
Qazaxıstanın irimiqyaslı daşqın bölgələrindən təxliyə edilmiş sakinlərinin sayı 14,2 mini ötüb, onlardan 5,5 mindən çoxu uşaqlardır.
“AVESTA.AZ” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, daşqınlar başlayandan 14,2 mindən çox insan xilas edilib: “Müvəqqəti yerləşdirmə mərkəzlərində 5 848 nəfər var ki, onlardan 2 222-si uşaqdır”.
Qeyd edilib ki, hazırda xilasetmə işlərində 10 413 nəfər, 3 743 texnika və 14 hava gəmisi iştirak edir. Respublika qərargahı daşqınlardan zərər çəkmiş səkkiz əraziyə nəzarət edir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.