
Rusiya Silahlı Qüvvələrinin Ukraynanın Çerniqov şəhərinə raket hücumu nəticəsində ölənlərin sayı 18-ə yüksəlib, 77 nəfər isə yaralanıb.
“Report” xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Vəziyyət üzrə Dövlət Xidməti bildirib.
Xilasedicilərin məlumatına əsasən, yaralılardan dördü körpədir. Bundan başqa, axtarış-xilasetmə əməliyyatı nəticəsində üç nəfəri dağıntı altından sağ çıxarmaq mümkün olub. Axtarış-xilasetmə əməliyyat davam edir.
Xatırladaq ki, ötən gün Rusiya Silahlı Qüvvələri Çerniqovu atəşə tutub, şəhərdə matəm elan olunub.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.