
Qazaxıstan Prezidenti Kasım-Jomərt Tokayev Azərbaycanla Ermənistan arasında danışıqlar üçün vasitəçiliyini təklif edib.
"AVESTA.AZ" xəbər verir ki, o, bu barədə İrəvanda Ermənistanın baş naziri Nikol Paşinyanla birgə keçirdiyi mətbuat konfransında deyib.
"Qazaxıstan İrəvan və Bakıya maksimum kömək göstərməyə və iki ölkə arasında danışıqlar üçün platforma təqdim etməklə xoşməramlı missiyanı yerinə yetirməyə hazırdır. Biz İrəvan və Bakının sülh sazişi bağlamaq istəyini alqışlayırıq. Bizim əsas məqsədimiz iki dost ölkəmizin mövqelərini bir araya gətirmək, regionda sabit və dinc inkişaf üçün kommunikasiyaların açılmasını təmin etməkdir", - o söyləyib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.