
Türkiyənin İstanbul şəhərində qatı duman səbəbindən Bosfor boğazında hər iki istiqamətdə gəmilərin hərəkəti dayandırılıb.
"AVESTA.AZ" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, məhdudiyyət yerli vaxtla saat 04:15-dən tətbiq edilib.
Hazırda növbədə 301 gəmi var.
Qeyd edək ki, martın 10-da İstanbulun bəzi ərazilərində güclü duman müşahidə olunur.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.