27-03-2024, 21:44 575

Qərbi Azərbaycan Xronikası: Daşnaklar türkləriı Oxçu məscidində diri-diri yandırıblar

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifliyi ilə erməni daşnaklarının qırğınlar törətdiyi, əhalisinə divan tutduğu Qafan rayonu haqqında süjet hazırlanıb.

“AVESTA.AZ” xəbər verir ki, "Njde və Andranikin Qafan qətliamı" adlı süjetdə ermənilərin tarix boyu çirkin niyyətlərindən, eləcə də Qərbi Azərbaycan torpaqlarını qəsb etmək məqsədilə azərbaycanlıları zaman-zaman köçürmələrə məruz qoymasından və türk-oğuz yurdlarına sahib çıxmasından bəhs olunur.

Bildirilir ki, Qərbi Azərbaycanın Zəngəzur mahalının cənub hissəsində yerləşən Qafan rayonu ərazisində insanlar hələ eradan əvvəl VI əsrdə məskunlaşıblar. Zəngəzurun bu bölgəsi coğrafi və strateji mövqeyinə görə III–IV əsrlərdən başlayaraq bir çox dövlətlərin işğalına məruz qalıb. Qafan rayonunun adı tarixi mənbələrdə 1034-cü ildən başlayaraq Kapan şəklində çəkilir. Bu toponim qədim türk tayfalarından olan peçeneqlərin kapan tirəsinin adı ilə bağlıdır. Qafan rayonunda son zamanlara qədər xarabalıqları qalan Oxçu qalası, Qır qalası, Babək qalası və digər qədim istehkamlar və toponimlər bu yerlərin atəşpərəstlərin məskəni olduğunu bir daha təsdiq edir.

Qeyd olunur ki, bu ərazidə azərbaycanlı əhali hələ 1905-ci ildə ermənlərin təcavüzünə məruz qalıb: “Qatar, Oxçu kəndləri tam darmadağın edilib, Oxtar, Dovrus, Qaraçimən, Şəhərcik, Şabadin, Gığı və Kurud kəndlərində yaşayan soydaşlarımız Azərbaycanın ayrı-ayrı bölgələrinə köçürülüb. 1918-ci ildə daşnak Qaregin Njde Andranik Ozanyanla birləşib silahlı dəstələrlə Zəngəzurun, o cümlədən Qafanın azərbaycanlı əhalisinin bir hissəsini məhv edib, bir hissəsini isə didərgin salıb və dinc əhaliyə divan tutub. Azərbaycanlıları guya barışıq elan etmək məqsədilə aldadıb Oxçu məscidinə yığaraq od vurub hamısını diri-diri yandırıblar. Nəhayət, 1921-ci ilin iyul ayında ermənilərin təkidi ilə sovet hökuməti tərəfindən Zəngəzur birdəfəlik Ermənistana verilib”.

Diqqətə çatdırılır ki, Qafan rayonu inzibati ərazi kimi 1930-cu il sentyabrın 9-da təşkil olunub: “İndiki Ermənistan ərazisində 1930–1995-ci illərdə mövcud olmuş Qafan rayonunun mərkəzi respublika tabeli Qafan şəhəri olub. 1988-ci ildə azərbaycanlılar 40-dan çox yaşayış məntəqəsini məcburən tərk ediblər. Bundan sonra rayon üzrə 31 tarixi yer adları dəyişdirilib. Nəhayət, 1995-ci ildə Qafan, Sisiyan, Meğri, Gorus rayonları ləğv edilib və mərkəzi Kapan şəhəri olan Sünik mərzliyi yaradılıb.

Sonda vurğulanır ki, yüz illər ərzində Qafanın azərbaycanlılar yaşayan kəndlərinin mənimsənilməsi ermənilərin çirkin simasını və niyyətini bir daha göstərən tarixi reallıqdır: “Təbii ki, bu çirkin niyyətin puç olması Qərbi azərbaycanlıların doğma yurda qayıdışı ilə baş verəcək. O gün isə uzaqda deyil”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Süjet teleaparıcı Ramin İbrahimovun təqdimatında martın 27-də saat 19:30-da Baku Tv-nin efirində və Youtube kanalında yayımlanıb.

Paylaş

Xəbər lenti

Keçmiş cütlüyün illərdir davam edən gərginliyi bitdi Bu gün, 17:48 Qohum evlilikləri ilə bağlı qeyri-adi hadisə - Ailənin üzvləri mavi doğulub Bu gün, 17:48 "Ağ kepkalı feodal"ın elektromobil şousu - "Mehdiyev klanı" 600 hektar bağı zəbt edib Bu gün, 17:48 Ermənistanda saxlanılan azərbaycanlı hərbçinin həbs müddəti uzadıldı Bu gün, 17:48 Tanınmış vəkil Orxan Kəngərli həbsdə qaldı Bu gün, 17:48 Arşavin "Barselona"nı "Real Madrid"dən üstün tutmasının səbəbini açıqlayıb Bu gün, 17:48 Azərbaycan neftini ən çox alan 10 ölkə – SİYAHI Bu gün, 17:48 Alen Simonyan azərbaycanlı və erməni nümayəndələrlə görüşdü Bu gün, 17:48 Bakı-Xırdalan-Sumqayıt sərnişin qatarının fəaliyyəti nə vaxt bərpa olunacaq? - Rəsmi Bu gün, 17:48 İlon Mask ABŞ-dəki bütün uşaqlara bahalı hədiyyə verəcək Bu gün, 17:48 57 yaşlı Cennifer Lopez belə formada qalır Bu gün, 17:48 Qazaxıstanda təhlükəli virus yayılması barədə iddialara cavab verildi Bu gün, 17:48 Avropa ölkəsində elektrik enerjisi çatışmazlığı riski artıb Bu gün, 17:48 Gəncədə köşkdən oğurluq edən şəxs saxlanılıb Bu gün, 16:48 Bakıda sökülən tarixi qapı əvvəlki yerinə qaytarılır - Qanun pozuntusuna görə protokol tərtib edilib Bu gün, 16:48 Məşhur xanəndənin qayınanası: "Adını eşidən kimi sevinirəm" Bu gün, 16:48 Azərbaycan neft ixracından gəlirlərini 12 %-dən çox artırıb Bu gün, 16:48 Azərbaycanda nəvə babasının evini qarət etdi Bu gün, 16:48 Xətaidə çoxmərtəbəli yaşayış binasında YANĞIN Bu gün, 16:48 Murat Ülker "Azersun Holding"in rəhbərliyi ilə görüşüb Bu gün, 16:48 Çingiz Mustafayev: "Azərbaycanda düşünmürəm ki, kiminsə mənim mahnılarıma ehtiyacı ola" Bu gün, 16:48 İran Naxçıvanla sərhədə hərbi texnika yığır? - RƏSMİ Bu gün, 15:48 SOCAR ilə Schneider Electric arasında Anlaşma Memorandumu imzalanıb Bu gün, 15:48 Yüksək təzyiqin gizli təhlükəsi - Heç bir əlamət olmadan orqanları zədələyir Bu gün, 15:48 SECO Aftermarket Azərbaycanda tərəfdaşlar axtararkən 60 illiyini qeyd edir Bu gün, 15:48 Göyçənin qədim Azərbaycan kəndi: Günəşlinin tarixinə nəzər Bu gün, 15:48 Xırdalan və Masazırın bəzi ərazilərində qaz təchizatında fasilə yaranacaq Bu gün, 15:48 "İlkin ödənişsiz avtomobil" vədi ilə vətəndaşları aldadan şəxs saxlanıldı Bu gün, 15:48 Mayk Tayson "Tuzlu kahve"də Bu gün, 15:48 İlbiz yumurtaları qızıl qiymətinə satılırmış - Fantastik məbləğ Bu gün, 14:48 Qaz cihazları ilə bağlı yeni qaydalar qüvvəyə mindi - Hansı avadanlıqları əhatə edir? Bu gün, 14:48 Namizəd Səfərov 7 il müddətə azadlıqdan məhrum edilib Bu gün, 14:48 Canlı yayımda nalayiq ifadələr işlədən tiktoker saxlanıldı Bu gün, 14:48 Azərbaycanlı müğənni: "Mənimlə duet oxumaq üçün 10-15000 manat ödəməlidirlər" Bu gün, 14:48 Azərbaycanəsilli aktyor keçmiş sevgilisi haqqında: "Baş rol təklifi gələndə məni tərk etdi" Bu gün, 14:48 Ramiz Mehdiyevin şikayətinə baxılıb Bu gün, 14:48 Xalq artistindən iddialı açıqlama: "Pisəm? xoş getdin!" Bu gün, 14:48 Uşaq geyimləri və məktəb ləvazimatları ilə bağlı yeni qaydalar hazırlanır Bu gün, 14:48 Bağça müəllimləri üçün sertifikasiya imtahanının tarixi dəyişdirilib Bu gün, 14:48 Azərbaycanda qanunsuz saxlanılan 35 odlu silah aşkarlandı Bu gün, 13:48 Azərbaycanda mühərrik və transmissiya yağlarının satışına yeni tələblər qoyula bilər Bu gün, 13:48 Özcan Denizin əmisi onun sərbəst buraxıldığını açıqladı Bu gün, 13:48 40 yaşlı Fahriye Evcenlə 61 yaşlı Oktay Kaynarcanın serialından İLK FOTOLAR Bu gün, 13:48 Sərxoş halda komando hərbçisini vurub öldürən sürücüyə hökm oxundu Bu gün, 13:48 Rafet El Roman: "Eşqi 68 yaşında tapdım" Bu gün, 13:48 Dekabrda bu bürclər üçün yeni iş fürsətləri yaranacaq Bu gün, 13:48 Hər evdə olan məşhur Yeni İl əyləncəsi ilə bağlı XƏBƏRDARLIQ Bu gün, 13:48 Xalq artisti Elmira Şabanova dəfn olundu Bu gün, 13:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR