9-03-2024, 13:19 498

Qərbi Azərbaycan İcması: Ermənistan islamofobiyanın sistematik yayıldığı ilk ölkədir

Ermənistan islamofobiyanın sistematik yayıldığı ilk ölkədir.

"Report" xəbər verir ki, bunu Qərbi Azərbaycan İcmasının sözçüsü Ülviyyə Zülfüqar Bakıda "Müxtəlifliyin qorunması: 2024-cü ildə islamofobiya ilə mübarizə" mövzusunda beynəlxalq elmi konfrans çərçivəsində baş tutan "Qeyri-müsəlman ölkələrində İslam mədəni və dini irsinin qəsdən dağıdılması və təhqir olunması aktları" adlı paneldə çıxışı zamanı deyib.

"Bu gün biz hörmət, tolerantlıq və anlayışın irq, din və etnik mənsubiyyət sərhədlərini aşdığı bir dünyanın təşviqi istiqamətində birgə səyahətin yol ayrıcındayıq. Xüsusən də müsəlmanlara qarşı nifrət və qərəz, təəsüf ki, istəklərimiz üzərinə geniş kölgə salır. Bu, bir gündə ortaya çıxan problem deyil, son onilliklərdə daha da dərinləşmiş bir məsələdir", - o bildirib.

İcma rəsmisi vurğulayıb ki, bu məqsədli şəkildə aparılan islamofobiya siyasətinin ilk qurbanları arasında bugünkü Ermənistan ərazisindən zorla çıxarılan azərbaycanlılar da var: "Tarixi qeydlər və hadisələr sübut edir ki, Ermənistan müsəlmanlara qarşı dini və etnik dözümsüzlüyün dövlət siyasəti kimi təsisatlaşdırılmasında qabaqcıl dövlət kimi tanınmışdır. Əslində Ermənistan sistematik islamofobiyanın ilk yayıldığı ölkədir. Ermənistan tərəfindən nəinki azərbaycanlıların sürgün edildiyi və qətlə yetirildiyini, həm də onlara məxsus zəngin mədəni irsin metodik şəkildə yer üzündən silindiyini xatırlatmaq belə mənə çox ağırdır".

Ü.Zülfüqar diqqətə çatdırıb kii, Son 200 il ərzində, xüsusən 1905-1908, 1918-1920, 1948-1953 və 1987-1991-ci illərdə, indiki Ermənistan ərazisində yaşayan azərbaycanlılar öz doğma yurdlarından məcburi şəkildə deportasiya ediliblər: "Bu dəhşətli hadisələrin kulminasiya nöqtəsi 300 minə yaxın azərbaycanlının öz doğma yurdlarından qovulması oldu və 1991-ci ildə Qərbi Zəngəzurun Nüvədi kəndindən sonuncu Azərbaycanlının deportasiyası ilə Ermənistan monoetnik bir dövlətə çevrildi. İndiki Ermənistan ərazisindəki Azərbaycan mədəni irsinin qəsdən məhv edilməsi bu ölkənin dözümsüzlük siyasətinin sübutudur. 310-dan çox məscidin və 500-dən çox qəbiristanlığın dağıdılması, əhəmiyyətli mədəniyyət abidələrinin təyinatının dəyişdirilməsi icmamıza qarşı törədilmiş ədalətsizliklərn ağrılı bir xatırlatmasıdır. Ermənistanda yeganə salamat qalan məscid olan İrəvandakı Göy Məscid tariximizlə bağlı həqiqətləri ört-basdır etmək üçün Ermənistan tərəfindən başqa bir ölkənin irsi kimi təqdim edilir. Azərbaycanlıların indiki Ermənistan ərazisindən zorla köçürülməsi icmamızın özülünü sarsıtdı və azərbaycanlıların qeyri-maddi mədəni irsinə, o cümlədən ənənəvi musiqimizə, rəqsimizə, mətbəximizə, aşıq sənətinə böyük ziyan vurdu. Bu, bizim yaşadığımız mədəni soyqırımın miqyasını təcəssüm etdirir. Aşıq Ələsgərin abidəsinin və digər mədəni abidələrimizin dağıdılması Ermənistan hökumətinin kimliyimizi və irsimizi yer üzündən silmək üçün sistemli səy göstərdiyini sübut edir".

