
Xorvatiyanın mərkəzi hissəsində sərnişin və yük qatarlarının toqquşması nəticəsində azı 3 nəfər ölüb.
Bu barədə "AVESTA.AZ" HRT telekanalına istinadən xəbər verir.
“Qeyri-rəsmi məlumata görə, üç nəfər həlak olub”, - məlumatda deyilir.
Qəza zamanı 11 nəfər xəsarət alıb. Zərərçəkənlər xəstəxanaya yerləşdirilib.
Hadisənin başvermə səbəbi açıqlanmır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.