
İsrailin müdafiə naziri Benni Qantz Herzi Halevini Baş Qərargah rəisi vəzifəsinə təyin edib.
“AVESTA.AZ” TASS-a istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Halevi 1985-ci ildən İsrail Müdafiə Qüvvələrində xidmət göstərir. 2009-cu ildə Baş Qərargahın Kəşfiyyat İdarəsinin Əməliyyat İdarəetmə Departamentinə rəhbərlik edib.
2014-cü ildə Ordu Baş Qərargahının Kəşfiyyat İdarəsinin rəisi təyin edilib.
2020-ci ildə isə Baş Qərargah rəisinin müavini vəzifəsinə təyinat alıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.