7-03-2024, 19:15 564

COP29 ilə əlaqədar Təşkilat Komitəsinin ikinci iclası keçirilib

Martın 7-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin ikinci iclası olub.

"Report" xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri, Təşkilat Komitəsinin sədri Samir Nuriyev Prezident İlham Əliyevin tapşırıqlarına müvafiq olaraq, ilk iclasdan ötən müddət ərzində COP29-a hazırlıq çərçivəsində görülmüş işləri qeyd etdi. Samir Nuriyev dövlətimizin başçısının Sərəncamı ilə Təşkilat Komitəsinin tərkibinin daha da genişləndirildiyini, Milli Məclisin deputatlarının və vətəndaş cəmiyyəti nümayəndələrinin təmsilçiliyi ilə inklüzivliyin təmin olunduğunu diqqətə çatdırdı.

Təşkilat Komitəsinin sədri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Cənub Qaz Dəhlizi Məşvərət Şurasının iclasındakı çıxışında və “Euronews” televiziyasına müsahibəsində COP29 Sədrliyinin gündəliyinin əsas istiqamətlərini və çərçivəsini müəyyən etdiyini bildirdi. Samir Nuriyev bu tezislərdə əks olunduğu kimi, xüsusilə neft və təbii qaz ehtiyatları ilə zəngin olan ölkələrə münasibətdə ədalətli yanaşmanın və bu dövlətlərin fəaliyyətlərinin onların ətraf mühit məsələlərinə verdiyi töhfə müqabilində qiymətləndirilməsinin vacibliyini vurğuladı. Təşkilat Komitəsinin sədri bu günlərdə Azərbaycanın 2020-ci il ilə müqayisədə 2030-cu ilədək metan emissiyalarının həcminin 30 faiz azaldılması hədəfini ehtiva edən “Qlobal Metan Vədi”nə qoşulduğunu bildirdi.

Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə bağlı Tədbirlər Planının artıq təsdiqləndiyini, COP29-un keçirilməsi ilə bağlı Tədbirlər Planının hazırlandığını diqqətə çatdıran Təşkilat Komitəsinin sədri hər iki Tədbirlər Planı arasında uzlaşmanın təmin edilməsinin önəmini vurğuladı.

Samir Nuriyev BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Katibliyi ilə aparılan işlərə toxunaraq, ölkəmizin hazırlıq səviyyəsinin BMT tərəfindən müsbət qiymətləndirildiyini qeyd etdi.

Təşkilat Komitəsinin sədri COP29-da Azərbaycanın Qoşulmama Hərəkatında uğurlu sədrlik təcrübəsini və digər beynəlxalq təşkilatlarda fəal təmsil olunmasını nəzərə alaraq, ölkəmizin qlobal Cənub və qlobal Şimal arasında körpü rolunu oynamağa qadir olduğunu və COP29-da qlobal həmrəyliyə və konsensusa nail olunması istiqamətində səylər göstərəcəyini bildirdi.

Samir Nuriyev, həmçinin Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Azərbaycan və Braziliya arasında COP-la bağlı “Üçlük” mexanizminin yaradılmasının təqdirəlayiq addım olduğunu bildirdi.

Daha sonra ekologiya və təbii sərvətlər naziri, COP29-un müəyyən edilmiş prezidenti Muxtar Babayev çıxış edərək, ölkəmizin COP29-a sədrliyindən irəli gələn məsələlərin müzakirəsi məqsədilə Türkiyə, Almaniya, BƏƏ və Keniyaya səfərləri, xarici ölkələrin və beynəlxalq təşkilatların iqlim məsələlərinə məsul rəsmi şəxsləri ilə keçirdiyi görüşlər barədə məlumat verdi. Muxtar Babayev bu mötəbər tədbirə hazırlıq prosesi çərçivəsində daha çox səfər və görüşün təşkil olunacağını qeyd edərək, növbəti səfərin Çinə olacağını diqqətə çatdırdı.

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev COP29-a hazırlıq prosesində nəqliyyat məsələlərinin həlli istiqamətində atılan addımlar barədə məlumat verdi.

Xarici işlər nazirinin müavini, COP29-un Baş danışıqçısı Yalçın Rəfiyev Azərbaycanın COP29 prioritetləri və təşəbbüsləri, müxtəlif tərəf müqabilləri ilə təmaslar barədə danışdı.

COP29 Əməliyyat Şirkətinin İdarə Heyətinin sədri Nərmin Carçalova təşkilati-logistika məsələləri və hazırlıq işləri barədə məlumat verdi.

Milli Məclisin deputatı Nigar Arpadarai İqlim dəyişikliyi üzrə yüksək səviyyəli çempion kimi öz fəaliyyəti barədə danışdı.

Deputat Fatma Yıldırım parlament diplomatiyası və iqlim dəyişiklikləri, həmçinin Azərbaycan Respublikası Milli Məclisinin COP29-la bağlı fəaliyyəti barədə məlumat verdi.

Gənc İqlim çempionu Leyla Həsənova bu statusda keçirdiyi görüşlər və apardığı fəaliyyət barədə məlumat verdi.

Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva və “Sağlamlığa Xidmət” İctimai Birliyinin icraçı direktoru, “Environmental Protection First” Koalisiyasının həmtəsisçisi Pərvanə Vəliyeva COP29-da vətəndaş cəmiyyətinin rolu barədə danışaraq, vətəndaş cəmiyyəti nümayəndələrinin də Təşkilat Komitəsinə daxil edilməsinin yüksək qiymətləndirildiyini, milli və beynəlxalq QHT-lər, özəl və dövlət sektorlarının nümayəndələrinin birgə əməkdaşlığının təqdirəlayiq olduğunu bildirdilər.

İclasın sonunda COP29-un təşkili və keçirilməsi ilə bağlı Tədbirlər Planının icrası və digər aidiyyəti məsələlər üzrə tapşırıqlar verildi.

