8-03-2024, 16:16 438

“Ədibin Evi”nin ADY ilə birgə “Qatarda oxu” layihəsi üçün hazırladığı kitabın təqdimatı olub

Mir Cəlal adına III Hekayə Müsabiqəsinin qalibləri və münsiflər tərəfindən seçilən digər müəlliflərin hekayələr toplusu kitab şəklində nəşr edilərək oxucuların mühakiməsinə verilib.

"Report" xəbər verir ki, Kitab müsabiqənin münsiflər heyətinin sədri, xalq yazıçısı Elçinin ön sözü ilə 50-yə yaxın müəllifin hekayəsini daxil edir. “Ədibin Evi”nin təşəbbüsü ilə TEAS Press tərəfindən hazırlanan “Yağışlı Bir Gün idi...” adlı kitab "Azərbaycan Dəmir Yolları" QSC-nin sifarişidir - “Qatarda oxu” layihəsi çərçivəsində səyahət zamanı ADY sərnişinlərinin qiraəti üçün qatarlarda təqdim ediləcək.

Yeni nəşrin təqdimatı tanınmış yazıçı, ədəbiyyatşünas və tənqidçilərin iştirakı ilə Azərbaycan Dəmiryol Muzeyində baş tutub.

“Ədibin Evi” Ədəbiyyata Dəstək Fondunun icraçı direktoru Şəfəq Mehrəliyeva iştirakçıları İçərişəhərdəki Mir Cəlal ocağının həmtəsisçiləri adından salamlayıb. Bildirib ki, Fondun məqsədi Azərbaycan ədəbiyyatının tədqiq və təbliği ilə bağlı fəaliyyət qurmaqdır. Burada 2017-ci ildən bəri keçirilən və Azərbaycan ədəbiyyatında qısa hekayəçilik irsini qoruyan Mir Cəlal adına Hekayə Müsabiqəsi ənənəvi hal alıb. BDU-nun professoru Ədibə Paşayevanın ötənilki təklifi ilə münsiflər bu dəfə yalnız qaliblərin elan edilməsi ilə kifayətlənməyib, seçilmiş əsərləri müasir Azərbaycan ədəbiyyatına bir töhfə kimi kitab şəklində hazırlmağa qərar veriblər.

Daha sonra tədbirdə çıxış edən Azərbaycan Dillər Universitetinin müəllimi Qismət Rüstəmov dəmir yolu sənayesinin inkişafının ədəbi janra gətirdiyi yeniliklər barədə bəhs edib.

Əməkdar memar Akif Abdullayev isə təqdimatın keçirildiyi Sabunçu Vağzalının tarixi binası və onun təyinatı barədə xatirələrini auditoriya ilə bölüşüb.

Müsiflər heyətinin üzvləri xalq şairi Nəriman Həsənzadə, tanınmış sənətşünas İlham Rəhimli və Mir Cəlal adına III Hekayə Müsabiqəsinin qalibi Seymur Oruc yazıçıları hekayələrinin işıq üzü görməsi münasibətilə təbrik edib, Azərbaycan dilinin paklığının qorunması istiqamətində onlara nailiyyətlər arzulayıblar.

Təqdimat mərasimini yekunlaşdıran ADY sədrinin müşaviri Aysel Soltanova qeyd edib ki, 2019-cu ildə Prezident İlham Əliyevin iştirakı ilə açılan Azərbaycan Dəmiryol Muzeyi pandemiya səbəbindən uzun müddət bağlı qalsa da, ötən ilin dekabr ayında ziyarətçilərin üzünə açılıb, bundan sonra həm də belə mədəni tədbirlərə ev sahibliyi edəcək. “Ədibin Evi”nin kitab ideyasına həvəslə qoşulan ADY bu nəşri eksklüziv olaraq qatarlarda sərnişinlərin səyahət vaxtının daha mənalı və xoş keçməsi üçün təqdim edəcək.

Təqdimat mərasimində gənc istedad, Sumqayıt şəhər Bülbül adına 2 saylı Uşaq İncəsənət məktəbinin şagirdi Nuray Şahsuvarlı Beynəlxalq Muğam Mərkəzinin ifaçılarının müşaiyəti ilə musiqi nömrələri ifa edib.

Paylaş

Xəbər lenti

"Hafka" ilə Qurban Qurbanov bir arada Bu gün, 11:48 Mayın sonunda ardıcıl 5 gün iş olmayacaq Bu gün, 11:48 Baş Ələt stansiyasında dəmir yolu xətlərinin yenilənməsi davam edir Bu gün, 11:48 Azərbaycanda keçiriləcək Ümumdünya Ətraf Mühit Gününün tarixi məlum olub Bu gün, 11:48 "Fənər"dən qovulan Tedeskoya yeni təklif gəldi Bu gün, 11:48 Oğuzda narkokuryerlər saxlanılıb Bu gün, 11:48 DİN qanunsuz silah saxlayanlara ÇAĞIRIŞ ETDİ Bu gün, 11:48 Gəncədə məktəbdə şagirdin bıçaqlandığı hadisənin TƏFƏRRÜATI Bu gün, 11:48 İranla müharibənin xərci 25 milyard dollara çatıb - Pentaqon Bu gün, 10:48 "Dəfn pulu"nu almaq ASANLAŞDIRILIR Bu gün, 10:48 Azərbaycanda saatlıq əməkhaqqı modelinə keçid sürətlənə bilər Bu gün, 10:48 Məhkəmə müştərinin borcunu qohumlara açıqlayan bankı cəzalandırdı Bu gün, 10:48 Azercell-in İT sahəsində dəstəklədiyi gənclər ölkəmizə dörd medal qazandırıblar Bu gün, 10:48 Avropa ölkələri NATO-ya əlavə olaraq yeni hərbi dəniz ittifaqı yaradır Bu gün, 10:48 Bu gün Azərbaycandan tranzit keçməklə Ermənistana taxıl və gübrə göndəriləcək Bu gün, 10:48 Həbib Nurməhəmmədov: "Putin mənim üçün heç bir idman bazası tikdirməyib" Bu gün, 10:48 Qəbul imtahanının II mərhələsi üzrə neçə abituriyent qeydiyyatdan keçib? Bu gün, 10:48 Ronaldo azarkeşlərin məsxərəsinə istehzalı cavab verdi Bu gün, 10:48 MTK-lar idarəetməni niyə təhvil vermirlər? - Sakinlərin bitməyən "komendant" dərdi Bu gün, 09:48 ABŞ-İran gərginliyi yenidən artır: Müharibə yenidən başlayacaq? Bu gün, 09:48 Masallıda 14 kiloqram narkotik vasitə aşkarlanıb Bu gün, 09:48 Neftimiz 6 dollardan çox bahalaşıb Bu gün, 09:48 Bakıda yanğın təhlükəsizliyi pozulan topdansatış mağazası bağlandı Bu gün, 09:48 "Prezident Kuboku 2026": Mingəçevirdə növbəti mükafatçılar bəlli olacaq Bu gün, 09:48 Fariz Murtuzov rəhbər vəzifəyə gətirildi - Agentlikdə TƏYİNAT Bu gün, 08:48 Ucar sakinləri həyəcan təbili çalırlar: "Canavarlar artıq gündüz də hücum edir" Bu gün, 08:48 Tələblərə cavab verməyən heyvanlar satış zonasına buraxılmayacaq Bu gün, 08:48 Ardıcıl 3 gün qeyri-iş günü olacaq Bu gün, 08:48 "Tasnim": ABŞ-nin ələ keçirdiyi gəmidəki iranlılardan altısı azad olunub Bu gün, 00:48 Orxan Fikrətoğlu: "Allahdan qorxmayan insan birmənalı olaraq təhlükəlidir" Bu gün, 00:48 ADNA-da törədilən terror aktından 17 il ötür Bu gün, 00:48 XTQ-nin yaradılmasından 27 il ötür Bu gün, 00:48 Çaykənd əməliyyatından 35 il ötür Bu gün, 00:48 Pentaqon iki vacib vəzifəsini açıqladı Dünən, 23:48 "50-yə yaxın evə ziyan dəydi" - Selin fəsadları ilə bağlı hansı işlər görülür? Dünən, 23:48 Ermənistanda seçicilərin satın alınması işi üzrə daha beş nəfər saxlanılıb Dünən, 23:48 ABŞ-də əyləncə parkındakı iğtişaşlar zamanı iki polis xəsarət alıb Dünən, 23:48 Azərbaycanla Kolumbiya arasında mina problemi ilə bağlı əməkdaşlıq məsələsi müzakirə olunub Dünən, 22:48 "Axios": ABŞ İrana qarşı yeni hücum planı hazırlayıb Dünən, 22:48 Putin və Tramp arasında telefon danışığı olub Dünən, 22:48 PSJ-nin gürcü futbolçusu "Qızıl top"a namizədlər sırasında Dünən, 22:48 Bakıda bağ evlərinin aylıq kirayə qiyməti 40 min manata çatır Dünən, 22:48 ABŞ-dən İranla bağlı şok plan: "Qısa və güclü" zərbələr hazırlanıb Dünən, 22:48 Zelenski: Ukrayna Rusiya ilə yeni əsir mübadiləsinə hazırlaşır Dünən, 21:48 Bakı və Abşeronda torpaq sahələrinin QİYMƏTLƏRİ - SİYAHI Dünən, 21:48 Azərbaycan Texnologiya Universitetinin baş müəllimi vəfat edib Dünən, 21:48 "Əlil uşağım var, məni də aldatdılar" - Sosial şəbəkədə dələduzluq Dünən, 21:48 GTA VI oyununun qiyməti 100 dollar olacaq? Dünən, 20:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR