3-04-2024, 17:59 527

Gürcü politoloqlar: Brüssel görüşü bölgədə yeni gərginliyin əsasını qoyacaq

Gürcüstanın siyasi icmalçıları aprelin 5-də Brüsseldə Ermənistanın baş naziri Nikol Paşinyan, ABŞ-nin dövlət katibi Antoni Blinken və Avropa Komissiyasının (AK) sədri Ursula fon der Lyayen arasında keçiriləcək üçtərəfli görüşü bölgə üçün yeni təhlükəli mərhələnin başlanğıcı kimi qiymətləndirirlər.

Hərbi-siyasi ekspert Vaxtanq Maysaya “AVESTA.AZ”un yerli bürosuna açıqlamasında bildirib ki, yalnız Ermənistanın baş naziri Nikol Paşinyanın tədbirə dəvət edilməsi normal hal deyil.

“Regionda sülh və inkişaf üçün çalışan Gürcüstan, Azərbaycan, Türkiyə rəsmiləri danışıqlara dəvət olunmayıblar. Bu isə normal qiymətləndirilə bilməz”.

Politoloq hesab edir ki, bölgədə hansısa yeni birlik və alyansın yaradılması fikri var: “Bu alyans ABŞ və Avropa İttifaqının birbaşa iştirakı ilə qurulacaq və hansı ölkələrin bura qoşulacağını zaman göstərəcək. Digər alyans da ola bilər. Söhbət Azərbaycan, Türkiyə, Pakistan birliyindən gedir. Rusiya təklənəcək, Gürcüstan isə burada neytral obrazda çıxış edəcək. Düşünürəm ki, tez zamanda yeni alyansların şahidi olacağıq. Regionun təhlükəsizliyi üçün bu mütləqdir”.

İranın harada olacağına gəldikdə, ekspertin qənaətincə, Tehran çox güman ki, Rusiya ilə birləşəcək: “Beləcə 3 böyük alyans yaranmış olacaq”.

Siyasi şərhçi Giorgi Caxayanın sözlərinə görə, Brüssel görüşü 8 kəndin Azərbaycana verilməsində qərarlı olan N.Paşinyanın siyasətinə etimadla bağlı bir növ referenduma çevriləcək növbədənkənar seçkilərlə bağlıdır: "Paşinyan seçkilərdə qalib gəlsə deyə bilər ki, Azərbaycanla sülh sazişi imzalamaq müqabilində Qazaxın kəndlərini təhvil verməyə razıdır”.

Politoloq Simon Kopadze isə düşünür ki, Vaşinqton və Brüssel hansısa yeni münaqişə yaratmaq üçün çalışmır. Onun qənaətincə, Qərb Ermənistanı Rusiyanın təsirindən minimum itki ilə çıxarmaq üçün çalışır: “Baş tutacaq görüşdə Rusiyanın tabeliyindən çıxmaq prosesi müzakirə ediləcək. Təbii ki, bunlar mənim qənaətimdir. Bu görüşdə Rusiyanın təsirindən çıxmaqla yanaşı, Azərbaycanla sülh sazişinin imzalanması məsələsi də aktual olacaq. Çünki sülhü təmin edən həm də regionda təsir gücünə malik olacaq. Onun üçün də onlar çalışırlar ki, sülh sazişi maksimum tez imzalansın. Brüssel görüşünə təkcə Ermənistanın dəvət olunması isə başqa amillə bağlıdır. Onlar Paşinyana Azərbaycanla sülh sazişinin imzalanmasının vacibliyini başa salmaq üçün çalışırlar. Bu da təbii ki, ilk olaraq Ermənistanın xeyrinədir”.

Politoloq Avtandil Mikatsadze isə deyir ki, bu görüş Ermənistanı regionda Rusiyanın təsirindən qorumaq üçündür: “Amma Qərbin regionda heç nəyi qalmayıb, onlar sadəcə bölgədəki nüfuzunu, maraqlarını, investisiyalarını müdafiə edirlər. Rəsmi İrəvan isə yaranmış vəziyyətdən yaxşı istifadə edir. Qərbin Cənubi Qafqazda real müttəfiqi qalmayıb, çünki Ankara, Bakı və Tbilisidəki mövcud hakimiyyətlər onların oyunlarını dərk edir. Amma Ermənistanda baş nazir dəyişsə bu zaman işlər daha da qəlizləşəcək”.

Onun fikrincə, sülh üçün çalışan Ankara-Bakı-Tbilisi regionda uzunmüddətli sabitliyi təmin edə bilər: “Təəssüf doğuran budur ki, Qərb regionda Ermənistanın yanında olmaqla, Gürcüstanı itirir. Sanki sistemli şəkildə Tbilisinin Rusiyaya təslim olması üçün bütün resurslardan istifadə edilir”.

Paylaş

Xəbər lenti

Kəmalə Qaramollayevanın "Dünyam" konsertindən GÖRÜNTÜLƏR Bu gün, 01:48 Avropa Komissiyası ABŞ-nin Aİ ilə bağlı istehsal iddiasını rədd edib Bu gün, 01:48 Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər Bu gün, 01:48 Cəlilabad rayonunun bir hissəsi susuz qalıb Bu gün, 01:48 Çətin dağ yolları və mina təhlükəsi: Ordunun Kəlbəcərə hərəkəti üçün hansı hazırlıqlar görüldü? Dünən, 23:48 "TikTok"dan 10 min şitil aldı, 60 min ziyana düşdü: "Kimə göstərdim, pomidora yaxın durmadı" Dünən, 23:48 Elçin Məsiyev dünya çempionatına təyinat aldı Dünən, 23:48 Monteneqro Prezidenti 2027-ci ildə Azərbaycana səfər edəcəyini təsdiqləyib Dünən, 23:48 Azərbaycanda qadını vəhşicəsinə döyən şəxs polis tərəfindən saxlanılıb Dünən, 23:48 ABŞ-də lotereyada 1 milyon dollar qazanan miqrant saxlanıldı Dünən, 23:48 UEFA Çempionlar Liqası: "Sabah" "Barselona" ilə matçda fərqi azaldıb Dünən, 23:48 Qarlı və buzlu yolda sürücülər üçün 8 vacib qayda Dünən, 23:48 Azərbaycanda qadın vəhşicəsinə döyüldü: Pəncərəsinə daş atıldı Dünən, 22:48 Moskvada Qod Nisanovun yeni beşulduzlu hotelinin açılışı olub Dünən, 22:48 "Sabah" - "Barselona" qarşılaşmasında hesab açıldı Dünən, 22:48 "Sabah" - "Barselona" matçında stadiona girişdə problem yaranıb Dünən, 22:48 Azərbaycanda bu şəxslərin evləri TƏMİR EDİLƏCƏK Dünən, 22:48 Mətanət İsgəndərli: "Kəmalə Qaramollayeva belə davam etsə, dünya səhnələrinə çıxacaq" Dünən, 21:48 "200 min pul vermişəm": İcra hakimiyyəti Digahda yolu satıb? Dünən, 21:48 İranda saxta spirtli içkidən 20 nəfər ölüb Dünən, 21:48 Həkimdən xəbərdarlıq: Dərman qəbul edənlər alkoqoldan uzaq durmalıdır Dünən, 21:48 "Sabah" - "Barselona" qarşılaşması start götürdü Dünən, 21:48 Azərbaycanda palçıq vulkanı püskürdü Dünən, 21:48 PA-nın Vətəndaş Qəbulu Mərkəzində dekabr ayı üçün qəbul cədvəli açıqlandı Dünən, 20:48 Güclü küləklə bağlı xəbərdarlıq Dünən, 20:48 Bakı Olimpiya Stadionu tarixi oyuna hazırdır Dünən, 20:48 Əhaliyə ŞAD XƏBƏR - 3 milyon vətəndaşın gəliri artacaq Dünən, 20:48 Kəmalə Qaramollayeva: "Bu konsertə 5 ay hazırlaşmışıq" Dünən, 20:48 Bakıda üç şəhər poliklinikası TƏMİR OLUNACAQ Dünən, 19:48 Türkmənistan Orta Dəhlizin inkişafına özəl investisiyalar cəlb etmək niyyətindədir Dünən, 19:48 Rahim Sterlinqin cəzası məlum oldu Dünən, 19:48 "Black Friday" - Saxta endirim edənləri hansı cəza gözləyir? Dünən, 19:48 Bu ilin sonuna qədər dövlət sifarişi əsasında çəkilən 3 film təqdim olunacaq Dünən, 19:48 Bakıda avtobuslar üçün nəzərdə tutulan xüsusi svetofor istifadəyə verilib Dünən, 18:48 İdman yarışlarının maliyyələşdirilməsi qaydaları üzrə yeni normalar müəyyənləşib Dünən, 18:48 PAŞA Bank və Deloitte Private "Best Managed Companies Azerbaijan 2027" proqramı üzrə növbəti əməkdaşlıq müqaviləsini imzalayıb Dünən, 18:48 BRAVO supermarketlər şəbəkəsi böyük brendləri bir araya gətirdi: Tərəfdaşlar üçün yeni reklam və əməkdaşlıq imkanları təqdim edildi Dünən, 18:48 Xalq artisti Elmira Şabanova vəfat etdi Dünən, 18:48 Sumqayıt bulvarında dənizdə batan şəxsin meyiti tapıldı Dünən, 17:48 Bakıda küləyin sürəti 22 m/s-dir, bəzi rayonlara qar yağır - Faktiki hava Dünən, 17:48 Yasamalda narkotik istifadəçiləri saxlanıldı - ANBAAN VİDEO Dünən, 17:48 Zaqatalada itkin düşmüş şəxsin axtarışlarına təlim itləri cəlb olunub Dünən, 17:48 Məktəblərdə qışa hazırlıq necə aparılır? Dünən, 17:48 Azərbaycan və Tacikistan Müdafiə nazirlikləri arasında təcrübə mübadiləsi aparılıb Dünən, 17:48 UEFA Gənclər Liqası: "Sabah"ın U-19 komandası "Barselona"ya uduzub Dünən, 17:48 Murad Süleymanov vəzifəsindən azad edildi Dünən, 17:48 Fransada tətil Paris–London qatar reyslərini pozdu Dünən, 16:49 Müştəri adı ilə salona girdi, PS5-i çantasına qoyub qaçdı - SAXLANILDI Dünən, 16:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR