
Almaniya Bundestaqı (parlament) ölkənin ehtiyacları üçün dörd “Patriot” zenit-raket kompleksinin alınmasını təsdiqləyib.
"AVESTA.AZ"un məlumatına görə, bu barədə DPA agentliyi xəbər yayıb.
Məlumata görə, satınalma Müdafiə Komitəsi və Büdcə Komitəsi tərəfindən təsdiqlənib. Əvvəllər Almaniya Ukraynaya bu tipli 2 sistem göndərib, indi isə 10 sistemə malikdir.
Qeyd edilir ki, yeni “Patriot”ların alınması 1,3 milyard avroya başa gələcək. Sistemlərin Almaniyaya nə vaxt çatdırılacağı açıqlanmır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.