Paylaş

Xəbər lenti

Kəmalə Qaramollayevanın "Dünyam" konsertindən GÖRÜNTÜLƏR Bu gün, 01:48 Avropa Komissiyası ABŞ-nin Aİ ilə bağlı istehsal iddiasını rədd edib Bu gün, 01:48 Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər Bu gün, 01:48 Cəlilabad rayonunun bir hissəsi susuz qalıb Bu gün, 01:48 Çətin dağ yolları və mina təhlükəsi: Ordunun Kəlbəcərə hərəkəti üçün hansı hazırlıqlar görüldü? Dünən, 23:48 "TikTok"dan 10 min şitil aldı, 60 min ziyana düşdü: "Kimə göstərdim, pomidora yaxın durmadı" Dünən, 23:48 Elçin Məsiyev dünya çempionatına təyinat aldı Dünən, 23:48 Monteneqro Prezidenti 2027-ci ildə Azərbaycana səfər edəcəyini təsdiqləyib Dünən, 23:48 Azərbaycanda qadını vəhşicəsinə döyən şəxs polis tərəfindən saxlanılıb Dünən, 23:48 ABŞ-də lotereyada 1 milyon dollar qazanan miqrant saxlanıldı Dünən, 23:48 UEFA Çempionlar Liqası: "Sabah" "Barselona" ilə matçda fərqi azaldıb Dünən, 23:48 Qarlı və buzlu yolda sürücülər üçün 8 vacib qayda Dünən, 23:48 Azərbaycanda qadın vəhşicəsinə döyüldü: Pəncərəsinə daş atıldı Dünən, 22:48 Moskvada Qod Nisanovun yeni beşulduzlu hotelinin açılışı olub Dünən, 22:48 "Sabah" - "Barselona" qarşılaşmasında hesab açıldı Dünən, 22:48 "Sabah" - "Barselona" matçında stadiona girişdə problem yaranıb Dünən, 22:48 Azərbaycanda bu şəxslərin evləri TƏMİR EDİLƏCƏK Dünən, 22:48 Mətanət İsgəndərli: "Kəmalə Qaramollayeva belə davam etsə, dünya səhnələrinə çıxacaq" Dünən, 21:48 "200 min pul vermişəm": İcra hakimiyyəti Digahda yolu satıb? Dünən, 21:48 İranda saxta spirtli içkidən 20 nəfər ölüb Dünən, 21:48 Həkimdən xəbərdarlıq: Dərman qəbul edənlər alkoqoldan uzaq durmalıdır Dünən, 21:48 "Sabah" - "Barselona" qarşılaşması start götürdü Dünən, 21:48 Azərbaycanda palçıq vulkanı püskürdü Dünən, 21:48 PA-nın Vətəndaş Qəbulu Mərkəzində dekabr ayı üçün qəbul cədvəli açıqlandı Dünən, 20:48 Güclü küləklə bağlı xəbərdarlıq Dünən, 20:48 Bakı Olimpiya Stadionu tarixi oyuna hazırdır Dünən, 20:48 Əhaliyə ŞAD XƏBƏR - 3 milyon vətəndaşın gəliri artacaq Dünən, 20:48 Kəmalə Qaramollayeva: "Bu konsertə 5 ay hazırlaşmışıq" Dünən, 20:48 Bakıda üç şəhər poliklinikası TƏMİR OLUNACAQ Dünən, 19:48 Türkmənistan Orta Dəhlizin inkişafına özəl investisiyalar cəlb etmək niyyətindədir Dünən, 19:48 Rahim Sterlinqin cəzası məlum oldu Dünən, 19:48 "Black Friday" - Saxta endirim edənləri hansı cəza gözləyir? Dünən, 19:48 Bu ilin sonuna qədər dövlət sifarişi əsasında çəkilən 3 film təqdim olunacaq Dünən, 19:48 Bakıda avtobuslar üçün nəzərdə tutulan xüsusi svetofor istifadəyə verilib Dünən, 18:48 İdman yarışlarının maliyyələşdirilməsi qaydaları üzrə yeni normalar müəyyənləşib Dünən, 18:48 PAŞA Bank və Deloitte Private "Best Managed Companies Azerbaijan 2027" proqramı üzrə növbəti əməkdaşlıq müqaviləsini imzalayıb Dünən, 18:48 BRAVO supermarketlər şəbəkəsi böyük brendləri bir araya gətirdi: Tərəfdaşlar üçün yeni reklam və əməkdaşlıq imkanları təqdim edildi Dünən, 18:48 Xalq artisti Elmira Şabanova vəfat etdi Dünən, 18:48 Sumqayıt bulvarında dənizdə batan şəxsin meyiti tapıldı Dünən, 17:48 Bakıda küləyin sürəti 22 m/s-dir, bəzi rayonlara qar yağır - Faktiki hava Dünən, 17:48 Yasamalda narkotik istifadəçiləri saxlanıldı - ANBAAN VİDEO Dünən, 17:48 Zaqatalada itkin düşmüş şəxsin axtarışlarına təlim itləri cəlb olunub Dünən, 17:48 Məktəblərdə qışa hazırlıq necə aparılır? Dünən, 17:48 Azərbaycan və Tacikistan Müdafiə nazirlikləri arasında təcrübə mübadiləsi aparılıb Dünən, 17:48 UEFA Gənclər Liqası: "Sabah"ın U-19 komandası "Barselona"ya uduzub Dünən, 17:48 Murad Süleymanov vəzifəsindən azad edildi Dünən, 17:48 Fransada tətil Paris–London qatar reyslərini pozdu Dünən, 16:49 Müştəri adı ilə salona girdi, PS5-i çantasına qoyub qaçdı - SAXLANILDI Dünən, 16:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR