
Qərb ölkələri nəinki Ukraynanı, heç öz ordularını da silahlandırmaq istəmirlər.
“AVESTA.AZ” xəbər verir ki, bu barədə “The Daily Telegraf” nəşri yazıb.
Qeyd olunub ki, Qərbin kifayət qədər istehsal həcmi yoxdur: “Rusiyanınn hücumlarının qarşısının alınması üçün Ukraynaya gündə cəmi 10 min mərmi lazımdır. Mərmi məsələsində problem pul deyil, istehsal potensialının olmamasıdır”.
Məqalədə qeyd edilir ki, hətta ABŞ-ın güclü hərbi-sənaye kompleksi belə ayda cəmi 28 min ədəd 155 mm-lik mərmi istehsal etmək iqtidarındadır: “Bu, Ukraynaya lazım olan ümumi mərmi sayının 10 faizindən də azdır”.
İddiaya görə, indi Qərb əlavə döyüş sursatı istehsalını genişləndirməyə çalışır, lakin temp aşağıdırr: “Səbəb isə odur ki, Qərb sırf Ukraynanı dəstəkləmək üçün istehsalı artırmağı mənasız hesab edir”.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.