
Türkiyənin Bursa şəhərinin Osmanqazi rayonunda iki avtomobilin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsində doqquz nəfər yaralanıb.
“Report” xəbər verir ki, bu barədə məlumat yayıb.
Bildirilib ki, İstanbul şəhəri istiqamətində hərəkətdə olan avtomobil Bursa yönünə dönən kiçik furqona çırpılıb. Hadisədə yaralanmış doqquz nəfər ilkin müdaxilədən sonra xəstəxanaya yerləşdirilib.
Qeyd olunub ki, yaralıların vəziyyəti yaxşıdır.
Faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.