
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXX tura start verilib.
"Report" xəbər verir ki, günün yeganə matçında "Sumqayıt" "Zirə" ilə üz-üzə gəlib.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirilən oyunda qalib müəyyənləşməyib - 0:0.
Bu nəticədən sonra "gənclik şəhəri" təmsilçisi 44 xalla üçüncü pillədə qərarlaşıb. Bakılılar isə 46 xalla ikincidir.
Qeyd edək ki, XXX turun digər görüşləri aprelin 13-14-də baş tutacaq.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.