
Meksika Milli Qvardiyasının döyüşçüləri Tamaulipas ştatının şimal-şərqində 72 miqrantın qətliamının iştirakçısı olduğu iddiası ilə bir nəfəri saxlayıb.
Bu barədə “Report” “TASS”a istinadən xəbər verir.
2010-cu ilin avqustunda ABŞ sərhədinə çatmağa çalışan miqrantlar eyni bölgənin San Fernando dairəsində mütəşəkkil cinayətkar qrupun üzvləri tərəfindən tutulduqdan sonra öldürülüb.
Tam adı açıqlanmayan şəxs adam oğurluğu, hədə-qorxu ilə tələb etmə və insan alverində ittiham olunur.
Prokurorların sözlərinə görə, o, miqrantları qətliam yerinə aparan yük maşınlarından birinin sürücüsü olub. Məhkəmə cinayətkarı təqsirli bilsə, onu uzunmüddətli həbs cəzası gözləyir.
İstintaq zamanı təqsirləndirilən şəxs Duranqo ştatında federal həbsxanada saxlanılacaq.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.