7-03-2024, 17:37 487

Paşinyanın yeni

Ermənistan ənənəvi xüsusiyyətlərindən əl çəkə bilmir, asılılıq, "boyunduruq" kimi amillərdən xoşallanır. Son vaxtlar rəsmi İrəvanın yürütdüyü siyasət, onları əzəli Azərbaycan torpaqlarına köçürən, dövlət qurmalarına kömək edən Rusiyaya qarşı bugünkü münasibət buna bariz nümunədir.

Hər şey Nikol Paşinyanın hakimiyyətə gəlməsi ilə dəyişdi. “Soros”çu komanda Qərbə inteqrasiyanı prioritet götürdü. Nəticədə Moskva 44 günlük 2-ci Qarabağ müharibəsində bitərəf qalaraq Ermənistana dəstək göstərmədi. Təsadüfi deyil ki, bu gün erməni siyasi hakimiyyəti müharibədəki bədbəxtliklərinin baiskarı kimi də məhz Rusiyanı görür.

Baş verənlərdən dəsr çıxarmaq əvəzinə Rusiya ilə gərginliyi günbəgün artıran İrəvan yeni himayədar axtarışına çıxıb, yeni hami ilə təhlükəsizliyinə etibarlı təminatçı qazanacağına ümid edir. Dəyişməyən odur k, Ermənistan Azərbaycan və Türkiyəni özünə rəqib görən dövlətlərlə yaxınlaşmağa çalışır, Azərbaycanofob, türkofob Fransa ilə yanaşı, Yunanıstan vasitəsilə də regionda mövqe qazanmağa ümidlidir. Hesab edirlər ki, bu dövlətlə əməkdaşlığın güclənməsi Türkiyə-Azərbaycan tandemi üçün etibarlı təminatçı və dayaq ola bilər. Artıq İkitərəfli səfərlərin sayı da artırılıb.

Yanvarın 27-də Nikol Paşinyan Yunanıstana səfəri zamanı deyib ki, 2018-ci ildə hakimiyyətə avroatlantiklər gəlib, Ermənistan Qərbə inteqrasiyanı tam dəstəkləyir. Afina da cavab səfəri kimi müdafiə naziri Nikos Dendiası kritik vaxtda, martın 4-də İrəvana yollayıb. Moskva-İrəvan gərginliyinin pik həddə olduğu ərəfədə baş tutan bu səfər təsadüfi deyil.

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) qarşı hücumlar çoxalıb, təşkilatdan çıxmaq məsələsi aktuallaşıb, hətta “Zvartnots” aeroportundan Rusiya sərhədçilərinin çıxarılması çağırışları artıb. Görünən odur ki, Nikol Paşinyan hökuməti Rusiyaya alternativ tapmaqda israrlıdır. Bu mənada, Yunanıstanı da Fransa kimi alternativ qismində görür. Rəsmi Afina isə hayların bu arzusundan maksimum istifadə etməyə, Ermənistan üçün təhlükəsizlik halqası görüntüsü yaratmağa çalışır.

Təsadüfi deyil ki, Dendias erməni həmkarı ilə birgə mətbuat konfransında Ermənistan və Yunanıstanı “qarşılıqlı dost olan mühüm ölkələr, dövlətlər” adlandırıb.

Bəzi Qərb mediası bu qənaətə gəlib ki, Dendiasın Fransa-Hindistan-Yunanıstan-Ermənistan formatında müdafiə əməkdaşlığı boşboğazlıq, lümpenlərə və Ermənistanın avroatlantizm təbliğatına söykənir.

Paşinyanın yeni "boyunduruq” arzusu sadəcə sözdə olacaq və bunu faktlarla sübuta yetirmək mümkündür.

Birincisi, Dendias brifinq zamanı Ermənistan üçün canfəşanlıq göstərən Fransanın adını çəksə də, bir “kiçik” detalı unudub. Rusiya və İranla dost münasibətlərində olmayan Fransa Mərkəzi Asiyada möhkəmlənməyə çalışır. Bunun sübutu da prezident Emmanuel Makronun ötən ilin noyabrında Mərkəzi Asiya regionuna səfərini göstərmək olar. Yelisey sarayı Qazaxıstan və Özbəkistandan uran almağa çalışır, buna nail olmağın yolu isə Azərbaycan və Türkiyədən keçir.

İkincisi, İrəvanda avroatlantistlər və onun Qərb himayədarlarının ümidlərini puç edən əsas faktorlardan biri də Böyük Britaniyanın yunan-türk münasibətlərinin normallaşması istiqamətində atdığı addımlardır. Ötən ay isə ABŞ Türkiyəyə F-16 qırıcılarının satışını dəstəkləyib. Başqa sözlə, Türkiyənin ABŞ tərəfindən sıxışdırılmasından danışmağa dəyməz.

Üçüncüsü, Ermənistanda və Yunanıstanda uzun illər təbliğat ondan ibarət olub ki, yunanlar və ermənilər Osmanlı imperiyasının varlığından “əziyyət” çəkiblər. Paşinyan əleyhdarları bunu spekulyasiya, yunanların erməni “dostu” olmaq cəhdlərini boşboğazlıq adlandırırlar.

Praktikada müasir Yunanıstan və erməni hakimiyyət orqanları Türkiyə ilə mübarizə aparmaq niyyətində deyillər. Əksinə, Ankara ilə kompromisə getmək istiqamətində bəyanatlar səsləndirirlər. Türkiyədə keçirilən Antalya Diplomatiya Forumunda çıxış edən Ermənistan parlamentinin vitse-spikeri Ruben Rubinyan hətta az qala iki ölkə arasında münasibətləri tarixi adlandırıb.

Digər bir məsələ ondan ibarətdir ki, Azərbaycanla Yunanıstan arasında iqtisadi, siyasi münasibətlər də güclənməkdədir.

Bölgədə baş verənlərə dair fikirləri ümumi olaraq Qərbin nüfuzlu “Eadaily.com” saytının gəldiyi qənaətlə yekunlaşdırmaq olar. Media qurumu yazır ki, Ermənistan Böyük Britaniya və ABŞ-nin əvvəlcədən hazırladığı “yunan tələsinə” salınıb: “Yunanıstanla əməkdaşlıq Paşinyan tərəfdarlarına Türkiyə-Azərbaycan tandemi qarşısında təslimçilik mövqelərini gizlətməyə kömək edir. Bütün bunlar ona görə edilir ki, Ermənistan nəinki Avrasiya strukturlarını tərk edib, Rusiyanın düşmənləri olan Böyük Britaniya və digər NATO ölkələrinin düşərgəsinə keçir”.

Sonda sadəcə onu qeyd edə bilərik ki, iki əsrlik sahibinə xəyanət edib yeni himayədar axtaran Ermənistan hakimiyyəti xalqa düşüncəsinə yeritməyə çalışır ki, erməni xalqının müstəqil yaşamaq, sərbəst düşünmək bacarığı yoxdur. İrəvan nicatı iki yüz illik hami və sponsoru olmuş Rusiyaya arxa çevirib Qərbdə axtarmaqla yenidən yanılır.

Paylaş

Xəbər lenti

Bakıda ev tikmək istəyənlərin NƏZƏRİNƏ: Hansı sənədlər və icazələr tələb olunur? Bu gün, 15:48 Nərimanovda mənzil almaq istəyənlərə hansı şərtlər təklif olunur? – ƏTRAFLI Bu gün, 15:48 Qərbi Azərbaycanla bağlı muzey yaradılması nəzərdən keçirilir Bu gün, 15:48 Azərbaycanda daha 124 yeni dövlət standartının layihəsi hazırlanıb Bu gün, 15:48 "Azıx-Tağlar Arxeoloji Parkı" Dövlət Qoruğunun Əsasnaməsi" təsdiqlənib Bu gün, 15:48 Azərbaycan-Gürcüstan sərhədini pozan şəxslərdən narkotik maddə müsadirə edilib Bu gün, 15:48 Məhkəmə 250 mini mənimsəyən satış müdiri barədə qərar verdi Bu gün, 15:48 Cəzaçəkmə müəssisəsinə narkotik vasitələrin keçirilməsi cəhdinin qarşısı alınıb Bu gün, 14:48 Həkim xəstəxana tualetlərində 874 qadını gizlicə kameraya çəkib Bu gün, 14:48 Ceyhun Bayramov: Azərbaycan ATƏT-də sədrliyə namizədliyinin irəli sürülməsinə razıdır Bu gün, 14:48 Horadiz–Ağbənd dəmir yolu xəttinin tikintisi davam etdirilir Bu gün, 14:48 Sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxılıb Bu gün, 14:48 Polis kredit götürmək istəyənə qarşı dələduzluq edən şəxsi saxlayıb Bu gün, 14:48 3 gün ardıcıl yağış və qar yağacaq - XƏBƏRDARLIQ Bu gün, 14:48 Mürsəl İbrahimov yeni rəis təyin etdi Bu gün, 14:48 Azərbaycan və Estoniya XİN başçılarının geniştərkibli görüşü olub Bu gün, 13:48 Horadiz-Ağbənd dəmir yolu xəttində 5 körpü tikilib Bu gün, 13:48 Sənədsiz evlərlə bağlı ŞAD XƏBƏR - Milli Məclisdə VACİB TƏKLİF Bu gün, 13:48 ABŞ-də fırtına 500 mindən çox abonenti işıqsız qoydu Bu gün, 13:48 Türkiyədə məşhurlara qarşı istintaq - 3 tanınmış şəxs həbs edildi Bu gün, 13:48 El-Ninyo 1950-ci ildən bəri ən güclü həddə çata bilər Bu gün, 13:48 Qan analizi verənlərə xəbərdarlıq: Şəkərsiz qəhvə də nəticələri dəyişə bilər Bu gün, 13:48 Ceyhun Bayramov: Azərbaycan və Estoniya arasında 8 sənəd üzərində iş aparılır Bu gün, 13:48 "İnter" və "Yuventus" Azərbaycanın U-21 millisinin futbolçusu Lorenzo Mezzotero ilə maraqlanırlar Bu gün, 12:48 Mincivanda hərbi qulluqçulara xidməti mənzillərin orderləri təqdim edilib Bu gün, 12:48 Aparıcı Fira Cəlilova bağındakı əməliyyatla bağlı yeni video yaydı Bu gün, 12:48 Bir sıra mallar bütün gömrük ödənişlərindən azad oluncaq Bu gün, 12:48 Azərbaycanda şənbə günü hava dumanlı olacaq Bu gün, 12:48 Beşinci mərtəbədən yıxılaraq ölən tələbə vəfatından əvvəl atasına nə deyib? Bu gün, 12:48 Avtoservisdə ustanın 5 min manatı oğurlandı - Müştəri saxlanıldı Bu gün, 12:48 Ali məktəbdə təhsil alan uşaqlar üçün aliment ödənişlərinin 23 yaşa qədər uzadılması təklif edilib Bu gün, 12:48 Bankdan kredit götürənləri SEVİNDİRƏCƏK XƏBƏR - Borclar... Bu gün, 11:48 Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib Bu gün, 11:48 JAECOO Ginnesin Rekordlar Kitabına düşdü: üç zirvə və yeni dünya rekordu Bu gün, 11:48 İsa Həbibbəyli: Qafqaz Albaniyasının tarixi ilə bağlı araşdırmalar genişləndiriləcək Bu gün, 11:48 Milli Məclisin iclası başlayıb, 10 məsələ müzakirə ediləcək Bu gün, 11:48 Vüqar Bayramov: Zəngəzur dəhlizinin 2028-ci ilin sonlarına doğru istifadəyə verilməsi mümkündür Bu gün, 11:48 Ali Məhkəmə: Körpənin doğuşda ölümü ilə bağlı cinayət işində pozuntu var Bu gün, 11:48 Məleykə Abbaszadə C bloku ilə bağlı məsələni nəzarətə götürüb, işçi qrupu yaradılıb Bu gün, 11:48 Sənədsiz evlərlə bağlı VACİB XƏBƏR: Yeni qərar nəyi dəyişəcək? Bu gün, 11:48 Türkiyədə "Halk TV"yə qarşı əməliyyat - Ece Üner və əri saxlanıldı Bu gün, 11:48 DMX-dən Azərbaycana gələn Rusiya vətəndaşlarına XƏBƏRDARLIQ Bu gün, 10:48 Ağsuda 7 yaşlı uşağın üzərinə ağac düşməsi nəticəsində ölüb Bu gün, 10:48 AAYDA: Hacıqabul–Mincivan yolunda icazəsiz giriş-çıxış yolu təşkil edilib Bu gün, 10:48 Azərbaycanda yükdaşımalarla bağlı yeni maliyyə sanksiyası və vergi-gömrük güzəştləri müəyyənləşir Bu gün, 10:48 Səngəçalda yük avtomobillərin iştirakı ilə qəza olub, ölən var Bu gün, 10:48 Bu kəndlərdə modul tipli məktəb binaları quraşdırılacaq - 1,5 milyonluq LAYİHƏ Bu gün, 10:48 Fira Cəlilovanın evində cinayətkarı gizlədən şəxsi hansı cəza gözləyir? Bu gün, 10:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR