
Qaxda qardaşların xəsarət alması ilə nəticələnən yol qəzası olub.
"AVESTA.AZ"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə Şəki-Qax avtomobil yolunun Qax rayonu ərazisindən keçən hissəsində baş verib.
Belə ki, minik avtomobili arxa təkərinin partlaması səbəbindən idarəetmədən çıxaraq ağaca çırpılıb. Qəza nəticəsində avtomobildə olan iki qardaş - rayonun Qaysarlı kənd sakinləri, 1980-ci il təvəllüdlü Zahid Aydın oğlu Kərimov və 1983-cü il təvəllüdlü Natiq Aydın oğlu Kərimov aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.