkəzdən idarə olunan bu kampaniya xarici medianın da iştirakı ilə həyata keçirilir. Baş verənlər fonunda Azərbaycana qarşı xarici mediada qarayaxma kampaniyasının aparılması da bu qənaəti möhkəmləndirir.

Yekunda bir şeyi də dəqiq deyə bilərik, yuxarıda adı çəkilən media orqanına qarşı qanuni tədbirlərin görülməsindən sonra xarici media, hüquq müdafiə təşkilatları, Qərb rəsmiləri tərəfindən ardıcıl ittihamların səslənəcəyi şübhəsizdir. Lakin əmin olsunlar ki, bütün bu addımlar Azərbaycanı öz daxili məkanını təxribat və qeyri-qanuni fəaliyyətlərdən qorumaqdan çəkindirməyəcək.

Paylaş

Xəbər lenti

"İnter" və "Yuventus" Azərbaycanın U-21 millisinin futbolçusu Lorenzo Mezzotero ilə maraqlanırlar Bu gün, 12:48 Mincivanda hərbi qulluqçulara xidməti mənzillərin orderləri təqdim edilib Bu gün, 12:48 Aparıcı Fira Cəlilova bağındakı əməliyyatla bağlı yeni video yaydı Bu gün, 12:48 Bir sıra mallar bütün gömrük ödənişlərindən azad oluncaq Bu gün, 12:48 Azərbaycanda şənbə günü hava dumanlı olacaq Bu gün, 12:48 Beşinci mərtəbədən yıxılaraq ölən tələbə vəfatından əvvəl atasına nə deyib? Bu gün, 12:48 Avtoservisdə ustanın 5 min manatı oğurlandı - Müştəri saxlanıldı Bu gün, 12:48 Ali məktəbdə təhsil alan uşaqlar üçün aliment ödənişlərinin 23 yaşa qədər uzadılması təklif edilib Bu gün, 12:48 Bankdan kredit götürənləri SEVİNDİRƏCƏK XƏBƏR - Borclar... Bu gün, 11:48 Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib Bu gün, 11:48 JAECOO Ginnesin Rekordlar Kitabına düşdü: üç zirvə və yeni dünya rekordu Bu gün, 11:48 İsa Həbibbəyli: Qafqaz Albaniyasının tarixi ilə bağlı araşdırmalar genişləndiriləcək Bu gün, 11:48 Milli Məclisin iclası başlayıb, 10 məsələ müzakirə ediləcək Bu gün, 11:48 Vüqar Bayramov: Zəngəzur dəhlizinin 2028-ci ilin sonlarına doğru istifadəyə verilməsi mümkündür Bu gün, 11:48 Ali Məhkəmə: Körpənin doğuşda ölümü ilə bağlı cinayət işində pozuntu var Bu gün, 11:48 Məleykə Abbaszadə C bloku ilə bağlı məsələni nəzarətə götürüb, işçi qrupu yaradılıb Bu gün, 11:48 Sənədsiz evlərlə bağlı VACİB XƏBƏR: Yeni qərar nəyi dəyişəcək? Bu gün, 11:48 Türkiyədə "Halk TV"yə qarşı əməliyyat - Ece Üner və əri saxlanıldı Bu gün, 11:48 DMX-dən Azərbaycana gələn Rusiya vətəndaşlarına XƏBƏRDARLIQ Bu gün, 10:48 Ağsuda 7 yaşlı uşağın üzərinə ağac düşməsi nəticəsində ölüb Bu gün, 10:48 AAYDA: Hacıqabul–Mincivan yolunda icazəsiz giriş-çıxış yolu təşkil edilib Bu gün, 10:48 Azərbaycanda yükdaşımalarla bağlı yeni maliyyə sanksiyası və vergi-gömrük güzəştləri müəyyənləşir Bu gün, 10:48 Səngəçalda yük avtomobillərin iştirakı ilə qəza olub, ölən var Bu gün, 10:48 Bu kəndlərdə modul tipli məktəb binaları quraşdırılacaq - 1,5 milyonluq LAYİHƏ Bu gün, 10:48 Fira Cəlilovanın evində cinayətkarı gizlədən şəxsi hansı cəza gözləyir? Bu gün, 10:48 Azərbaycanla Ermənistan arasında "Sülh körpüsü" çərçivəsində yaradılan komitələrdə müzakirələr keçirilib Bu gün, 10:48 "Beşiktaş" - "Hapoel" matçından sonra Gürcüstanda 16 nəfər SAXLANILDI Bu gün, 09:48 İraqda neft qaçaqmalçılığı ilə bağlı araşdırmalar: Yüksək vəzifəli şəxslər vəzifəsini itirəcək Bu gün, 09:48 Azərbaycanlı aktyor pilləkəndən belə yıxıldı - ANBAAN GÖRÜNTÜ Bu gün, 09:48 İbrahim Borçalının qızının nişanından GÖRÜNTÜLƏR Bu gün, 09:48 Azərbaycan Premyer Liqası: Bu gün "İmişli" "Şəfa"nı, "Neftçi" "Zirə"ni qəbul edəcək Bu gün, 09:48 Həmin şəxs Fira Cəlilovanın qohumu deyil - DETALLAR Bu gün, 09:48 Ağdərə, Xocalı və Xocavənd rayonlarına növbəti köç karvanları yola salınıb Bu gün, 08:48 İstintaqdan yayınan şəxs aparıcı Firuzə Cəlilovanın evində ələ keçdi Bu gün, 08:48 Bakıda başıaşağı duran yol nişanı sakinləri çaşbaş salıb Bu gün, 08:48 Milli Qəhrəman Pəncəli Teymurovun qardaşı Lənkəranda vəzifəyə təyin olundu Bu gün, 08:48 62 silahdaşını mühasirədən xilas edən şəhid Kamran Qasımov Bu gün, 08:48 Avtobuslar niyə düzgün park edilmir? Bu gün, 00:48 Tokayev: "TikTok" insan beynini məhv edən dəhşətli bir şeydir Bu gün, 00:48 2027-ci ildə borc içində üzəcək bürclər – XƏBƏRDARLIQ Bu gün, 00:48 Həsənin ölümünün pərdəarxası: Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? Dünən, 23:48 Putin: Xəzər dənizinin dayazlaşması narahatlıq doğurur Dünən, 23:48 Bakıda iki böyük prospektin yükü azalacaq: İşlər bitmək üzrədir Dünən, 23:48 Atobuslar niyə düzgün park edilmir? Dünən, 23:48 Babək rayonunda baş verən qəzada beş nəfər xəsarət alıb Dünən, 23:48 Bir telekanalın yayımı dayandırıldı Dünən, 22:48 Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib Dünən, 22:48 Özcan Deniz, Burcu Özberk və Deniz Çakırın ifadələri mətbuata açıqlandı Dünən, 22:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR