23-03-2024, 21:03 614

Sahibə Qafarovanın sədrliyi ilə Asiya Parlament Assambleyasının iclası keçirilib

Milli Məclisin sədri Sahibə Qafarova Parlamentlərarası İttifaqın 148-ci Assambleyası çərçivəsində keçirilən Asiya Parlament Assambleyasının (APA) Koordinasiya iclasına sədrlik edib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən “AVESTA.AZ”a verilən məlumata görə, tədbir iştirakçılarını salamlayan Milli Məclisin sədri bildirib ki, bu, APA-nın Parlamentlərarası İttifaq çərçivəsində Azərbaycanın sədrliyi ilə keçirilən ilk koordinasiya iclasıdır.

Milli Məclisin sədri diqqətə çatdırıb ki, 2024-cü ilin 20-24 fevral tarixlərində Bakıda "Asiyada dayanıqlı inkişaf naminə regional əməkdaşlığın təşviqi" mövzusuna həsr olunmuş APA-nın 14-cü plenar iclası keçirilib. İclasda Azərbaycan rəsmi olaraq 2024-2025-ci illər üçün təşkilatın sədri seçilib. O, inamını ifadə edib ki, bu, həm APA, həm də Azərbaycan üçün yeni səhifə açacaq.

S.Qafarova qeyd edib ki, APA-nın 14-cü plenar iclası 26 dövlətin və 8 beynəlxalq təşkilatın nümayəndələrinin iştirakı ilə təşkilat daxilində əməkdaşlığın inkişafı, regional və beynəlxalq proseslərlə bağlı ümumi maraq doğuran müxtəlif məsələlər barədə fikir mübadiləsi aparmaq üçün dəyərli imkan yaradıb. Plenar iclasın yekunları üzrə Bakı Bəyannaməsi qəbul edilib və sənəddə iştirakçıların müzakirə olunan məsələlərlə bağlı ümumi mövqeyi əks olunub.

Çıxışda qeyd olunub ki, 14-cü plenar iclasda, hamımızın daha qətiyyətli davranmağımızı tələb edən iqlim dəyişikliyi məsələsi də müzakirə edilib. Ötən ilin sonunda beynəlxalq ictimaiyyət COP29-un keçirilməsi üçün yekdilliklə Azərbaycanı seçdi. Spiker diqqətə çatdırıb ki, belə bir mühüm tədbirə ev sahibliyi etmək bizim üçün böyük şərəf və imtiyazdır. Azərbaycan dünyanın tanınmış multikulturalizm mərkəzlərindən biridir və qlobal Şimalla qlobal Cənub arasında körpülərin yaradılmasında mühüm rol oynayır. Azərbaycan COP29 iqlim danışıqlarında nəzərəçarpacaq irəliləyiş əldə etmək və hərtərəfli danışıqlara kömək etmək üçün ideal mövqedə yerləşir.

Spiker bugünkü görüşün rolu daim artan parlament diplomatiyasının möhkəmlənməsi və inkişafı məqsədinə xidmət edəcəyinə ümidini ifadə edib. O, deyib ki, müasir şəraitdə parlament diplomatiyası ölkələr arasında etimadı gücləndirə və mövcud beynəlxalq və regional problemlərin həllinə müsbət təsir göstərə bilər. Parlamentin böhranların, münaqişələrin həlli prosesində iştirakı və parlament diplomatiyası klassik hökumət diplomatiyasını uğurla tamamlaya bilər və ona əvəzsiz töhfə verə bilər.

Parlamentlərarası təşkilatların fəaliyyətinin genişləndirilməsinə yönəlmiş qlobal tendensiyalar, parlamentlərarası əməkdaşlığı tənzimləyən normativ-hüquqi bazanın inkişafı, parlamentlərin qlobal qərar qəbuletmə proseslərində daim artan iştirakı - bütün bunlar parlamentlərarası əməkdaşlığın daha da inkişaf etdirilməsinin zəruriliyini göstərir.

Milli Məclisin sədri diqqətə çatdırıb ki, bu kontekstdə APA-nın rolu xüsusi vurğulanmalıdır. Bu, Asiyada və dünyada əməkdaşlığın, sülhün və sabitliyin möhkəmlənməsinə nail olmaq üçün cari məsələlərin və çağırışların həlli üçün ümumi səyləri birləşdirən parlament diplomatiyasının mühüm platformasıdır. Biz bu platformanın səmərəliliyini artırmaq üçün bütün tədbirləri görməliyik.

Spiker çıxışının sonunda qeyd edib ki, müzakirə olunan məsələlərlə yanaşı, iki təşkilatın - APA və Parlamentlərarası İttifaqın ümumi məqsədlərin həyata keçirilməsində daha yaxşı nəticələr əldə etmək üçün fəaliyyətlərini və səylərini necə əlaqələndirə biləcəyi barədə də ciddi düşünməliyik. Həqiqi əməkdaşlıq mexanizmlərinin yaradılması hər iki tərəfin resurslarını artırmağa kömək edə bilər. Bu, şübhəsiz ki, onların biri-birinin fəaliyyətini tamamlayacaq və parlament diplomatiyasının təsirini gücləndirəcək.

İclas daha sonra APA-ya üzv olan ölkələrin parlament nümayəndələrinin Parlamentlərarası İttifaqın 148-ci Assambleyasında APA-nın ümumi mövqeyinin ifadə olunması, həmçinin təşkilat çərçivəsində əməkdaşlığın daha da dərinləşdirilməsi haqqında çıxışları ilə davam etdirilib.

Paylaş

Xəbər lenti

Avtobuslar niyə düzgün park edilmir? Bu gün, 00:48 Tokayev: "TikTok" insan beynini məhv edən dəhşətli bir şeydir Bu gün, 00:48 2027-ci ildə borc içində üzəcək bürclər – XƏBƏRDARLIQ Bu gün, 00:48 Həsənin ölümünün pərdəarxası: Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? Dünən, 23:48 Putin: Xəzər dənizinin dayazlaşması narahatlıq doğurur Dünən, 23:48 Bakıda iki böyük prospektin yükü azalacaq: İşlər bitmək üzrədir Dünən, 23:48 Atobuslar niyə düzgün park edilmir? Dünən, 23:48 Babək rayonunda baş verən qəzada beş nəfər xəsarət alıb Dünən, 23:48 Bir telekanalın yayımı dayandırıldı Dünən, 22:48 Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib Dünən, 22:48 Özcan Deniz, Burcu Özberk və Deniz Çakırın ifadələri mətbuata açıqlandı Dünən, 22:48 Gecələr az yatmağın səbəbi bu vitamin çatışmazlığı ola bilər - ARAŞDIRMA Dünən, 22:48 Simonyan Azərbaycana səfəri zamanı ikitərəfli məsələləri müzakirə etmək niyyətindədir Dünən, 22:48 Urudun susdurulan yaddaşı: Daşlara həkk olunan tarix Dünən, 21:48 Gələn il maaşdan nə qədər vergi tutulacaq? - AÇIQLAMA Dünən, 21:48 Ruslan Ənvərliyə vəzifə verildi Dünən, 21:48 Yeni il gecəsi baş verən hadisənin təfərrüatı: 13 yaşlı qızla intim münasibətdə olan gənc həbs edildi Dünən, 20:48 Maşın almaq istəyənlərə MÜJDƏ - Bu tarixdə dəyərindən çox ucuz avtomobillər satışa çıxarılacaq Dünən, 20:48 "Sülh körpüsü" təşəbbüsü çərçivəsində 6 tematik komitə fəaliyyət göstərəcək Dünən, 20:48 Arvadını iki kişi ilə yaxalayan 49 yaşlı iş adamı evində ölü tapıldı Dünən, 20:48 SOCAR-da ilin ilk 6 ayı üzrə audit olunmuş maliyyə və əməliyyat nəticələri müzakirə edilib Dünən, 20:48 Yaşıllıqların mühafizəsinə dəstək məqsədli mobil tətbiq istifadəyə verilib Dünən, 19:48 "Sabah"a 2 qol vuran Qordon UEFA Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu seçilib Dünən, 19:48 Bakı metrosunda 36 vaqon xətdən çıxarılıb: Səbəb Dünən, 19:48 Bu ərazidə 960 şagirdlik yeni məktəb-lisey TİKİLƏCƏK Dünən, 19:48 AZƏRTAC və Argentinanın LANA xəbər agentliyi arasında əməkdaşlıq memorandumu imzalanıb Dünən, 19:48 "Barselona"nın ulduzu: Mənim xarakterim və düşüncə tərzim unikaldır Dünən, 19:48 "Azərbaycan Hava Yolları" QSC 2025-ci il üzrə illik hesabatını təqdim edib Dünən, 18:48 22 yaşlı "Tik-toker" avtomobil qəzasında öldü Dünən, 18:48 Türk Dövlətləri Həmkarlar İttifaqları Təşkilatının iclası keçirilib Dünən, 18:48 "Sabah" klubu rusiyalı azarkeşin ölümü ilə bağlı başsağlığı verib Dünən, 18:48 İcra hakimiyyətindəki əməliyyatda saxlanılan vəzifəlilər hakim qarşısında Dünən, 18:48 Küveytdə İranın PUA hücumu nəticəsində 2 italiyalı mütəxəssis ölüb Dünən, 18:48 Keçmiş cütlüyün illərdir davam edən gərginliyi bitdi Dünən, 17:48 Qohum evlilikləri ilə bağlı qeyri-adi hadisə - Ailənin üzvləri mavi doğulub Dünən, 17:48 "Ağ kepkalı feodal"ın elektromobil şousu - "Mehdiyev klanı" 600 hektar bağı zəbt edib Dünən, 17:48 Ermənistanda saxlanılan azərbaycanlı hərbçinin həbs müddəti uzadıldı Dünən, 17:48 Tanınmış vəkil Orxan Kəngərli həbsdə qaldı Dünən, 17:48 Arşavin "Barselona"nı "Real Madrid"dən üstün tutmasının səbəbini açıqlayıb Dünən, 17:48 Azərbaycan neftini ən çox alan 10 ölkə – SİYAHI Dünən, 17:48 Alen Simonyan azərbaycanlı və erməni nümayəndələrlə görüşdü Dünən, 17:48 Bakı-Xırdalan-Sumqayıt sərnişin qatarının fəaliyyəti nə vaxt bərpa olunacaq? - Rəsmi Dünən, 17:48 İlon Mask ABŞ-dəki bütün uşaqlara bahalı hədiyyə verəcək Dünən, 17:48 57 yaşlı Cennifer Lopez belə formada qalır Dünən, 17:48 Qazaxıstanda təhlükəli virus yayılması barədə iddialara cavab verildi Dünən, 17:48 Avropa ölkəsində elektrik enerjisi çatışmazlığı riski artıb Dünən, 17:48 Gəncədə köşkdən oğurluq edən şəxs saxlanılıb Dünən, 16:48 Bakıda sökülən tarixi qapı əvvəlki yerinə qaytarılır - Qanun pozuntusuna görə protokol tərtib edilib Dünən, 16:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR