
ABŞ hakimiyyəti Suriya ilə bağlı sanksiya siyahısına bir Rusiya vətəndaşı və şirkətini əlavə edib.
Bu barədə “AVESTA.AZ” ABŞ Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Qeyd olunub ki, məhdudiyyətlər altı fiziki şəxsə, o cümlədən rusiyalı Aleksey Makarova, həmçinin 12 hüquqi şəxsə şamil olunacaq.
Onların arasında Rusiyanın “STG Logistic” şirkəti də var.
Xatırladaq ki, martın 25-də Amerika hakimiyyəti iki fiziki şəxs və 15 şirkəti Rusiyanın sanksiyalar siyahısına əlavə edib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.