21-03-2024, 04:00 541

BMT-də Novruz şənliyində Azərbaycan mədəniyyəti, tarixi, təamları nümayiş olunub

Birləşmiş Millətlər Təşkilatının Nyu-Yorkdakı qərargah binasında 12 ölkənin - Azərbaycan, Əfqanıstan, İraq, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Pakistan, Hindistan, Tacikistan, Türkiyə və Türkmənistan və İranın BMT yanında daimi nümayəndəliklərinin birgə təşəbbüsü və təşkilatçığı ilə Novruz bayramına həsr olunmuş tədbir keçirilib.

"AVESTA.AZ"un ABŞ bürosu xəbər verir ki, tədbirdə BMT-nin Baş katibi Antoniu Quterreş iştirakçılara təbrikini çatdırıb. Baş katib milyonlarla insanı, nəsilləri və millətləri birləşdirən Novruzun yeni ilin başlanğıcının, yazın gəlişinin və təbiətin dirçəlişinin bayramı olduğunu deyib və bu çətin dövrlərdə Novruzun dialoqu, mehriban qonşuluğu və barışığı təşviq etdiyini diqqətə çatıdırıb. Quttereş Novruz bayramını qeyd edən bütün millətlərin nümayəndələrinə təbriklərini göndərib.

BMT-nin Baş Assambleyasının 78-ci sessiyasının prezidenti Dennis Fransis çıxışında uzun illərdir keçirilən Novruz bayramının dünyada yaşayan üç yüz milyon insan tərəfindən təntənəli şəkildə qeyd olunmasının xalqların həmrəyliyinin təşviqinə xidmət etdiyini bildirib.

Daha sonra 12 ölkənin BMT-dəki daimi nümayəndəliklərinin təmsilçilərinin çıxışları dinlənilib.

Tədbirdə çıxış edən Azərbaycanın BMT yanında daimi nümayəndəsinin müavini Tofiq Musayev iştirakçılara Novruz bayramı münasibətilə səmimi təbriklərini və xoş arzularımızı çatdırıb.

Diplomat bildirib ki, Azərbaycan BMT Baş Assembleyasında 2010-cu ilin fevralı 23-də yekdilliklə qəbul olunan 21 mart tarixini "Beynəlxalq Novruz Günü" kimi tanıyan və bayramların əhəmiyyətinin dünya ictimaiyyətinə çatdırılmasına böyük töhfə verən 64/253 saylı qətnamənin təşəbbüskarı və əsas müəllifi olmaqdan qürur duyur.

T.Musayev əlavə edib ki, parçalanmalar, inamsızlıq və nifrətin vüsət aldığı bugünkü dünyamız sülh və yenilənmə mesajına hər zamankindən daha çox ehtiyac duyur. Diplomat çıxışında Novruz bayramının əhəmiyyətini, mədəni irsin tərkib hissəsi kimi qarşılıqlı hörmət, anlaşma və sülh idealları əsasında xalqlar arasında əlaqələrin möhkəmləndirilməsi üçün vacib rol oynadığını, mədəni və qədim adət-ənənələri əks etdirdiyini, beynəlxalq əməkdaşlığın inkişafına töhfə verdiyini və mədəniyyətlərarası dialoqu təşviq etdiyini vurğulayıb: "Hər ölkədə Novruz bir qədər fərqli şəkildə qeyd olunsa da, birləşdirici xüsusiyyətləri var ki, bu da onu bütövlükdə dünya üçün mükəmməl, rəngarəng və çoxşaxəli, ümumi məqsəd və istəklərlə bir araya gətirən mükəmməl metafora edir".

Tədbirdə 12 müxtəlif ölkədə Novruz bayramının atributlarını, adət və ənənələrini özündə əks etdirən videoçarx nümayiş etdirilib. Görüntülərdə Azərbaycanın zəngin mədəniyyəti, tarixi, Bakının gözəllikləri, Novruz adət-ənənələri və milli təamları nümayiş olunub. Tədbirdə həmçinin qomaqlara Novruz atributlarının yer aldığı nəhəng xonça təqdim olunub. Xonçada Azərbaycanın hazırladığı rəngarəng güşə qonaqlar tərəfindən maraqla qarşılanıb.

