
Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi Xorvatiyanın "Dinamo" klubu UEFA Konfrans Liqasında növbəti matçını keçirib.
"Report"un məlumatına görə, Zaqreb təmsilçisi Yunanıstanın PAOK komandasını qəbul edib.
Görüşün baş hakimi azərbaycanlı FIFA referisi Əliyar Ağayev olub. Matç Bakı vaxtı ilə saat 00:00-da başlayıb.
Qarşılaşma “Dinamo”nun 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Türkiyənin "Fənərbağça" klubu bu turnirdə Belçikada “Yunion”un qonağı olub. Bu oyunun da start fiti saat 00:00-da çalınıb. Matç “Fənərbağça”nın 3:0 hesablı qələbəsi ilə başa çatıb. Qolları Mişi Batşuayi, Cayden Ostervolde və Duşan Tadiç vurub.
Qeyd edək ki, cavab qarşılaşmaları martın 14-də gerçəkləşəcək. Bununla UEFA Avropa Konfrans Liqasında 1/8 final mərhələsinin ilk oyunlarına yekun vurulub.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.