26-03-2024, 15:11 552

Şərçi

Martın 22-də Rusiyanın Moskva vilayətində, “Crocus City Hall” konsert zalında 150-yə yaxın insanın ölümü ilə nəticələnən dəhşətli terror aktı fonunda növbəti dəfə informasiya çirkliliyi yayılıb. Həmişə olduğu kimi, bu dəfə də situasiyadan öz məqsədləri üçün istifadə etməyə çalışanlar meydana çıxıb.

Rusiyalı teleaparıcı, jurnalist Vladimir Solovyov da anti-Azərbaycan mövqeyini yenidən nümayiş etdirmək üçün “Crocus City Hall” terrorunu “fürsət” bilib. Düzdür, onu öz ölkəsi ilə yanaşı Azərbaycanda da yaxşı tanıyırlar, necə deyərlər hansı yuvanın quşu olduğunu bilirlər, bilirik. O, həmişə Azərbaycana qarşı qərəzli mövqeyi ilə seçilib, heç vaxt obyektiv ola bilməyib, faktlar ortada olduğu, gözünə girdiyi məqamlarda da onun üzərindən keçib, üzünü o biri tərəfə çevirib Azərbaycana qarşı şər-böhtan atıb, ağlına və ağzına gələni danışıb.

Amma V.Solovyov o qədər də ağılsız və sadəlöv deyil, bir media nümayəndəsi üçün ən ağır mənəvi cəza və yük olan faktları təhrifetmə missiyasını elə-belə çiyinlərinə götürməyib, bu yükün altına havayı girməyib. Bəs onun “dəyirmanının suyu” haradan gəlir? Telejurnalistin Azərbaycana atdığı şər-böhtanın mənəvi əzabını azaltmaq üçün maddi rifahını kimlər təmin edir?

O, erməni lobbisinin, Rusiyadakı erməniəsilli biznesmenlərin sifarişlərini yerinə yetirir. V.Solovyovun bir neçə açıqlamasına baxandan, oxuyandan sonra bunu əminliklə söyləmək olar. Onun erməniəsillilər - rusiyalı jurnalist Marqarita Simonyan və media maqnatı Aram Qabrielyanovla işbirliyini təsdiqləyən faktlar həm Rusiya, həm də Azərbaycan ictimaiyyətinə yaxşı məlumdur. Bu “trio” hələ 2016-cı ildə ölkəmizi terrorçu İŞİD-lə əlaqələndirmək istəmişdi.

Bundan başqa, onun anti-Azərbaycan bəyanatlarının əsas sifarişçilərindən biri Rusiyanın məşhur erməni iş adamı, “Taşir” qrupunun başçısı, milyarder Samvel Karapetyandır. Telejurnalist müsahibələrində deyib ki, adıçəkilən oliqarxla yaxın dostdur, tez-tez görüşürlər. Görünür, V.Solovyov S.Karapetyanın hüzurunda hər dəfə peyda olanda pulla yanaşı, Azərbaycanla bağlı sifarişlər də alır və yerinə yetirir.

V.Solovyovun “Crocus City Hall” olayı ilə bağlı eyhamları eyni şər-böhtançı dəst-xəttin davamıdır. Hiss olunur ki, onların başlıca məqsədi Azərbaycan-Rusiya münasibətlərinin hazırkı yüksək səviyyəsinə xələl gətirməkdir. Şübhə yoxdur ki, “Crocus City Hall” terrorunda Azərbaycan izlərini axtarmaq cəhdi onun ermənipərəst təəssübkeşliyindən qaynaqlanır.

Bu baxımdan V.Solovyovon son hərəkəti də, əslində, təəccüblü olmalıdı. Amma iş orasındadır ki, artıq şübhəlilər tutulub. Üstəlik, istintaq davam edir. Əvvəla, belə bir vaxtda V.Solovyovon açıqlaması, əslində, istintaqın gedişinə müdaxilədir. Doğrudanmı, bunu başa düşməyəcək qədər savadsızdır?

İkincisi, dünyanın hansı ölkəsində yaşamasından asılı olmayaraq jurnalistin işi obyektiv reallıqları təqdim etməkdir. V.Solovyov isə nəinki bunu etmir, heç dövlətinin maraqları üçün də çalışmır. Çünki sözügedən açıqlama birbaşa Moskva-Bakı münasibətlərinə zərbə vurmaq məqsədi daşıyır. Bunu anlamaq üçün xüsusi təhlilə ehtiyac yoxdur. Necə deyərlər, hər şey gün kimi aydındır.

Təsadüfi deyil ki, artıq Rusiyada Azərbaycan icmasına qarşı təzyiqlər başlayıb. Bu prosesin gələcəkdə daha da şiddətlənməsi və real hücumların baş verməsi istisna deyil. Əlbəttə, bu, Rusiya ilə Azərbaycan arasındakı hazırda davam normal münasibətlərə zərbə vura bilər. Ən azından suallar yaranacaq. Bu isə indiki vaxtda ən çox Ermənistana lazımdır. Belə bir ssenari Rusiya üçün isə kifayət qədər arzuolunmazdır.

Məlum olduğu kimi, Ukraynada müharibə başlayandan sonra Rusiyaya qarşı təzyiqlər artıb, Qərb bloku ölkəyə qarşı sərt sanksiyalar qoyub, Moskva ilə əməkdaşlıq edən ölkələrin sayı azalıb. İndi hamı Kremlə şübhə ilə yanaşır, ondan uzaq durmağa çalışırlar. Dünyanın əsas güc mərkəzlərindən biri sayılan, BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvündən biri, böyük təbii resurslara malik Rusiya ilə əməkdaşlıqdan imtina edən ölkələr bundan ziyan çəksələr də, indiki mərhələdə Moskvaya yaxın durmaq istəmirlər.

Beynəlxalq aləmdə anti-Rusiya ab-havasının hökm sürməsinə baxmayaraq, Moskva ilə ənənəvi əməkdaşlığını, normal münasibətlərini saxlayan az sayda ölkələr də var və Azərbaycan bu sahədə sabit siyasi kurs həyata keçirir. Hazırda Bakı-Moskva münasibətləri normaldır, tərəflər müxtəlif sahələrdə əməkdaşlıq edirlər, qarşılıqlı səfərlər həyata keçirilir, siyasi, iqtisadi, mədəni əlaqələr inkişaf edir. Üstəgəl, Azərbaycan Rusiyanın Cənubi Qafqazdakı əsas tərəfdaşıdır.

Belə bir situasiyada Azərbaycanla münasibətlərin qorunması Rusiyaya hava-su kimi lazımdır. Bunun üçün isə Rusiyanın müvafiq qurumları ən qısa zamanda Solovyovun bu bəyanatına reaksiya verməli, izahat tələb etməlidirlər. Həmçinin gələcək təxribatların qarşısı konkret formada alınmalıdır. Əks halda o, istəyinə çata - Rusiyada yaşayan azərbaycanlılara qarşı qıcıq yarada, bundan sonra isə dövlətlərarası münasibətlərdə nifaq toxumu səpə bilər.

Digər tərəfdən telejurnalist Azərbaycan və azərbaycanlılar əleyhinə əsassız bəyanatlar verməklə iki xalq arasında nifaq salır və bununla həm də cinayət törədir. Çünki Rusiya Cinayət Məcəlləsinə görə, xalqlar arasında qarşıdurma yaratmaq ağır cinayətdir. İndiyə qədər Azərbaycanla bağlı tərətdiyi təxribatlardan bir nəticə əldə edə bilməyən, bununla da ağalarını narazı salan V.Solovyov indi də cinayətə əl atır.

Bunları nəzərə alsaq, deməliyik ki, V.Solovyov “papadan daha çox katolik” olmaq ritorikası ilə öz dövlətinə arxadan zərbə vurur, pul qarşılığında Ermənistan üçün çalışır. Rusiya rəsmiləri bunun qarşısını təcili almalıdır.

Paylaş

Xəbər lenti

Azərbaycanda qanunsuz saxlanılan 35 odlu silah aşkarlandı Bu gün, 13:48 Azərbaycanda mühərrik və transmissiya yağlarının satışına yeni tələblər qoyula bilər Bu gün, 13:48 Özcan Denizin əmisi onun sərbəst buraxıldığını açıqladı Bu gün, 13:48 40 yaşlı Fahriye Evcenlə 61 yaşlı Oktay Kaynarcanın serialından İLK FOTOLAR Bu gün, 13:48 Sərxoş halda komando hərbçisini vurub öldürən sürücüyə hökm oxundu Bu gün, 13:48 Rafet El Roman: "Eşqi 68 yaşında tapdım" Bu gün, 13:48 Dekabrda bu bürclər üçün yeni iş fürsətləri yaranacaq Bu gün, 13:48 Hər evdə olan məşhur Yeni İl əyləncəsi ilə bağlı XƏBƏRDARLIQ Bu gün, 13:48 Xalq artisti Elmira Şabanova dəfn olundu Bu gün, 13:48 Hülya Avşarın qızı evlilik təklifi aldı - Ailə quracaq Bu gün, 13:48 Məşhur aktrisa 19 ildir psixoloqa gedir Bu gün, 13:48 Azərbaycanda beş məktəbə yeni direktor təyin edildi Bu gün, 12:48 Metroya yaxın tam təmirli mənzillər – Biləcəridə son seçimlər Bu gün, 12:48 Ermənistan "Tramp marşrutu" ilə bağlı müqaviləni təsdiqlədi Bu gün, 12:48 Efirdə qalmaqallı mübahisə: "Xanım başqa şeydir, arvad başqa" Bu gün, 12:48 Ermənistanda Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin görüşü başlayıb Bu gün, 12:48 Dubaydan Bakıya gətirilən 166 min manatlıq zinət əşyaları gömrükdə aşkarlandı Bu gün, 12:48 Bu tarixdə gündüz cəmi 6 saat 59 dəqiqə davam edəcək Bu gün, 11:48 Həmin tarixi qapı bərpa edilir Bu gün, 11:48 ABŞ-nin bu ştatında fövqəladə vəziyyət elan edildi Bu gün, 11:48 Birbank-ın "Yığ və qazan" lotereyasının ilk tirajının qalibləri bəlli oldu Bu gün, 11:48 Çiyin-çiyinə döyüşdülər, bərabər həlak oldular - Şəhid qardaşların son fotosu Bu gün, 11:48 Ayxan Abbasov: "Barselona"nın baş məşqçisi "Sabah"la oyunda əziyyət çəkdiklərini etiraf etdi" Bu gün, 11:48 Yevlaxda övladlarına aliment verməyən ana məhkum edildi Bu gün, 11:48 "PAŞA Bank" X Beynəlxalq Bankçılıq Forumunda iştirak edib Bu gün, 11:48 Müəllimlərin işə qəbulu üzrə vakant yer seçiminin nəticələri AÇIQLANDI Bu gün, 11:48 Azərbaycan neftinin qiyməti 100 dolları ÖTDÜ Bu gün, 10:49 Azərbaycanda son 3 ildə elektromobillərin sayı 14 dəfədən çox artıb Bu gün, 10:48 Qazaxda partlayışda yaralanan ana və oğlunun vəziyyətləri açıqlandı Bu gün, 10:48 Hesablama Palatası ADSEA-da nöqsanlar aşkar edib Bu gün, 10:48 "Fitch" "Cənub Qaz Dəhlizi"nin kredit reytinqini təsdiqlədi Bu gün, 10:48 65 yaşında xərçəngdən vəfat etdi Bu gün, 10:48 "Sabah"ın qapıçısı Çempionlar Liqasında lider oldu Bu gün, 10:48 Azərbaycanda qar yağdı, güclü külək əsdi – FAKTİKİ HAVA Bu gün, 10:48 Ermənistanda Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin görüşü keçiriləcək Bu gün, 10:48 Alisson Bekker "Liverpul" tarixində Çempionlar Liqasında məhsuldar ötürmə edən ilk qapıçı olub Bu gün, 10:48 Süni intellektlə hazırlanan videoları seçə bilməyin 5 YOLU Bu gün, 10:48 Qazaxda evdə partlayış olub: İki nəfər xəsarət aldılar Bu gün, 09:48 30 il davam edən mənzil qalmaqalı: Məcburi köçkünlə ev sahibi arasında gərgin anlar Bu gün, 09:48 Qızılın qiyməti 3 600 dolları keçdi Bu gün, 09:48 Saxta pasportla Azərbaycana gələn iranlı ər-arvad həbs edildilər Bu gün, 09:48 "Sabah" - "Barselona" oyununda faciə: Rusiyalı azarkeş stadionda öldü Bu gün, 09:48 Bakıda səkkizinci mərtəbədə köməksiz qalan uşaq xilas edildi Bu gün, 09:48 Azercell-in rəqəmsal inkişaf modeli Filip Kotlerin beynəlxalq nəşrində təqdim edilib Bu gün, 09:48 Polis "Sabah" – "Barselona" oyunu ilə əlaqədar gücləndirilmiş rejimdə xidmət aparıb Bu gün, 08:49 Azərbaycan və Litvanın XİN rəhbərləri "Sabah" – "Barselona" matçını birlikdə izləyiblər Bu gün, 08:49 Dambrauskas: Futbolçularımın meydanda nələr yaşadığını təsəvvür edə bilirdim Bu gün, 08:49 Flik: "Sabah"ın "Barselona" ilə matçda itirəcəyi heç nə yox idi Bu gün, 08:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR