
Yaponiya, Çin və Koreya Respublikası mayın sonunda rəhbərlik nümayəndələrinin üçtərəfli görüşünü keçirmək niyyətindədirlər.
“AVESTA.AZ” xəbər verir ki, bu barədə “Yomiuri” qəzeti məlumat yayıb.
Hazırda tərəflər mayın 26-27-də Cənubi Koreyada danışıqlar aparmaq variantını nəzərdən keçirirlər. İclas baş tutarsa, o zaman Yaponiyanın Baş naziri Fumio Kisida, Çin Xalq Respublikasının Dövlət Şurasının Baş naziri Li Syan və Koreya Respublikasının Prezidenti Yun Sok-yol iştirak edəcək.
Onların Şimali Koreya da daxil olmaqla regional məsələləri və iqtisadi əməkdaşlığı müzakirə edəcəyi gözlənilir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.