Paylaş

Xəbər lenti

Kəmalə Qaramollayevanın "Dünyam" konsertindən GÖRÜNTÜLƏR Bu gün, 01:48 Avropa Komissiyası ABŞ-nin Aİ ilə bağlı istehsal iddiasını rədd edib Bu gün, 01:48 Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər Bu gün, 01:48 Cəlilabad rayonunun bir hissəsi susuz qalıb Bu gün, 01:48 Çətin dağ yolları və mina təhlükəsi: Ordunun Kəlbəcərə hərəkəti üçün hansı hazırlıqlar görüldü? Dünən, 23:48 "TikTok"dan 10 min şitil aldı, 60 min ziyana düşdü: "Kimə göstərdim, pomidora yaxın durmadı" Dünən, 23:48 Elçin Məsiyev dünya çempionatına təyinat aldı Dünən, 23:48 Monteneqro Prezidenti 2027-ci ildə Azərbaycana səfər edəcəyini təsdiqləyib Dünən, 23:48 Azərbaycanda qadını vəhşicəsinə döyən şəxs polis tərəfindən saxlanılıb Dünən, 23:48 ABŞ-də lotereyada 1 milyon dollar qazanan miqrant saxlanıldı Dünən, 23:48 UEFA Çempionlar Liqası: "Sabah" "Barselona" ilə matçda fərqi azaldıb Dünən, 23:48 Qarlı və buzlu yolda sürücülər üçün 8 vacib qayda Dünən, 23:48 Azərbaycanda qadın vəhşicəsinə döyüldü: Pəncərəsinə daş atıldı Dünən, 22:48 Moskvada Qod Nisanovun yeni beşulduzlu hotelinin açılışı olub Dünən, 22:48 "Sabah" - "Barselona" qarşılaşmasında hesab açıldı Dünən, 22:48 "Sabah" - "Barselona" matçında stadiona girişdə problem yaranıb Dünən, 22:48 Azərbaycanda bu şəxslərin evləri TƏMİR EDİLƏCƏK Dünən, 22:48 Mətanət İsgəndərli: "Kəmalə Qaramollayeva belə davam etsə, dünya səhnələrinə çıxacaq" Dünən, 21:48 "200 min pul vermişəm": İcra hakimiyyəti Digahda yolu satıb? Dünən, 21:48 İranda saxta spirtli içkidən 20 nəfər ölüb Dünən, 21:48 Həkimdən xəbərdarlıq: Dərman qəbul edənlər alkoqoldan uzaq durmalıdır Dünən, 21:48 "Sabah" - "Barselona" qarşılaşması start götürdü Dünən, 21:48 Azərbaycanda palçıq vulkanı püskürdü Dünən, 21:48 PA-nın Vətəndaş Qəbulu Mərkəzində dekabr ayı üçün qəbul cədvəli açıqlandı Dünən, 20:48 Güclü küləklə bağlı xəbərdarlıq Dünən, 20:48 Bakı Olimpiya Stadionu tarixi oyuna hazırdır Dünən, 20:48 Əhaliyə ŞAD XƏBƏR - 3 milyon vətəndaşın gəliri artacaq Dünən, 20:48 Kəmalə Qaramollayeva: "Bu konsertə 5 ay hazırlaşmışıq" Dünən, 20:48 Bakıda üç şəhər poliklinikası TƏMİR OLUNACAQ Dünən, 19:48 Türkmənistan Orta Dəhlizin inkişafına özəl investisiyalar cəlb etmək niyyətindədir Dünən, 19:48 Rahim Sterlinqin cəzası məlum oldu Dünən, 19:48 "Black Friday" - Saxta endirim edənləri hansı cəza gözləyir? Dünən, 19:48 Bu ilin sonuna qədər dövlət sifarişi əsasında çəkilən 3 film təqdim olunacaq Dünən, 19:48 Bakıda avtobuslar üçün nəzərdə tutulan xüsusi svetofor istifadəyə verilib Dünən, 18:48 İdman yarışlarının maliyyələşdirilməsi qaydaları üzrə yeni normalar müəyyənləşib Dünən, 18:48 PAŞA Bank və Deloitte Private "Best Managed Companies Azerbaijan 2027" proqramı üzrə növbəti əməkdaşlıq müqaviləsini imzalayıb Dünən, 18:48 BRAVO supermarketlər şəbəkəsi böyük brendləri bir araya gətirdi: Tərəfdaşlar üçün yeni reklam və əməkdaşlıq imkanları təqdim edildi Dünən, 18:48 Xalq artisti Elmira Şabanova vəfat etdi Dünən, 18:48 Sumqayıt bulvarında dənizdə batan şəxsin meyiti tapıldı Dünən, 17:48 Bakıda küləyin sürəti 22 m/s-dir, bəzi rayonlara qar yağır - Faktiki hava Dünən, 17:48 Yasamalda narkotik istifadəçiləri saxlanıldı - ANBAAN VİDEO Dünən, 17:48 Zaqatalada itkin düşmüş şəxsin axtarışlarına təlim itləri cəlb olunub Dünən, 17:48 Məktəblərdə qışa hazırlıq necə aparılır? Dünən, 17:48 Azərbaycan və Tacikistan Müdafiə nazirlikləri arasında təcrübə mübadiləsi aparılıb Dünən, 17:48 UEFA Gənclər Liqası: "Sabah"ın U-19 komandası "Barselona"ya uduzub Dünən, 17:48 Murad Süleymanov vəzifəsindən azad edildi Dünən, 17:48 Fransada tətil Paris–London qatar reyslərini pozdu Dünən, 16:49 Müştəri adı ilə salona girdi, PS5-i çantasına qoyub qaçdı - SAXLANILDI Dünən, 16:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR