4-09-2022, 23:00 555

Murad Musayev:

"Qol şanslarından yararlana bilmədik. Əvvəlki matçlarda xeyli güc sərf etmişdik. Havanın da təsiri oldu. Amma heç bir problem yoxdur. Yolumuza davam edirik".

"AVESTA.AZ"un məlumatına görə, bunu "Sabah"ın baş məşqçisi Murad Musayev evdə "Səbail"lə qolsuz heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının V tur oyunundan sonra "CBC Sport"a açıqlamasında deyib.

39 yaşlı mütəxəssis bildirib ki, bu mövsüm bir çox komanda onlara qarşı belə qapalı oynayacaq: "Kollektivlər arasında ciddi səviyyə fərqi yoxdur. Azarkeşlərin oyundan zövq almasına çalışırıq. "Səbail" kimi komandaları udmağın yollarını tapmalıyıq".

O, gənc qapıçı Nicat Mehbalıyevin ehtiyatda qalmasına da toxunub: "Nicat da, Yusif də yaxşı qapıçılardır. Bu oyunlarda Yusifə üstünlük verdik. Ancaq digərinə də güvənirik və onun da özünü göstərməsi üçün zamanı olacaq. Nicat sizin qohumunuzdur? Neçə oyundur ki, qol buraxmırıq, siz niyə onu soruşursunuz? Bizim hələ üçüncü qapıçımız da var. O da yaxşıdır. Mehbalıyevi itiririk? O, hazırda paltardəyişmə otağındadır".

Rusiyalı baş məşqçi İldar Alekperov və Tellur Mütəllimovun döyüşkən yox, daha çox texnikalı futbolçu olduğunu söyləyib: "Döyüşkən Elvin Camalovdur. Ola bilərdi ki, oyunun axarını dəyişərdik. Qol vursaydıq, indi başqa cür danışardıq".

Musayev Azərbaycan çempionatında heç bir oyunun asan olmadığını vurğulayıb: "Hamı bizdən xal qoparmağa çalışır. Konsentrasiyanı itirməməliyik. Əvvəlki turlarda layiqli qələbələr qazandıq. Düşünürəm ki, bunu xarakterimiz sayəsində etdik. Amma yenə də çox işləməliyik. Sizin hansı sualları verməyi xoşladığınızı mən bilirəm (gülür). "Neftçi" ilə, "Qarabağ"la çempionluq mübarizəsi apara bilərsiniz? (gülür). Buna heç vaxt cavab verməyəcəyəm. Yalnız oyundan-oyuna irəliləmək lazımdır. Mənim üçün vacib oyun növbəti turdur".

Onun sözlərinə görə, 10 komandanın hamısı çempionluğa iddia edə bilər.

Mütəxəssis matçın son dəqiqələrində Mahmud Qurbanovla mübahisəsinə də aydınlıq gətirib: "Bəli, bir az emosional davrandım. Bu, qalib gəlmək istəyinə görə idi. Oyundan sonra Qurbanovla danışdıq, əl sıxışdıq və bir-birimizə uğurlar arzuladıq. Bu futboldur, belə hallar olur. Hakimliyə gəldikdə, hər hansı narazılığım yoxdur. Sadəcə çox istərdim ki, hakimlər rəqibləri daha cəld, tez davranmaları, topu oyuna dərhal daxil etmələri üçün tələsdirsin. Dayanmalar daha az olsa, yaxşıdır. Ancaq dediyim kimi, hakimliklə bağlı hər hansı narazılığım yoxdur".

