6-04-2024, 16:50 477

ABŞ səfirliyi GIPA jurnalistika üzrə magistr proqramına tələbə qəbulu elan edib

ABŞ səfirliyi Gürcüstanın İctimai Əlaqələr İnstitutunun (GİPA) Azərbaycan vətəndaşları olan namizədləri arasında Qafqaz Jurnalistika və Media İdarəçiliyi Məktəbinin (QJMİM) jurnalistika və media əlaqələri üzrə magistr proqramına tələbə qəbulu elan edib.

"AVESTA.AZ" xəbər verir ki, bu barədə ABŞ-nin Azərbaycandakı səfirliyi məlumat yayıb.

Bildirilib ki, proqram üzrə dərslər ABŞ və Avropa universitetlərindən səfər edən müəllimlər və yerli professorlar tərəfindən aparılacaq. Bu proqram ABŞ-nin Dövlət Departamenti tərəfindən maliyyələşdirilir. Ümumilikdə proqramın məqsədi Qafqazda medianın gücləndirilməsidir. Beşədək azərbaycanlı namizədin 2024-cü ilin sentyabrından 2026-cı ilin iyununa qədər dörd semestr ərzində təklif olunacaq proqram üçün seçilməsi gözlənilir. Səfirlik ehtiyacı olan tələbələrin Gürcüstanda oxuduğu müddətdə təhsil və yaşayış xərclərini maliyyələşdirəcək.

Müsabiqəyə jurnalistika, media, kommunikasiya, qrafika, foto jurnalistika, məzmunun işlənib hazırlanması və digər əlaqəli sahələrlə maraqlanan tələbələr müraciət edə bilərlər. Tələbələr 2024-cü ilin sentyabr ayından 2025-cü ilin dekabr ayına kimi Tbilisi şəhərində GİPA-da oxuyacaqlar. 2026-cü ilin iyul ayında isə tələbələr diplom işlərini müdafiə etmək üçün yenidən instituta qayıtmalı olacaqlar. GİPA-da təhsil aldıqları zaman tələbələrin kompüter, radio və video avadanlıqlardan, internet və zəngin kitabxanadan istifadə etmək imkanları olacaq. GIPA tələbələri Erasmus+ mübadilə proqramlarında iştirak etmək və müxtəlif Avropa Universitetlərində bir semestr təhsili üçün maliyyə almaq hüququna malikdirlər. Tələbələr GIPA proqramının tələblərini yerinə yetirmək üçün GIPA ilə müzakirələr aparmalıdırlar.

Çap və teleradio yayımı mediası nümayəndələri üçün nəzərdə tutulan tədris planı praktiki yanaşma və əldə edilmiş təcrübə prinsipləri üzərində qurulub və faktlara əsaslanan peşəkar xəbərin çatdırılmasını nəzərdə tutur.  Kurs işinə həmçinin media və biznesin idarə edilməsi, hüquqi məsələlər və media etikası ilə yanaşı müxtəlif mövzular da daxildir.

Müsabiqədən keçmək üçün namizədlərdən yüksək səviyyədə ingilis dili biliyi tələb olunur.

Seçim prosesi üçün ərizə forması, üç tövsiyə məktubu, təhsil məqsədləri haqqında bəyanat (minimum 300 söz), diplomların surəti, diplom əlavələri, şəxsiyyət vəsiqəsinin və ya pasportun surəti GIPA-2024 Application yazılmaqla [email protected] ünvanına göndərilməlidir.

Azərbaycan-Amerika qəbul komissiyası üzvlərinin iştirakı ilə Bakıda ingilis dilində keçiriləcək müsahibə də daxildir.

Sənədlər mayın 5-dək təqdim olnmalıdır.

Qeyd edək ki, 2024-ci ildə universiteti bitirmiş, lakin diplomlarını vaxtında ala bilməyən məzunlar bunu təsdiqləyən müvəqqəti sənəd/arayış verməklə proqrama qatıla bilərlər. Ancaq avqustun 1-dək diplomlarını qəbul komissiyasına təqdim etmələri vacibdir.

Paylaş

Xəbər lenti

Rubl ZƏİFLƏYİR - Ekspertlər xəbərdarlıq etdilər Bu gün, 14:48 Taleh Kazımov: "Card to card" dövriyyəsi inanılmaz dərəcədə böyükdür" Bu gün, 14:48 Qadağa elektron siqaret çəkənlərin sayını azaldıb? - VACİB AÇIQLAMA Bu gün, 14:48 Mingəçevirdə WUF13 Festivalı çərçivəsində məlumatlandırma sessiyası keçirilib Bu gün, 14:48 Qubanın üç kəndinin adının dəyişdirilməsi ilə bağlı qanun layihəsi hazırlanıb Bu gün, 14:48 Baytarlıq aptekində istifadə müddəti bitmiş preparatlar aşkarlandı, sahibkar cəzalandırıldı Bu gün, 14:48 Naxçıvanda daha bir həkim öldü Bu gün, 14:48 "Yüksəliş"in altıncı mövsümünün ümumi biliklər imtahanı üzrə nəticələri açıqlanıb Bu gün, 13:48 Riad Axundzadə: "Azərbaycan son dərəcə yüksək su riskləri olan ölkələr kateqoriyasından çıxıb" Bu gün, 13:48 Paytaxtda yeni dairəvi yollar qurulacaq - XƏRİTƏ Bu gün, 13:48 Kolumbiyada bombalı hücum: 14 nəfər ölüb Bu gün, 13:48 Maskdan süni intellektlə bağlı XƏBƏRDARLIQ: "Nəzarətsiz inkişaf təhlükəlidir" Bu gün, 13:48 Trampdan Çinə gözlənilməz təklif: ABŞ neftindən istifadə edin Bu gün, 13:48 Son dəqiqələrdə finala vəsiqə qazandı Bu gün, 13:48 Müəssisə sahibi dəyişdikdə əmək müqaviləsinə necə xitam verilir? Bu gün, 13:48 Mövlud Çavuşoğlunun qardaşı güllələnib, reanimasiyadadır Bu gün, 12:48 Azərbaycanın yeni KAMİKADZE DRONLARI Bu gün, 12:48 Eldar Əzizov işdən çıxardığı rəisə yeni VƏZİFƏ VERDİ Bu gün, 12:48 Bəzi yerlərə intensiv yağış yağır, Şahdağa qar yağır - FAKTİKİ HAVA Bu gün, 12:48 ABŞ gəmilərinə hücum cəhdi: Hörmüz boğazında qarşıdurma Bu gün, 12:48 Samir Məmmədov: "Azərbaycan ərazisi ilə Ermənistana 25 min ton tranzit yük daşınıb" Bu gün, 12:48 Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionununda işçinin meyiti tapılıb Bu gün, 12:48 Keti Perri Bakıya gəlir Bu gün, 12:48 Sabah 23 dərəcə isti gözlənilir - PROQNOZ Bu gün, 12:48 Azərbaycanda tanınmış vəkil vəfat etdi Bu gün, 12:48 Taleh Kazımov: "Yelobank" həm likvidlik, həm kapital adekvatlığı baxımından dayanıqlıdır" Bu gün, 12:48 1993-cü ildə Bakıda qətl törədən şəxs Almaniyadan gətiriləcək Bu gün, 12:48 Qızı tərəfindən öldürülən müğənninin oğlu qəza keçirdi Bu gün, 11:48 FHN WUF13-ə hazırlıq çərçivəsində otellərdə təlimlər keçirib Bu gün, 11:48 Sumqayıtda oğlunu xüsusi amansızlıqla öldürmək istəyən ata ilə bağlı QƏRAR Bu gün, 11:48 "Sabah"ın prezidenti Maqsud Adıgözəlov: "Güclü "Qarabağ" bizi daha sürətli inkişaf etməyə məcbur etdi" Bu gün, 11:48 İlham Əliyev İslam İnkişaf Bankı Qrupunun sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib Bu gün, 11:48 Azərbaycandan tranzit keçməklə Ermənistana gübrə və taxıl göndərilib Bu gün, 11:48 Texnologiya nəhənglərində kütləvi İXTİSAR: 80 min nəfər işsiz qaldı Bu gün, 11:48 Azərbaycanın strateji valyuta ehtiyatları 88 milyard dollara çatıb Bu gün, 11:48 Baku Steel Company Xalça Festivalında polad sənətini təqdim etdi Bu gün, 11:48 Kanadada 128 illik temperatur rekordu qırılıb Bu gün, 11:48 Kevin Speysi bu filmlə ekranlara qayıdır Bu gün, 11:48 Azərbaycandan tranzit keçməklə Ermənistana gübrə və taxıl göndəriləcək Bu gün, 10:48 "Güzəştli mənzil" sistemi vasitəsilə hakimlərin müraciətlərinin qəbuluna başlanılıb Bu gün, 10:48 Keniyanın "TV47" telekanalı Ağdamda minatəmizləmə prosesini işıqlandırıb Bu gün, 10:48 AIREX 2026: Azərbaycan beynəlxalq daşınmaz əmlak sərgisinə ev sahibliyi edəcək Bu gün, 10:48 Ağ Evdə silah səsləri: Tramp tədbirdən çıxarıldı Bu gün, 10:48 Eldar Əzizov rəisi işdən çıxartdı - YENİ TƏYİNAT Bu gün, 10:48 Mərkəzi Bank uçot dərəcəsi ilə bağlı QƏRAR VERDİ Bu gün, 10:48 Bakıda ölümlə nəticələnən dəhşətli qəzanın ANBAAN VİDEOSU Bu gün, 10:48 WUF13-ün əsas tədbirlərini əhatə edən proqram ictimaiyyətə təqdim olunub Bu gün, 10:48 Bir aydır bağlı olan yoldakı 2 metrlik çuxur nə vaxt təmir olunacaq? Bu gün, 10:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR