
Abşeron rayonunun Masazır qəsəbəsində bir ailənin 3 üzvü yol qəzasında xəsarət alıb.
“AVESTA.AZ” xəbər verir ki, Masazır qəsəbəsində iki avtomobilin toqquşması nəticəsində sərnişinlər 1994-cü il təvəllüdlü İsmayılov Eldar Rauf oğlu, onun həyat yoldaşı 2001-ci il təvəllüdlü İsmayılova Aydan Səməd qızı və onların 1 yaşlı övladları 2023-cü il təvəllüdlü İsmayılov Fuad Eldar oğlu xəsarət alıblar.
Onlar müxtəlif dərəcəli bədən xəsarətləri ilə təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar. Yaralılar həkim nəzarətinə götürülüb.
Hadisənin təfərrüatı Abşeron rayonu polis idarəsində araşdırılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.