
"Kapital Bank" ASC-nin dəstəyi ilə Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi Nəsrəddin Tusi adına fizika-riyaziyyat olimpiadasının final turunu keçirib.
Naxçıvan şəhərində baş tutan olimpiada V-VIII sinif şagirdlərini əhatə edib.
Naxçıvan MR-nın 100 illik yubileyinə həsr olunan fənn olimpiadasında şagirdlər biliklərini məktəb, rayon və muxtar respublika olmaqla 3 turda sınayıblar. Ümumilikdə fənn olimpiadasına qatılan 5000 şagirddən 35-i qalib olub. Layihənin məqsədi istedadlı şagirdləri müəyyən edərək, onların beynəlxalq olimpiadalarda iştirakını təmin etməkdir.
Final mərhələsinin qalibləri Naxçıvan MR-nın Təhsil Nazirliyi, "Kapital Bank" və digər dəstəkçilər tərəfindən fəxri fərman və hədiyyələrlə təltif olunublar.
Ölkənin I bankı olan "Kapital Bank" "PAŞA Holdinq" MMC-yə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 117 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün saytına, 196 Sorğu Mərkəzinə və yaxud Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün — , "Birbank" kartı sifarişi üçün — .
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.