Onun sözlərinə görə, məhv olmuş mədəni irsimizin tanınması və bərpası üçün UNESCO kimi beynəlxalq qurumlara etdiyimiz müraciətlər cavabsız qaldı və bu fakt vəziyyətimizi daha da ağırlaşdırır: "Vaxtilə azərbaycanlıların kompakt şəkildə məskunlaşdığı torpaqlardan qovulması və bu ərazilərə başqalarının köçürülməsi yolu ilə burda yeni dövlətin yaradılması müasir tarixdə görünməmiş ədalətsizliyin göstəricisidir. Bu misli görünməmiş ədalətsizlik Ermənistanın hakim dairələrində cəzasızlıq hissi yaratdı və, onları ərazi iddiaları irəli sürməyə, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinə qarşı güc tətbiq etməyə, 30 il davam edən işğalçılığa, kütləvi etnik təmizləməyə və insanlığa qarşı digər cinayətlərə daha da həvəsləndirdi. Anti-müsəlman siyasətini davam etdirən Fransa və beynəlxalq mexanizmlərdən sui-istifadə edən Ermənistan insan hüquqlarının və irqi ayrı-seçkiliyin mahiyyətinə istehza ilə yanaşır. Ermənistanın, irqi ayrı-seçkilik baxımından özünün acınacaqlı nəticələrinə baxmayaraq, Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycana qarşı bu zəmində iddialar qaldırması insan haqları dəyərlərini ələ salmaqdır. Bu, beynəlxalq ədalət sisteminin aşınmasını vurğulayır. Bu, sülh və ədaləti müdafiə edən bütün mütərəqqi xalqlar üçün oyanış çağırışı olmalıdır.

İcma sözçüsü Ermənistan hökumətindən qərbi azərbaycanlıların öz yurdlarına qayıtmasına şərait yaratmağı tələb edir: "Odur ki, qərbi azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə öz evlərinə qayıtması təkcə cəmiyyətimizə qarşı edilmiş səhvi düzəltmək baxımından deyil , eyni zamanda islamofobiya ilə mübarizə və onun kökünü kəsmək baxımından vacibdir. Qərbi Azərbaycan İcması olaraq 2023-cü ildə Ermənistanın baş naziri Nikol Paşinyana müraciət ünvanlayaraq, ata-baba torpaqlarımıza sülh yolu ilə, təhlükəsiz və ləyaqətli şəkildə qayıtmaq istəyimizi ifadə etdik. Təəsüf ki, baş nazir nəinki bu müraciətə cavab verdi, hətta icmamızın üzvlərinin geri dönüş istəyini ərazi iddiası kimi təfsir etdi. Bu fakt özü-özlüyündə beynəlxalq hüquq çərçivəsində ədalət axtarışında qarşılaşdığımız çətinliklərdən xəbər verir. Ona görə də mən beynəlxalq ictimaiyyəti azərbaycanlıların Ermənistana təhlükəsiz və ləyaqətli şəkildə qayıtmasının təmin edilməsində bizi dəstəkləməyə çağırıram. Ermənistanın bizim qayıdışımızı təmin etmək, Azərbaycanın dini-mədəni irsini bərpa etmək və qorumaq üçün konkret addımlar atmasının vaxtı çatıb. Biz qərbi azərbaycanlılar hamı üçün sülhə, tolerantlığa və ədalətə sadiqliyimizi bir daha təsdiqləyirik".

Paylaş

Xəbər lenti

Avtobuslar niyə düzgün park edilmir? Bu gün, 00:48 Tokayev: "TikTok" insan beynini məhv edən dəhşətli bir şeydir Bu gün, 00:48 2027-ci ildə borc içində üzəcək bürclər – XƏBƏRDARLIQ Bu gün, 00:48 Həsənin ölümünün pərdəarxası: Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? Dünən, 23:48 Putin: Xəzər dənizinin dayazlaşması narahatlıq doğurur Dünən, 23:48 Bakıda iki böyük prospektin yükü azalacaq: İşlər bitmək üzrədir Dünən, 23:48 Atobuslar niyə düzgün park edilmir? Dünən, 23:48 Babək rayonunda baş verən qəzada beş nəfər xəsarət alıb Dünən, 23:48 Bir telekanalın yayımı dayandırıldı Dünən, 22:48 Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib Dünən, 22:48 Özcan Deniz, Burcu Özberk və Deniz Çakırın ifadələri mətbuata açıqlandı Dünən, 22:48 Gecələr az yatmağın səbəbi bu vitamin çatışmazlığı ola bilər - ARAŞDIRMA Dünən, 22:48 Simonyan Azərbaycana səfəri zamanı ikitərəfli məsələləri müzakirə etmək niyyətindədir Dünən, 22:48 Urudun susdurulan yaddaşı: Daşlara həkk olunan tarix Dünən, 21:48 Gələn il maaşdan nə qədər vergi tutulacaq? - AÇIQLAMA Dünən, 21:48 Ruslan Ənvərliyə vəzifə verildi Dünən, 21:48 Yeni il gecəsi baş verən hadisənin təfərrüatı: 13 yaşlı qızla intim münasibətdə olan gənc həbs edildi Dünən, 20:48 Maşın almaq istəyənlərə MÜJDƏ - Bu tarixdə dəyərindən çox ucuz avtomobillər satışa çıxarılacaq Dünən, 20:48 "Sülh körpüsü" təşəbbüsü çərçivəsində 6 tematik komitə fəaliyyət göstərəcək Dünən, 20:48 Arvadını iki kişi ilə yaxalayan 49 yaşlı iş adamı evində ölü tapıldı Dünən, 20:48 SOCAR-da ilin ilk 6 ayı üzrə audit olunmuş maliyyə və əməliyyat nəticələri müzakirə edilib Dünən, 20:48 Yaşıllıqların mühafizəsinə dəstək məqsədli mobil tətbiq istifadəyə verilib Dünən, 19:48 "Sabah"a 2 qol vuran Qordon UEFA Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu seçilib Dünən, 19:48 Bakı metrosunda 36 vaqon xətdən çıxarılıb: Səbəb Dünən, 19:48 Bu ərazidə 960 şagirdlik yeni məktəb-lisey TİKİLƏCƏK Dünən, 19:48 AZƏRTAC və Argentinanın LANA xəbər agentliyi arasında əməkdaşlıq memorandumu imzalanıb Dünən, 19:48 "Barselona"nın ulduzu: Mənim xarakterim və düşüncə tərzim unikaldır Dünən, 19:48 "Azərbaycan Hava Yolları" QSC 2025-ci il üzrə illik hesabatını təqdim edib Dünən, 18:48 22 yaşlı "Tik-toker" avtomobil qəzasında öldü Dünən, 18:48 Türk Dövlətləri Həmkarlar İttifaqları Təşkilatının iclası keçirilib Dünən, 18:48 "Sabah" klubu rusiyalı azarkeşin ölümü ilə bağlı başsağlığı verib Dünən, 18:48 İcra hakimiyyətindəki əməliyyatda saxlanılan vəzifəlilər hakim qarşısında Dünən, 18:48 Küveytdə İranın PUA hücumu nəticəsində 2 italiyalı mütəxəssis ölüb Dünən, 18:48 Keçmiş cütlüyün illərdir davam edən gərginliyi bitdi Dünən, 17:48 Qohum evlilikləri ilə bağlı qeyri-adi hadisə - Ailənin üzvləri mavi doğulub Dünən, 17:48 "Ağ kepkalı feodal"ın elektromobil şousu - "Mehdiyev klanı" 600 hektar bağı zəbt edib Dünən, 17:48 Ermənistanda saxlanılan azərbaycanlı hərbçinin həbs müddəti uzadıldı Dünən, 17:48 Tanınmış vəkil Orxan Kəngərli həbsdə qaldı Dünən, 17:48 Arşavin "Barselona"nı "Real Madrid"dən üstün tutmasının səbəbini açıqlayıb Dünən, 17:48 Azərbaycan neftini ən çox alan 10 ölkə – SİYAHI Dünən, 17:48 Alen Simonyan azərbaycanlı və erməni nümayəndələrlə görüşdü Dünən, 17:48 Bakı-Xırdalan-Sumqayıt sərnişin qatarının fəaliyyəti nə vaxt bərpa olunacaq? - Rəsmi Dünən, 17:48 İlon Mask ABŞ-dəki bütün uşaqlara bahalı hədiyyə verəcək Dünən, 17:48 57 yaşlı Cennifer Lopez belə formada qalır Dünən, 17:48 Qazaxıstanda təhlükəli virus yayılması barədə iddialara cavab verildi Dünən, 17:48 Avropa ölkəsində elektrik enerjisi çatışmazlığı riski artıb Dünən, 17:48 Gəncədə köşkdən oğurluq edən şəxs saxlanılıb Dünən, 16:48 Bakıda sökülən tarixi qapı əvvəlki yerinə qaytarılır - Qanun pozuntusuna görə protokol tərtib edilib Dünən, 16:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR