
İtaliyanın Milan şəhəri və ətraf bölgələrdə yaşayan Azərbaycan vətəndaşları üçün səyyar konsulluq xidməti fəaliyyət göstərib.
“Report” xəbər verir ki, bu barədə Azərbaycanın İtaliyadakı səfirliyi bildirib.
“Novruz bayramı öncəsi Azərbaycanın İtaliyadakı Səfirliyi tərəfindən İtaliyanın Milan şəhəri və ətraf bölgələrdə yaşayan vətəndaşlarımız üçün səyyar konsulluq xidməti həyata keçirilib, onları maraqlandıran suallar cavablandırılıb”, – səfirlik diqqətə çatdırıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.