Paylaş

Xəbər lenti

Hansı xarakterlər bir-biri ilə uyğunlaşmır? – mütəxəssislər izah edir Dünən, 23:48 Mədəyə faydalı qidalar açıqlandı – mütəxəssislərdən tövsiyələr Dünən, 23:48 Hər yerə gecikən bürclər açıqlanıb Dünən, 23:48 Gənc oğlanın meyiti evin həyətində aşkarlandı Dünən, 22:48 Yaz mövsümündə avtomobillərdə ən çox rast gəlinən nasazlıqlar açıqlanıb Dünən, 22:48 Avstriyada uşaq qidasında zəhər aşkarlanıb – məhsullar geri çağırıldı Dünən, 22:48 Tramp bir saatda 32 paylaşım etdi – diqqət Yaxın Şərqə yönəldi Dünən, 21:48 Azərbaycan Basketbol Liqasında yarımfinal cütləri məlum olub Dünən, 21:48 "Hər il yaxşı məhsul olurdu, amma indi satış yoxdur" - Tovuzlu fermerlərdən ŞİKAYƏT Dünən, 21:48 ABŞ nümayəndə heyətini daşıyan iki təyyarə İslamabada enib – İranla danışıqlar gözlənilir Dünən, 20:48 Ukraynalı uşaqların yeni qrupu reabilitasiya üçün Azərbaycana gətirilib Dünən, 20:48 ABŞ ilə Azərbaycan arasında imzalanmış Strateji Tərəfdaşlıq haqqında Xartiyanın potensialı müzakirə olunub Dünən, 20:48 Yağışların müharibə ilə əlaqəsi varmı? - Alimlər nöqtəni qoydular Dünən, 20:48 Zibil atmaqla bağlı qaydanı pozanlara minlərlə manat cərimə tətbiq olunur Dünən, 19:48 Lənkəranda maşın təmiri sexində PARTLAYIŞ oldu Dünən, 19:48 Bakıda TƏHLÜKƏ: 100 ildən çox yaşı olan qamış bina hər an uça bilər Dünən, 19:48 Şahin Bağırov: "Azərbaycanda voleybolun inkişafına tam əminəm" Dünən, 19:48 Tailand gəmisi Hörmüz boğazını tərk edib Dünən, 18:48 Tramp İrana sərt xəbərdarlıq etdi: "Razılaşma olmasa, infrastrukturu məhv edəcəyik" Dünən, 18:48 Təcili tibbi yardım sürücülərinin işə qəbulu zamanı nələrə diqqət edilir? Dünən, 18:48 İran raket və dron ehtiyatlarını sürətlə bərpa edir Dünən, 18:48 Türkiyə, Azərbaycan və Pakistan liderlərinin birgə fotosu beynəlxalq ictimaiyyətə həmrəylik MESAJIDIR Dünən, 17:48 Cəlilabadda baş verən ağır qəzada bir nəfər ölüb, iki azyaşlı xəsarət alıb Dünən, 17:48 Yazın dadı cib yandırır: Cəmi beş ədəd alça yeddi manata satılır Dünən, 17:48 Bakıda sürücülər arasında gərginlik qəza ilə nəticələndi Dünən, 16:48 Hava kəskin dəyişir: Temperatur 8 dərəcəyədək enəcək, yağış və sel təhlükəsi var Dünən, 16:48 Aleksandar Vuçiç İlham Əliyevə zəng edib Dünən, 16:48 Azərbaycan və Ermənistan arasında sülh sazişi yaxın ola bilər - Hakan Fidan Dünən, 16:48 "Hakim qərarları Hidayətin çempionluğuna mane oldu" – atasından etiraz Dünən, 16:48 Londonda sinaqoqa hücum cəhdi: bina yandırılmaq istənilib Dünən, 16:48 Serbiya Prezidenti gələn ay Azərbaycana səfər edəcək Dünən, 16:48 Sürücülərin DİQQƏTİNƏ! Görünüş məsafəsi məhdudlaşacaq Dünən, 16:48 Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı XƏBƏRDARLIQ Dünən, 15:48 Bakıda ikimərtəbəli evdə yanğın olub Dünən, 15:48 Zelim Kotsoyev diskvalifikasiya edilib, yığmamız turniri 4 medalla başa vurub Dünən, 15:48 DİM yeddi imtahan keçirib, doqquz nəfərdə telefon aşkarlanıb Dünən, 15:48 Sabahın havası bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər Dünən, 15:48 "Dizə kimi palçığın içində evə gedirik" - Problem niyə həll olunmur? Dünən, 15:48 Ağdamda minik avtomobili yanıb Dünən, 14:48 Füzulidə ağır QƏZA: Ölənlər və yaralılar var Dünən, 14:48 Boş qalan mənzillərə qənim kəsilən OĞRULAR: Abşeron sakinlərindən SOS siqnalı Dünən, 14:48 Batumidə iki Azərbaycan vətəndaşında külli miqdarda narkotik aşkarlanıb Dünən, 14:48 Pezeşkian: Tramp İranın nə üçün öz nüvə hüquqlarından istifadə etməməli olduğuna dair suala cavab vermir Dünən, 13:48 Avropa çempionatı: Azərbaycan cüdoçusu Zelim Kotsoyev yarımfinala yüksəlib Dünən, 13:48 "Kızılcık Şerbeti"nə yeni tanınmış aktyor gəlir Dünən, 13:48 Nizami Gəncəvinin dəfn olunduğu məqbərə kompleksindən REPORTAJ Dünən, 13:48 "Sabah" növbəti tur çempion ola bilər - "Qarabağ" üçün üçüncülük təhlükəsi Dünən, 13:48 Avropa çempionatı: Azərbaycan cüdoçusu Zelim Kotsoyev 1/4 finala yüksəlib Dünən, 12:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR