6-09-2022, 19:00 521

Kartla ödəniş edən sərnişinləri aparmayan taksi sürücülərinin problemi nədir?

Azərbaycanda taksi şirkətlərinin sayı gün-gündən artır. Onların təqdim etdiyi xidmətlərin səviyyəsi də genişlənir. Lakin bir problem hələ də qalmaqdadır: əksər taksi sürücüləri hesabı kartla ödəyən sərnişinləri daşımaqdan imtina edirlər. Buna səbəb olaraq müxtəlif problemlərlə qarşılaşdıqlarını bildirirlər. Ölkəmizdə nağdsız ödənişin səviyyəsinin artan dinamikası fonunda bu olduqca böyük problem kimi qalmaqdadır.

“Report”un araşdırmasına görə, taksi operatorları ilə iki cür işləmək olur. Birincisi, taksi şirkətinin tətbiqini yükləyirsən və öz şəxsi maşınınla işləyirsən. İkinci üsul isə sahibkarların çoxlu sayda avtomobil alıb həmin şirkətlə işləmək istəyən sürücülərə paylaması ilə mümkün olur. Öz maşını ilə işləyən sürücülər deyir ki, ümumiyyətlə, kartla ödəniş qəbul etmirlər. Belə ki, onların əksəriyyətinin heç bir bank hesabı olmur. Hesab açmaq üçün onlara VÖEN-ə sahib olmaq, yəni vergi ödəyicisi kimi qeydiyyatdan keçmək lazımdır. O zaman həmin karta işlədikləri məbləğ köçür və onlar qazandıqları puldan vergi ödəməli olurlar.

Lakin sürücülər iddia edir ki, hesablarına qazandıqları pul çox gec köçür.

İkinci üsulla, yəni sahibkarlar vasitəsilə iş isə sürücü ilə sahibkar arasında olan müqavilə əsasında rəsmiləşir. Belə ki, müqaviləyə əsasən, onlar gündəlik 25 gediş həyata keçirməlidirlər. Bunun müqabilində sahibkar tərəfindən sürücüyə günə 25-30 manat maaş ödənilir. Bu halda ödənişin kartla və ya nağd şəkildə hayata keçirilməsi sürücülər üçün heç bir fərqi olmur.

Adını açıqlanmasını istəməyən sürücülərdən biri ödənişi kartla edilməsini sərfəli olmadığını belə əsaslandırır: “Hesaba yığılan pulu həftədə bir dəfə almaq üçün vaxt təyin edib digər sürücülərlə şirkətə getməlisən. Həmin gün vaxtımızı itiririk, halbuki onun əvəzinə bir neçə sifariş yerinə yetirə bilərik".

Sürücü bildirib ki, şirkətdə çalışanların heç birinin bank kartı yoxdur: “Hər sürücünün öz kodu var. Kodla pulumuzu alırıq. VÖEN açdırsaq, həm də 20 % vergi ödəməliyik. Bu da bizə sərf etmir”.

Beynəlxalq taksi şirkətlərindən birinin PR meneceri Viktoriya Prilutska məsələyə belə aydınlıq gətirib:

“Bizimlə əməkdaşlıq edən sürücülər platformamıza üzv olmazdan əvvəl qaydalar və şərtlərlə razılaşır. Sürücülər həftəlik ödənişləri almaq üçün VÖEN-ə bağlı bank hesabı məlumatlarını bizə təqdim etməlidir.

Sürücülər sərbəst əməkdaşlıq edə və ya sahibkarlarla işləyə bilər. Şirkət tərəfindən həm sürücülərin, həm də sahibkarların ödənişləri həftəlik olaraq düzgün şəkildə göndərilir. Bəzi hallarda sürücülərin sahibkarlardan ödənişləri vaxtında ala bilmədikləri ilə bağlı müraciətlərlə rastlaşırıq. Əgər sürücülər öz hüquqlarını tələb etmək məqsədilə müvafiq qurumlara müraciət edərsə, biz onlara dəstək olmaq üçün əlimizdən gələni etməyə hazırıq”.

Yəni, şirkət nümayəndəsinin sözündən belə aydın olur ki, problem şirkətdə və ya sürücüdə deyil, həmin sürücü ilə şirkət arasında körpü quran sahibkarlardadır.

Nəqliyyat eksperti Eldəniz Cəfərov mövzu ilə bağlı açıqlamasında bildirib ki, hər hansı sürücü taksi operatoruna qoşulursa, avtomatik olaraq həmin şirkətin bütün şərtlərini qəbul edir:

“Həmin şərtlərin ən əsaslarından biri də qeyri-nağd şəkildə daşınmanın həyata keçirilməsidir. Yəni, müştərilər kartla ödəniş edə bilərlər. Sürücülər əvvəldən buna razılıq verirlər. Amma fəaliyyət dövründə deyirlər ki, bizə kart sərf etmir, oradan pul çıxartmaq olmur.

Əgər şirkət sürücünü aldadıb onun pulunu vermirsə və ya həmin müddəti uzadaraq müxtəlif problemlər yaradırsa, bu zaman sürücülər Dövlət Vergi Xidmətinə müraciət edə bilərlər".

Ekspert hesab edir ki, bu problemlə bağlı Bakı Nəqliyyat Agentliyinə (BNA) müraciət etmək də olar:

“Taksi sürücüləri hər hansı problemlə bağlı BNA-ya müraciət etməlidirlər. BNA-nın əsas vəzifələrindən biri də taksi xidmətinin təşkili, keyfiyyəti, yüksək səviyyədə həyata keçirilməsidir. Əgər sürücü kartdan pulu çıxara bilmirsə, BNA-ya müraciət etməlidir. BNA bu işlə məşğul olmalıdır. BNA həmin taksi operatorları ilə maraqlanmalıdır. Belə problemlərin aradan qaldırılması üçün BNA həmin taksi operatorları qarşısında tələb irəli sürməlidir”.

Qeyd edək ki, ölkə ərazisində fərdi nəqliyyat vasitəsi ilə taksi fəaliyyəti göstərən şəxlər sadələşdirilmiş vergi ödəyiciləridir.

Fiziki şəxs kimi qeydiyyata alınmış vergi ödəyicisi özünə məxsus bir ədəd minik avtomobili üçün fərqlənmə nişanı əldə etməklə Bakı şəhəri daxilində, həmçinin müntəzəm olaraq Bakı və Gəncə şəhərləri arasında taksi ilə sərnişin daşıyırsa, həmin şəxsin bir ay üçün dövlət büdcəsinə ödənməli olduğu vəsaiti aşağıdakı miqdarda olacaq:

Sadələşdirilmiş vergi: 9x2 (əmsal) = 18 manat;

Sosial sığorta haqqı: 300x6% x2 (əmsal)/100% = 36 manat;

İcbari tibbi sığorta haqqı: 300x4%/100% = 12 manat.

Beləliklə, dövlət büdcəsinə cəmi ödəniləcək məbləğ: 18+36+12 = 66 manat olacaq.

Fərqlənmə nişanı əldə etmədən fəaliyyət göstərən taksi sürücülərinə isə Vergi Məcəlləsinə görə "Fərqlənmə nişanı" olmadan avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və ya yük daşınmasına görə 40 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.

Paylaş

Xəbər lenti

Avtobuslar niyə düzgün park edilmir? Bu gün, 00:48 Tokayev: "TikTok" insan beynini məhv edən dəhşətli bir şeydir Bu gün, 00:48 2027-ci ildə borc içində üzəcək bürclər – XƏBƏRDARLIQ Bu gün, 00:48 Həsənin ölümünün pərdəarxası: Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? Dünən, 23:48 Putin: Xəzər dənizinin dayazlaşması narahatlıq doğurur Dünən, 23:48 Bakıda iki böyük prospektin yükü azalacaq: İşlər bitmək üzrədir Dünən, 23:48 Atobuslar niyə düzgün park edilmir? Dünən, 23:48 Babək rayonunda baş verən qəzada beş nəfər xəsarət alıb Dünən, 23:48 Bir telekanalın yayımı dayandırıldı Dünən, 22:48 Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib Dünən, 22:48 Özcan Deniz, Burcu Özberk və Deniz Çakırın ifadələri mətbuata açıqlandı Dünən, 22:48 Gecələr az yatmağın səbəbi bu vitamin çatışmazlığı ola bilər - ARAŞDIRMA Dünən, 22:48 Simonyan Azərbaycana səfəri zamanı ikitərəfli məsələləri müzakirə etmək niyyətindədir Dünən, 22:48 Urudun susdurulan yaddaşı: Daşlara həkk olunan tarix Dünən, 21:48 Gələn il maaşdan nə qədər vergi tutulacaq? - AÇIQLAMA Dünən, 21:48 Ruslan Ənvərliyə vəzifə verildi Dünən, 21:48 Yeni il gecəsi baş verən hadisənin təfərrüatı: 13 yaşlı qızla intim münasibətdə olan gənc həbs edildi Dünən, 20:48 Maşın almaq istəyənlərə MÜJDƏ - Bu tarixdə dəyərindən çox ucuz avtomobillər satışa çıxarılacaq Dünən, 20:48 "Sülh körpüsü" təşəbbüsü çərçivəsində 6 tematik komitə fəaliyyət göstərəcək Dünən, 20:48 Arvadını iki kişi ilə yaxalayan 49 yaşlı iş adamı evində ölü tapıldı Dünən, 20:48 SOCAR-da ilin ilk 6 ayı üzrə audit olunmuş maliyyə və əməliyyat nəticələri müzakirə edilib Dünən, 20:48 Yaşıllıqların mühafizəsinə dəstək məqsədli mobil tətbiq istifadəyə verilib Dünən, 19:48 "Sabah"a 2 qol vuran Qordon UEFA Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu seçilib Dünən, 19:48 Bakı metrosunda 36 vaqon xətdən çıxarılıb: Səbəb Dünən, 19:48 Bu ərazidə 960 şagirdlik yeni məktəb-lisey TİKİLƏCƏK Dünən, 19:48 AZƏRTAC və Argentinanın LANA xəbər agentliyi arasında əməkdaşlıq memorandumu imzalanıb Dünən, 19:48 "Barselona"nın ulduzu: Mənim xarakterim və düşüncə tərzim unikaldır Dünən, 19:48 "Azərbaycan Hava Yolları" QSC 2025-ci il üzrə illik hesabatını təqdim edib Dünən, 18:48 22 yaşlı "Tik-toker" avtomobil qəzasında öldü Dünən, 18:48 Türk Dövlətləri Həmkarlar İttifaqları Təşkilatının iclası keçirilib Dünən, 18:48 "Sabah" klubu rusiyalı azarkeşin ölümü ilə bağlı başsağlığı verib Dünən, 18:48 İcra hakimiyyətindəki əməliyyatda saxlanılan vəzifəlilər hakim qarşısında Dünən, 18:48 Küveytdə İranın PUA hücumu nəticəsində 2 italiyalı mütəxəssis ölüb Dünən, 18:48 Keçmiş cütlüyün illərdir davam edən gərginliyi bitdi Dünən, 17:48 Qohum evlilikləri ilə bağlı qeyri-adi hadisə - Ailənin üzvləri mavi doğulub Dünən, 17:48 "Ağ kepkalı feodal"ın elektromobil şousu - "Mehdiyev klanı" 600 hektar bağı zəbt edib Dünən, 17:48 Ermənistanda saxlanılan azərbaycanlı hərbçinin həbs müddəti uzadıldı Dünən, 17:48 Tanınmış vəkil Orxan Kəngərli həbsdə qaldı Dünən, 17:48 Arşavin "Barselona"nı "Real Madrid"dən üstün tutmasının səbəbini açıqlayıb Dünən, 17:48 Azərbaycan neftini ən çox alan 10 ölkə – SİYAHI Dünən, 17:48 Alen Simonyan azərbaycanlı və erməni nümayəndələrlə görüşdü Dünən, 17:48 Bakı-Xırdalan-Sumqayıt sərnişin qatarının fəaliyyəti nə vaxt bərpa olunacaq? - Rəsmi Dünən, 17:48 İlon Mask ABŞ-dəki bütün uşaqlara bahalı hədiyyə verəcək Dünən, 17:48 57 yaşlı Cennifer Lopez belə formada qalır Dünən, 17:48 Qazaxıstanda təhlükəli virus yayılması barədə iddialara cavab verildi Dünən, 17:48 Avropa ölkəsində elektrik enerjisi çatışmazlığı riski artıb Dünən, 17:48 Gəncədə köşkdən oğurluq edən şəxs saxlanılıb Dünən, 16:48 Bakıda sökülən tarixi qapı əvvəlki yerinə qaytarılır - Qanun pozuntusuna görə protokol tərtib edilib Dünən, 16:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR