28-03-2024, 20:02 71

Azərbaycan təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı təntənəli tədbir təşkil olunub

Azərbaycan təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı təntənəli tədbir təşkil olunub.

Bu barədə "AVESTA.AZ"a Dövlət Təhlükəsizliyi Xidmətinin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, 28 mart tarixi Ümummilli Lider Heydər Əliyevin 23 mart 1997-ci il tarixli Sərəncamı ilə Azərbaycan təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı günü kimi qeyd olunur və bu gün təhlükəsizlik orqanlarının yaradılmasının 105-ci ildönümü tamam olur.

Bununla əlaqədar, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-polkovnik Əli Nağıyev və Xidmətin əməkdaşları Fəxri xiyabana gələrək Azərbaycan təhlükəsizlik orqanlarının fəxri rəhbəri, mənalı ömrünün 25 ilini bu orqanlarda şərəfli xidmətə həsr etmiş dahi şəxsiyyət Heydər Əliyevin əziz xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da məzarı ziyarət olunmuş, üzərinə gül dəstələri düzülüb.

DTX-nin əməkdaşları daha sonra Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının, o cümlədən şəxsi şücaət göstərərək şəhidlik zirvəsinə ucalmış təhlükəsizlik orqanlarının əməkdaşlarının məzarlarını ziyarət etmiş, Xidmətin adından “Əbədi məşəl” abidəsinin önünə əklil qoyulub.

Qeyd olunub ki, daha sonra DTX-nin Mədəniyyət mərkəzində Xidmətin əməkdaşlarının və veteranlarının iştirakı ilə peşə bayramına həsr olunmuş təntənəli tədbir keçirilib. Tədbir açıq elan olunduqdan sonra Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda həlak olmuş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət Himni səsləndirilib. Ardınca Azərbaycan təhlükəsizlik orqanlarının 105 illik tarixindən bəhs edən “Xüsusi xidmət” adlı sənədli film nümayiş etdirilib.

DTX-nin rəisi general-polkovnik Əli Nağıyev tədbirdə giriş nitqi ilə çıxış edərək təhlükəsizlik orqanlarının 105 illik tarixinə nəzər salıb, bu orqanların Azərbaycan Xalq Cümhuriyyəti dövründə təşəkkülü, sovetlər dönəmindəki fəaliyyəti və müstəqillik qazanıldıqdan sonra müasir Azərbaycanın xüsusi xidmət orqanlarının formalaşması barədə ətraflı məlumat verib.

Ulu Öndər Heydər Əliyevin təhlükəsizlik orqanlarının tarixində misilsiz xidmətlərindən danışan Xidmət rəisi bu təsisatın tərkibinin milliləşdirilməsi kimi o dövr üçün çətin və mürəkkəb olan prosesin həyata keçirilməsində dahi rəhbərin əvəzsiz rolundan, xüsusi xidmət orqanlarının kadr potensialının formalaşdırılması, maddi-texniki bazasının təkmilləşdirilməsi, əməkdaşlarının iş və məişət şəraitlərinin yaxşılaşdırılması məsələlərinə həssas yanaşmasından və bu istiqamətdə gördüyü ölçüyəgəlməz işlərdən danışıb.

Xidmət rəisi, Natiq Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə artıq yeni dövrə qədəm qoyan təhlükəsizlik orqanlarının qarşısında qoyulan vəzifələri bundan sonra da layiqincə yerinə yetirəcəklərinə inamını ifadə edib, eyni zamanda DTX-nin son illərdəki fəaliyyətinə toxunub.

Əli Nağıyev dövlətimizin başçısının sarsılmaz siyasi iradəsi və Ordumuzun hərbi gücü nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa olunduqdan sonra Azərbaycanın təhlükəsizlik orqanlarının qarşısında yeni çağırışların durduğunu bildirmiş, regionda yaranmış vəziyyəti öz xeyrinə dəyişmək istəyən və bölgənin yenidən münaqişə ocağına çevrilməsinə çalışan bəzi dairələrin təxribat və kəşfiyyat-pozuculuq fəaliyyətini, casus şəbəkəsi yaradaraq ölkəmizin milli təhlükəsizliyinin zərərinə hesablanmış müxtəlif planları həyata keçirmə cəhdlərini diqqətə çatdırmışdır. Qeyd olunmuşdur ki, DTX respublikamızın təhlükəsizliyinə yönələn bu kimi təhdidləri dəf etmək üçün bütün qüvvə və vasitələrini səfərbər edərək belə hallarla mübarizəsini bundan sonra da inamla davam etdirəcək.

Xidmət rəisi Əli Nağıyev Ali Baş Komandan İlham Əliyevin təhlükəsizlik orqanlarına göstərdiyi xüsusi diqqət və qayğının növbəti təzahürü kimi, ölkə başçısının müvafiq Sərəncamı ilə təhlükəsizlik orqanlarının yaradılmasının 105-ci ildönümü və peşə bayramı əlaqədar DTX-nin bir qrup əməkdaşının ali hərbi rütbələrə və yüksək dövlət mükafatlarına layiq görüldüyünü vurğulamış, bunun üçün Prezident İlham Əliyevə şəxsi heyət adından minnətdarlığını çatdıraraq, Xidmətin əməkdaşlarının göstərilən bu etimadı doğruldacaqlarına qətiyyətlə inandığını bildirib

Sonra tədbir təhlükəsizlik orqanları əməkdaşları və veteranlarının çıxışları ilə davam etdirilib.

Tədbirin rəsmi hissəsinin sonunda DTX-nin şəxsi heyəti adından Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə müraciət oxunub.

Tədbirin bədii hissəsində tanınmış mədəniyyət və incəsənət xadimlərinin ifasında konsert proqramı təqdim olunub.

Paylaş

Xəbər lenti

Portuqaliya keçmiş koloniyalara təzminat ödəməkdən imtina edib Bu gün, 06:43 Amsterdamda keçirilən nümayişdə 100-dən çox ətraf fəal saxlanılıb Bu gün, 06:12 Ukrayna Almanya şirkətindən 800-dən çox “Vektor” kəşfiyyat aparatı tələb edib Bu gün, 05:38 Britaniya özünün hipersəs raketlərini hazırlamağı planlaşdırır Bu gün, 05:09 Makron nüvə silahından istifadə məsələsini müzakirə etməyə çağırıb Bu gün, 04:46 Sabunçuda avtomobillərin toqquşması xəsarətlə nəticələnib Bu gün, 04:15 “Titanik” sərnişininin saatı 1,4 milyon dollara satılıb Bu gün, 03:45 Hövsanda iki avtomobil toqquşub, xəsarət alan var Bu gün, 03:18 Meksikada cinsiyyətin dəyişdirilməsi cinayət hesab edilə bilər Bu gün, 02:35 Zaqatalada müştəri çayxana sahibinə 13 bıçaq zərbəsi vurub Bu gün, 02:17 Bakıda 18 yaşlı gənc qızı avtomobil vurub Bu gün, 02:00 Ağdamda mina partlayışı olub, xəsarət alan var Bu gün, 01:27 Rusiyada 4 nəfər yol qəzasında ölüb Bu gün, 01:25 Bakı-Şamaxı yolunda iki nəfər ağır yol qəzasında yaralanıb Bu gün, 01:09 Bu gün görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın doğum günüdür Bu gün, 00:47 Kansler almaniyalı hərbçilərin Ukraynaya göndərilməsini istisna edib Bu gün, 00:35 Türkiyədə polis iki həmkarını öldürüb Bu gün, 00:07 Xankəndini ermənilərdən, Lənkəranı separatçılardan təmizləyən irəvanlı general Dünən, 23:51 Azərbaycan millisi cüdo üzrə Avropa çempionatında tarixi uğura imza atıb Dünən, 23:46 Zəngəzurda avtobus qəzası nəticəsində ölənlərin sayı artıb - YENİLƏNİB Dünən, 23:41 Gürcüstan Avropa ölkələrinə ilbiz ixracını artırıb Dünən, 23:34 Rusiya Müdafiə Nazirliyinin daha bir əməkdaşı həbs edilib Dünən, 22:45 Karate üzrə açıq turnir keçirilib Dünən, 22:30 Norveçdə morju narahat edən turist cərimələnib Dünən, 22:26 “İYİ” Partiyasının yeni sədri məlum olub Dünən, 22:11 Salah “Liverpul”un baş məşqçisi ilə mübahisə edib Dünən, 22:03 Tacikistan XİN vətəndaşlarına Rusiyaya səfər etməməyi tövsiyə edib Dünən, 21:51 Azərbaycan parabadmintonçusu növbəti dəfə bürünc medal qazanıb Dünən, 21:45 Moskvada “Reuters” xəbər agentliyinin prodüseri həbs edilib Dünən, 21:34 Müharibədən sonra 356 nəfər mina qurbanı olub Dünən, 21:19 Keniya və Tanzaniyada daşqınlarda 230-dan çox şəxs ölüb Dünən, 21:12 İmişli-Biləsuvar yolundakı qəzada xəsarət alanların vəziyyəti açıqlanıb - YENİLƏNİB-2 Dünən, 20:50 Mingəçevirdə kütləvi dava olub, ata və iki oğlu xəsarət alıb Dünən, 20:45 Moskvada Qara Qarayev adına beynəlxalq onlayn müsabiqə laureatlarının qala-konserti olub Dünən, 20:31 Vaşinqtonda Azərbaycan və Türkiyə səfirləri görüşüblər Dünən, 20:18 Cəlilabadda minik avtomobili yanıb  Dünən, 20:11 Azərbaycan Premyer Liqasında XXXII tura start verilib  Dünən, 19:53 Azərbaycan Premyer Liqasında XXXII turun görüşlərinə start verilib  Dünən, 19:53 İmişli-Biləsuvar yolundakı qəzada xəsarət alanların sayı artıb - YENİLƏNİB Dünən, 19:43 Rusiyada miqrantların qalma müddəti il ərzində 90 günə qədər azaldılır Dünən, 19:33 Avropa çempionatı: Azərbaycanın daha bir cüdoçusu qızıl medal qazanıb Dünən, 19:25 Zəngəzurda İrana məxsus avtobus qəzaya uğrayıb, ölənlər və yaralananlar var Dünən, 19:21 Bakı metrosunda ölüm hadisəsi olub Dünən, 19:09 Tbilisidə bu ilin ilk rübündə daşınmaz əmlakın qiyməti artıb Dünən, 19:02 Abşeronda içki məclisindən sonra tanışını öldürməkdə şübhəli bilinən şəxs tutulub Dünən, 18:30 Biləsuvarda ərzaq mağazasının anbarı yanıb Dünən, 18:23 Pakistanın hərbi təhsil üzrə nümayəndələrinə Azərbaycan Ordusundakı islahatlar barədə məlumat verilib Dünən, 18:16 Gürcüstan parlamentinin sədri “Xarici agentlər” haqqında qanuna görə ABŞ senatorlarına sərt cavab verib Dünən, 17:52

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR