
Tanzaniyanın şimalında avtobus və yük maşınının toqquşması nəticəsində azı 5 nəfər ölüb.
"AVESTA.AZ" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Şinyanqa bölgəsinin polis rəisi Leonard Nyandahu bildirib.
Daha 54 nəfərin xəsarət aldığı deyilir.
Polisin verdiyi məlumata görə, qəza Viktoriya gölü yaxınlığındakı magistral yolda baş verib.
Qəzaya ilkin səbəb kimi avtobus sürücüsünün sürət həddini aşması bildirilir.
Hadisənin səbəbləri araşdırılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.