
Türkiyənin xarici işlər naziri Hakan Fidan İraq Türkman Cəbhəsi partiyasının başqanı Həsən Turan və Kərkük mühafəzəsindən deputat Ərşad Salehi qəbul edib.
“Report” xəbər verir ki, bu barədə Türkiyə XİN bildirib.
XİN-in mətbuat xidmətinin məlumatına görə, görüş Türkiyənin Bağdaddakı səfirliyində baş tutub.
Xarici siyasət idarəsi görüşün təfərrüatlarını paylaşmayıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.