3-04-2024, 13:31 546

Yeni Kaledoniya - Konstitusiya islahatı Numey və Paris arasında gərginliyi artırır

Aprelin 2-də Fransa Senatı Yeni Kaledoniyada əyalət seçkiləri üçün seçki orqanını genişləndirmək məqsədilə həssas məsələ olan konstitusiya dəyişikliyini təsdiqləyib. Yeni Kaledoniyanın müstəqil hərəkatlarının nümayəndələrinin fikrincə, bu addım yanlış idarəçilik və repressiya səbəbindən dərin iqtisadi böhranın hökm sürdüyü arxipelaqda loyallarla müstəqillik tərəfdarı qüvvələri arasında gərginliyi artırır.

“Dövlət artıq tərəfsiz deyil, çünki o, üçüncü referendumdan sonra müəyyən mövqe tutub və konsensus yolunu seçməyib. Amma burada hər şey hər zaman konsensus və dialoq əsasında həyata keçirilib”, - Kaledoniya İttifaqının (UC) Baş katibi Dominik Foşi bildirib.

Bundan başqa, D.Foşi yerli konsensus olmadan, kaledoniyalıların fikirləri nəzərə alınmadan dövlətin “güc yolu ilə keçidi”ni pisləyib: “Əlbəttə ki, biz Numey razılaşmasını kənara atmamalıyıq. Amma biz son qərarla razı deyilik və səsimiz eşidilənə qədər bu haqda danışacağıq”.

Yeri gəlmişkən, Yeni Kaledoniyanın “La Voix du Caillou” qəzetinin məlumatına görə, müstəqillik tərəfdarları əhalinin necə yaşamaq istədiyini və nəyə can atdığını əks etdirməyən yeni düzəlişdən qəzəbləniblər.

“Seçki orqanının artırılması daha bir yaşayış yerinin yaradılması, kanakların və burada yaşayan digər insanların, məsələn, tarixin qurbanı olan insanların nəzərə alınmaması deməkdir”, - Anri Vedo izah edib.

O, Fransa dövlətinin bu ədalətsiz yanaşmasını pisləyib: “Əslində, Fransa müqavilələrə, məsələn, Numey, Matinon-Udino kimi razılaşmalara tüpürür. Bu isə Yeni Kaledoniyada yaşayan insanların qəlbini yaralayır”.

Bu arada, Fransa Senatında keçirilən səsvermə hakim partiya və sağ qanad tərəfindən müsbət qarşılansa da, Fransa Sosialist Partiyası dövlətin Yeni Kaledoniya ilə münasibətinin təhlükəli həddə çatdığını bəyan edərək, buna qarşı çıxıb.

“Hökumət güc yolu ilə hərəkət etməyi seçib. Bununla o, öz seçimlərində rəhbər tutmalı olduğu qərəzsizlik prinsipinə qayıtmaqdan imtina edib”, - senator Korin Narassiquen (Sosialist Partiyası) vurğulayıb.

O qeyd edib ki, konstitusiyaya yalnız Yeni Kaledoniyanın institusional gələcəyinə dair hərtərəfli yerli saziş imzalandıqdan sonra yenidən baxılmalıdır ki, bütün arxipelaqı alova qərq edəcək qığılcım yaranmasın.

Xatırladaq ki, 1998-ci ildə imzalanmış Numey razılaşmasına əsasən, Yeni Kaledoniya müstəqillik əldə etmək üçün üç referendum keçirməlidir. 2021-ci il dekabrın 12-də kaledoniyalılar Fransadan ayrılmaq üçün üçüncü, yəni sonuncu referendumu keçiriblər. O vaxt yerli əhali müstəqilliyin lehinə səs verib. Lakin Fransa faktiki olaraq bu üç referendumun nəticələrini tanımayıb.

Bütün bunlara baxmayaraq, Yeni Kaledoniya müstəqillik yolunda yeni müttəfiqlər qazanıb. Buna misal kimi dənizaşırı ərazilərin müstəqilliyi uğrunda hərəkatın tərəfdarlarından biri olan, neokolonializmlə mübarizə məqsədilə yaradılmış Bakı Təşəbbüs Qrupunu göstərmək olar. Belə ki, bu qrup bir sıra digər ərazilər kimi arxipelaqın vətəndaşlarını da lazımi vasitələrlə təmin edir.

Bu məqamda qeyd edək ki, ötən il oktyabrın 20-də Azərbaycanın paytaxtında Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə “Neokolonializm: İnsan Hüquqlarının Pozulması və Ədalətsizlik” mövzusunda beynəlxalq konfrans keçirilib. Konfransda bir sıra ölkələrin, həmçinin Fransanın dənizaşırı ərazilərinin (Yeni Kaledoniya, Fransız Polineziyası, Fransız Qvianası, Martinik və Qvadelupa), eləcə də Korsikanın nümayəndələri iştirak ediblər.

Fransa hökuməti və KİV-lərinin təzyiqlərinə baxmayaraq, Bakı Təşəbbüs Qrupunun direktoru Abbas Abbasov konfransın Fransaya qarşı yönəlmədiyini bəyan edib. “Beynəlxalq hüququn prinsiplərinə əməl edilməsi məsələsində Azərbaycan nümunəvi ölkədir. Biz Bakı Təşəbbüs Qrupu olaraq məhz bu çərçivədə fəaliyyət göstəririk və bu təşəbbüs heç kimə qarşı yönəlməyib”.

Hər halda, son islahatın qəbulu Paris ilə bu dənizaşırı ölkə arasında qarşıdurmada yeni mərhələnin açılmasına səbəb olur. Belə ki, bu zaman Yeni Kaledoniya əhalisi Fransa dövlətinin təzyiqinə məruz qalacaq. Kaledoniyalılar hesab edirlər ki, Fransanın mərkəzi hökuməti onların iradəsindən yan keçməyin yollarını və əks fikirlərin qarşısını almaq üçün texniki imkanlar axtarır.

Yeni Kaledoniya Parlamentinin Ailə və Qadın Məsələləri Komissiyasının vitse-prezidenti Mari-Lin Sakiliyanın sözlərinə görə, nazirlər - Sebastyan Lekornu və Jerald Darmanan Yeni Kaledoniya xalqının 2021-ci ildə etdiyi seçimə cavab olaraq, arxipelaqın institusional gələcəyi ilə bağlı müzakirə açmağa qərar verdilər: “Belə ki, onlar müzakirələrin formatını dəyişdirib və ikinci qanunvericilik referendumunun ertəsi günü İmzaçılar Komitəsini qapalı dialoqla əvəz edib”.

Beləliklə, Fransa Senatında keçirilən səsvermə son dərəcə gərgin vəziyyət yaradaraq, ada sakinləri ilə mərkəzi hökumət arasında ciddi fikir ayrılıqlarını vurğulayır.

“Bu gün kanak xalqına qarşı təhdidin olduğunu söyləyə bilərik”, - Yeni Kaledoniyanın müstəqilliyinin tərəfdarı olan partiyanın üzvü Qenri Jüni vurğulayıb. Onun sözlərinə görə, kanakların hüquqlarının azaldılacağı ilə bağlı narahatlıqlar var.

Camal Mustafayev

Paylaş

Xəbər lenti

Avtobuslar niyə düzgün park edilmir? Bu gün, 00:48 Tokayev: "TikTok" insan beynini məhv edən dəhşətli bir şeydir Bu gün, 00:48 2027-ci ildə borc içində üzəcək bürclər – XƏBƏRDARLIQ Bu gün, 00:48 Həsənin ölümünün pərdəarxası: Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? Dünən, 23:48 Putin: Xəzər dənizinin dayazlaşması narahatlıq doğurur Dünən, 23:48 Bakıda iki böyük prospektin yükü azalacaq: İşlər bitmək üzrədir Dünən, 23:48 Atobuslar niyə düzgün park edilmir? Dünən, 23:48 Babək rayonunda baş verən qəzada beş nəfər xəsarət alıb Dünən, 23:48 Bir telekanalın yayımı dayandırıldı Dünən, 22:48 Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib Dünən, 22:48 Özcan Deniz, Burcu Özberk və Deniz Çakırın ifadələri mətbuata açıqlandı Dünən, 22:48 Gecələr az yatmağın səbəbi bu vitamin çatışmazlığı ola bilər - ARAŞDIRMA Dünən, 22:48 Simonyan Azərbaycana səfəri zamanı ikitərəfli məsələləri müzakirə etmək niyyətindədir Dünən, 22:48 Urudun susdurulan yaddaşı: Daşlara həkk olunan tarix Dünən, 21:48 Gələn il maaşdan nə qədər vergi tutulacaq? - AÇIQLAMA Dünən, 21:48 Ruslan Ənvərliyə vəzifə verildi Dünən, 21:48 Yeni il gecəsi baş verən hadisənin təfərrüatı: 13 yaşlı qızla intim münasibətdə olan gənc həbs edildi Dünən, 20:48 Maşın almaq istəyənlərə MÜJDƏ - Bu tarixdə dəyərindən çox ucuz avtomobillər satışa çıxarılacaq Dünən, 20:48 "Sülh körpüsü" təşəbbüsü çərçivəsində 6 tematik komitə fəaliyyət göstərəcək Dünən, 20:48 Arvadını iki kişi ilə yaxalayan 49 yaşlı iş adamı evində ölü tapıldı Dünən, 20:48 SOCAR-da ilin ilk 6 ayı üzrə audit olunmuş maliyyə və əməliyyat nəticələri müzakirə edilib Dünən, 20:48 Yaşıllıqların mühafizəsinə dəstək məqsədli mobil tətbiq istifadəyə verilib Dünən, 19:48 "Sabah"a 2 qol vuran Qordon UEFA Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu seçilib Dünən, 19:48 Bakı metrosunda 36 vaqon xətdən çıxarılıb: Səbəb Dünən, 19:48 Bu ərazidə 960 şagirdlik yeni məktəb-lisey TİKİLƏCƏK Dünən, 19:48 AZƏRTAC və Argentinanın LANA xəbər agentliyi arasında əməkdaşlıq memorandumu imzalanıb Dünən, 19:48 "Barselona"nın ulduzu: Mənim xarakterim və düşüncə tərzim unikaldır Dünən, 19:48 "Azərbaycan Hava Yolları" QSC 2025-ci il üzrə illik hesabatını təqdim edib Dünən, 18:48 22 yaşlı "Tik-toker" avtomobil qəzasında öldü Dünən, 18:48 Türk Dövlətləri Həmkarlar İttifaqları Təşkilatının iclası keçirilib Dünən, 18:48 "Sabah" klubu rusiyalı azarkeşin ölümü ilə bağlı başsağlığı verib Dünən, 18:48 İcra hakimiyyətindəki əməliyyatda saxlanılan vəzifəlilər hakim qarşısında Dünən, 18:48 Küveytdə İranın PUA hücumu nəticəsində 2 italiyalı mütəxəssis ölüb Dünən, 18:48 Keçmiş cütlüyün illərdir davam edən gərginliyi bitdi Dünən, 17:48 Qohum evlilikləri ilə bağlı qeyri-adi hadisə - Ailənin üzvləri mavi doğulub Dünən, 17:48 "Ağ kepkalı feodal"ın elektromobil şousu - "Mehdiyev klanı" 600 hektar bağı zəbt edib Dünən, 17:48 Ermənistanda saxlanılan azərbaycanlı hərbçinin həbs müddəti uzadıldı Dünən, 17:48 Tanınmış vəkil Orxan Kəngərli həbsdə qaldı Dünən, 17:48 Arşavin "Barselona"nı "Real Madrid"dən üstün tutmasının səbəbini açıqlayıb Dünən, 17:48 Azərbaycan neftini ən çox alan 10 ölkə – SİYAHI Dünən, 17:48 Alen Simonyan azərbaycanlı və erməni nümayəndələrlə görüşdü Dünən, 17:48 Bakı-Xırdalan-Sumqayıt sərnişin qatarının fəaliyyəti nə vaxt bərpa olunacaq? - Rəsmi Dünən, 17:48 İlon Mask ABŞ-dəki bütün uşaqlara bahalı hədiyyə verəcək Dünən, 17:48 57 yaşlı Cennifer Lopez belə formada qalır Dünən, 17:48 Qazaxıstanda təhlükəli virus yayılması barədə iddialara cavab verildi Dünən, 17:48 Avropa ölkəsində elektrik enerjisi çatışmazlığı riski artıb Dünən, 17:48 Gəncədə köşkdən oğurluq edən şəxs saxlanılıb Dünən, 16:48 Bakıda sökülən tarixi qapı əvvəlki yerinə qaytarılır - Qanun pozuntusuna görə protokol tərtib edilib Dünən, 16:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR