
Türkiyənin Aydın şəhərinin Didim rayonunda avtobus əsas yola çıxan minik avtomobilinə çırpılaraq onu bir neçə metr sürüyüb.
“AVESTA.AZ” -ya istinadən xəbər verir ki, yol-nəqliyyat hadisəsində minik avtomobilindəki dörd nəfər ölüb.
Yerli vaxtla aprelin 14-də saat 21:00 (Bakı vaxtı ilə 22:00) radələrində baş vermiş yol qəzasında minik avtomobilin sürücüsü yerində, digər üç nəfər isə xəstəxanada keçinib.
Faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.