
Gürcüstanın qərbində xarici turistlərin olduğu mikroavtobus qəzaya uğrayıb.
"AVESTA.AZ"un yerli bürosu xəbər verir ki, hadisə Xoni bələdiyyəsinin Naxaxulevi kəndi yaxınlığında qeydə alınıb.
Belə ki, avtomobil yoldan çıxaraq kanala düşüb. 10-a yaxın insan xəsarət alıb və müxtəlif klinikalara yerləşdirilib.
İlkin məlumata görə, turistlər Litvadan olub.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.