2-04-2024, 14:45 529

ABŞ-Ermənistan hərbi əməkdaşlığı və susqun Tehran - ŞƏRH 

Ermənistanla Azərbaycanın ortaq nöqtələri hələ ki formalaşmayıb. Ancaq SSRİ dağılandan sonra hər iki ölkənin Qərblə əlaqələri genişləndirməyə çalışması tərəflərin vahid məxrəci sayıla bilər. Ona görə də bu blokun təmsilçilərinin Ermənistana münasibətdə tarazlığı pozması yaxşı qarşılanmır.

Məsələn, Fransanın tutduğu mövqe birmənalı olaraq anti-Azərbaycan olduğundan Avropa İttifaqının bəzi qurumlarına etibarsızlıq yaradıb. Bu həm də Qərbə inama mənfi təsir göstərib. ATƏT-in keçmiş Minsk qrupunun həmsədrliyi isə Azərbaycan ictimaiyyətinin bu bloka etimadını zədələyib.

ABŞ-dən olan bir qrup mobil təlimatçı Ermənistan hərbçiləri ilə ictimaiyyətlə əlaqələr və kommunikasiyalar sahəsində təcrübə mübadiləsi aparmaq üçün İrəvana gəlib. Bildirilib ki, səfər Ermənistan-ABŞ müdafiə əməkdaşlığı çərçivəsində baş tutub. Məlumata görə, ABŞ hərbçiləri aprelin 1-dən 5-dək Ermənistan Müdafiə Nazirliyinin İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin, “Zinuj Media” dövlət qurumunun əməkdaşları ilə təlim keçirəcək.

Azərbaycanla normallaşma prosesində əməli bir addım atılmadığı halda Ermənistanla Qərbin (xüsusən ABŞ və Fransa) hərbi sahədə əməkdaşlığı rəsmi Bakıya yanaşmada tarazlığın pozulmasıdır.

Ermənistanın hakim "Mülki müqavilə" Partiyasının təmsilçisi, parlamentin regional və Avrasiyaya inteqrasiya məsələləri üzrə daimi komissiyanın sədr müavini Vaqarşak Akopyan bildirib ki, ölkəsinin Qərblə münasibətləri gücləndirməsi başqa ölkələri, xüsusən Rusiyanı hədəf almayıb.

Ermənistanın baş naziri Nikol Paşinyan müxalifətdə olarkən Avrasiya İqtisadi İttifaqının ölkəsi üçün faydasının olmadığını bildirirdi. İndi isə iqtisadiyyatdakı uğurlarını bu qurumla əlaqələndirirlər. Bu azmış kimi Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika Respublikasının yaratdığı (BRİCS) birliyi ilə əməkdaşlığı müzakirə edir. Digər tərəfdən “Armenian Card” (ArCa) milli ödəniş sisteminin üzvü olan Ermənistan bankları Rusiyanın “Mir” kartlarına xidmət göstərməyi dayandırıb.

Bununla belə ona xidmət göstərən “Bank VTB Armenia” (ABŞ-nin sanksiya tətbiq etdiyi Rusiyanın "Bank VTB"sinin törəmə maliyyə müəssisəsi) Ermənistanda Rusiya kartları ilə işləməyə davam edəcək. Akopyan bu məsələnin hökumətə aid olmadığını vurğulayıb.

Ermənistanın ABŞ və Fransa ilə hərbi sahədə əməkdaşlığı Rusiyaya qarşı deyilsə bəs bu istiqamətdə əlaqələr kimə qarşı hesablanıb? Avropa İttifaqının bu ölkədə yerləşən Mülki müşahidə missiyası da özünü əvvəllər dinc qurum kimi təqdim edirdi. Ancaq fevralın 12-də erməni sərhədçilər Azərbaycanla sərhədyanı ərazidə təxribatı onların məntəqəsi yaxınlığından etmişdilər. Bu baxımdan Ermənistanın qafasında yalnız fürsət düşən kimi Azərbaycana qarşı revanş yanğısıdır. Belə çıxışlar o ölkədə tez-tez edilir.

ABŞ ilə hərbi əməkdaşlıq RF-yə qarşı, “Mir”ə xidmətin dayandırılmasının hökumətlə əlaqəsi yoxdursa, o zaman rəsmi İrəvanın səmimi olmadığı meydana çıxır.

Belə mütəhərrik mövqeyi olan, səbatsız rəsmi İrəvan özü-özlüyündə təhlükə mənbəyidir. Bu baxımdan aprelin 5-də Brüsseldə ABŞ-nin dövlət katibi Antoni Blinken, Avropa Komissiyasının sədri Ursula fon der Lyayen və baş nazir Nikol Paşinyanın iştirakı ilə keçiriləcək üçtərəfli görüşün də regional əhəmiyyətinin olacağına şübhə artırır. Çünki bu tədbirlə bağlı ikili məlumat yayıldı. Əvvəlcə, onu “Ermənistanın təhlükəsizliyi ilə bağlı paktın” imzalanacağı kimi təqdim etdilər. Ancaq etirazlardan sonra tədbirin Ermənistanla iqtisadi əlaqələrin güclənməsinə həsr olunduğuna dair açıqlama verildi.

Odur ki, Qərbin Ermənistanla əlaqələri regionun gələcəyi, sabitliyi, təhlükəsizliyi təhdid baxımından da müəyyən cavabı hələ verilməyən sualların yaranmasına səbəb olur.

Ermənistan qonşu ölkələr, xüsusi ilə Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarından əl çəkməyib. Başqa sözlə ölkə konstitusiyasında bu iddialar qalır. Belə bir ölkə ilə hərbi sahədə əməkdaşlığın perspektivi narahatlıq doğurmaya bilməz.

Ermənistanla Azərbaycanın İrana yanaşmasında da ziddiyyətli məqamlar var. Rəsmi İrəvanın qərblə əməkdaşlığı Tehranı heç qıcıqlandırmır. Məsələn, ABŞ hərbçilərinin bu ölkəyə səfərinə rəsmi Tehran və ona bağlı KİV münasibət bildirməyib. Yəqin heç bildirməyəcək də. Sanki İran Ermənistanın ABŞ-la əməkdaşlığını alqışlayır və ona bu istiqamətdə dəstək belə verir. Elə Ermənistanın da İranla əməkdaşlığı, Qəzzaya, Suriyadakı Bəşşar Əsəd rejiminə yardımı ABŞ tərəfdən qınanılmır. Əksinə, Tehran və Vaşinqton İrəvanla əlaqələri daha da genişləndirirlər.

Ötən gün İranın Suriya paytaxtı Dəməşqdəki konsulluğuna hava zərbəsi endirilib. İslam Respublikasının deputatı Cəlal Rəşidi Kuci “X” hesabındakı yazıda Azərbaycanı hədələyib: “Sionistlərin" (İsraili nəzərdə tutur-red.) region ölkələrindəki diplomatik mərkəzlərindən biri, daha yaxşısı Azərbaycandakı səfirliyinin açıq və birbaşa hədəfə alınmasını təklif edirəm”.

Kuci İranın çoxsaylı nəzarət qurumlarının süzgəcindən keçəndən sonra deputat olub. O, hakimiyyətin yürütdüyü siyasi xəttin təbliğatçılarındandır. Bu baxımdan rəsmi Tehran onun pozucu fikirlərinin məsuliyyətinə şərik də sayıla bilər.

Yeri gəlmişkən, Azərbaycan Tehrandakı səfirliyinə terror hücumundan bir il 2 ay 6 gün keçib. Ancaq indiyədək bu cinayəti törədənlər cəzalanmayıb.

Bu, İran rəhbərliyinin Azərbaycana münasibətidir.

ABŞ başda olmaqla Qərb bloku, habelə İsraillə əməkdaşlığına görə İran hakimiyyəti Azərbaycana etiraz edir, yaxud Kuci kimi deputatlar, siyasi şərhçilər vasitəsilə anti-Azərbaycan bəyanatlar səsləndirir. Amma Ermənistana oxşar münasibət göstərilmir.

Odur ki, İran və ABŞ arasında İrəvanla bağlı gizli, yaxud aşkar əməkdaşlıq olduğuna ciddi şübhə yaranır. Nə qədər təzadlı olsa da regionda ABŞ-Ermənistan-İran xəyali üçlüyünün obrazı yaranır.

Paylaş

Xəbər lenti

Şahzadə Uilyam və Keyt Midltonun evinə girməyə cəhd – iki nəfər saxlanıldı Bu gün, 14:48 Kamçatka sahillərində 4,5 maqnitudalı zəlzələ oldu Bu gün, 14:48 Əli Əsədov Gürcüstanın Baş nazirinin müavini ilə görüşüb Bu gün, 14:48 Litva XİN rəhbəri: Bu gün "Sabah"-"Barselona" matçında olacağam Bu gün, 14:48 Azərbaycanda yeni mərkəz yaradılır - FƏRMAN Bu gün, 14:48 Tərbiyəçi-müəllimlərin işə qəbulu başlayır Bu gün, 14:48 İlham Əliyevdən ixracda hesablaşmalarla bağlı fərman Bu gün, 14:48 Hacıqabulda seldən zərər çəkmiş fermerə 3 min manata yaxın ödəniş edilib Bu gün, 14:48 Küləkli hava ilə bağlı hərəkət iştirakçılarına xəbərdarlıq Bu gün, 14:48 "Vətən daşı" sənədli filmi "Youtube"da təqdim edilib Bu gün, 14:48 100 milyon il əvvəl su üzərində yeriyən çəyirtkə növü aşkarlanıb Bu gün, 14:48 AYNA: Qusar-Bakı yolunda növbəti elektron tərəzi quraşdırılıb Bu gün, 13:48 Bakıda 23 məktəbə yeni direktor təyin edilib Bu gün, 13:48 Beyləqanın Təzəkənd yaşayış yerində qədim tikili qalıqları aşkarlanıb Bu gün, 13:48 400 tondan artıq təhlükəli toyuq əti məhsulunun dövriyyəsi ilə bağlı üç nəfərə cinayət işi başlanıb Bu gün, 13:48 Bakıda qadın hamamda dəm qazından boğularaq ölüb Bu gün, 13:48 PAŞA Bank KOB-lar üçün yeni "Çevik Kredit" məhsulunu təqdim edir Bu gün, 13:48 Qvardiola İtaliya millisindən aldığı təkliflə bağlı ilk dəfə danışdı Bu gün, 13:48 Altsheymer xəstəliyinin inkişafını ləngidən yeni preparat hazırlanıb Bu gün, 13:48 13 yaşında satışa başladı, 16 yaşında az qala müflis oldu – milyarder uğur sirrini açıqladı Bu gün, 13:48 Azərbaycanla Litva arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalanıb Bu gün, 12:48 Bir turist Azərbaycanda nə qədər pul xərcləyir? - Məbləğ açıqlandı Bu gün, 12:48 Azərbaycan və Litva XİN başçıları arasında görüş başlayıb Bu gün, 12:48 Qubada kişi sevgilisinin adına kredit götürdü, qadınlar dalaşdılar - Təfərrüat Bu gün, 12:48 Bakıda 14, rayonlarda 18 dərəcə isti olacaq Bu gün, 12:48 Özbəkistan parlamentinin sədri Zəfər parkını ziyarət edib Bu gün, 12:48 Mərhum nazirin gəlini ilk dəfə qayınanası ilə görüntülərini paylaşdı Bu gün, 12:48 Prezident İlham Əliyev Litvanın xarici işlər nazirini qəbul edib Bu gün, 12:48 Bakıda şagirdlər arasında insident - DİN-dən açıqlama Bu gün, 12:48 2026-cı ilin ən gözəl qızı seçildi Bu gün, 12:48 Təhsildən praktikaya, icradan auditə Bu gün, 12:48 Naxçıvanda Vasif Talıbovun imzaladığı 47 fərman ləğv edilib Bu gün, 11:48 İmişli və Saatlının bəzi kəndlərində qaz kəsilib Bu gün, 11:48 "Azərsun Holdinq"in istehsalat müəssisələrində birgə infotur keçirilib Bu gün, 11:48 Rəhman Daşdəmirov: "Barselona"ya qarşı oynamaq hər futbolçunun arzusudur" Bu gün, 11:48 Milyon yarımlıq yanacaq hara gedib? - Hərbçilərlə birgə 15 nəfər ittiham edilir Bu gün, 11:48 Birbank-dan yeni rəqəmsal imkan: bank çıxarışınızı özünüz hazırlayın Bu gün, 11:48 "Qarabağ"da gözlənilməz ayrılıq baş verə bilər Bu gün, 11:48 Özbəkistan parlamentinin sədri Azərbaycana gəlib, "Yol xəritəsi" imzalanacaq Bu gün, 11:48 Gəncədə güclü külək ağacı aşırıb, evə və iki avtomobilə ziyan dəyib Bu gün, 10:48 Bu şəxslərə güzəştlər tətbiq olunacaq - Gələn il yanvarın 1-dən... Bu gün, 10:48 Azərbaycan Tibb Universitetində akademik Adilə Namazovanın 100 illiyi qeyd olunub Bu gün, 10:48 Bu gün 7 kənddə işıq kəsiləcək Bu gün, 10:48 Kəmaləddin Heydərovun Ağdamdakı vətəndaş qəbulunun vaxtı dəyişdirilib Bu gün, 10:48 Bu rüsum 4 dəfəyə qədər azaldılır Bu gün, 10:48 Analiz vermək adı ilə xəstəxanada keçmiş həyat yoldaşını öldürən şəxsin işi Ali Məhkəmədə Bu gün, 10:48 Bəzi rayonlara qar yağır, külək güclənir - Faktiki hava Bu gün, 10:48 Ombudsman qadınlara qarşı zorakılığa son qoymağa çağırıb Bu gün, 10:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR