
Rusiyanın Başqırdıstan Respublikasında minik avtomobili ilə traktorun iştirakı ilə baş vermiş qəzada dörd nəfər ölüb.
“Report” xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyinin region üzrə Baş İdarəsinin bildirib.
“Hadisə yerinə gələn kimi Rusiya Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri və Respublika Dövlət Yol Hərəkəti Təhlükəsizliyi Müfəttişliyinin əməkdaşları avtomobildə dörd nəfərin olduğunu, onların hamısının keçindiyini müəyyən ediblər. Traktorun sürücüsünə isə ilkin tibbi yardım göstərilib”, – məlumatda deyilib.
Əlavə edilib ki, ölənlərdən biri qadın, üçü kişidir.
Qeyd olunub ki, yol-nəqliyyat hadisəsi yerli vaxtla saat 06:00-da (Bakı vaxtı ilə 05:00-da) Çernolesovski və Nikolayevka yaşayış məntəqələri arasında baş verib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.