19-04-2024, 13:32 587

Fransanın “sınanmış” ssenarisi - Ermənistanın Cibutiyə “çevrilmək” həvəsi - ŞƏRH

2020-ci ildə baş verən İkinci Qarabağ müharibəsindən və Azərbaycanın 2023-cü ildə həyata keçirdiyi bir günlük antiterror tədbirlərindən sonra Cənubi Qafqaz regionunda sülh və sabitliyin təmin olunması üçün unikal şərait yaranıb. Ermənistanın Azərbaycanın uzatdığı sülh əlini tutması kifayətdir ki, bölgədə təhlükəsizlik tam təmin olunsun. Amma İrəvan bu xətti dəyişməkdənsə, pozucu mövqeyini davam etdirməyə üstünlük verir. İrəvanın belə bir mövqe nümayişi daha çox Ermənistanın üçüncü güclərin, ilk növbədə isə Fransanın əlində alət olması ilə müşayiət edilir.

Məsələ ondan ibarətdir ki, rəsmi Paris ənənəvi işğalçılıq siyasətini bu gün Cənubi Qafqazda təkrarlamaq niyyətindədir.

Fransa xüsusilə, son bir neçə əsrdə müxtəlif regionlarda kolonializm siyasətini davam etdirməklə, həmin bölgələrdə özünün təsir imkanlarını artırmağa çalışır. Bu, xüsusilə Afrika ölkələrində çox qabarıq müşahidə olunur.

Ümumiyyətlə, xatırladaq ki, Fransa müstəmləkəçiliyi ən sistemli şəkildə tətbiq edən ölkələrdən biridir. 1958-ci ildə Afrika qitəsindəki müstəmləkələrinə müstəqillik verərək geri addım atmağa məcbur olan Fransa özündən asılı gördüyü bu ölkələrə hələ də mədəni, iqtisadi və siyasi baxımdan nəzarəti nəinki itirmək istəmir, əksinə, bu nəzarəti tədricən artırmağa çalışır. Afrika qitəsini qərbdən və şimaldan idarə edən Fransa Aralıq dənizini bütövlükdə “fransız hövzəsi” kimi görməklə yanaşı, Qırmızı dənizə çıxışa nəzarət edən Cibutidə də daimi hərbi bazası var. Fransanın hərbi mövcudluğu sayəsində Cibutinin Çad, Mali və Qabondan Seneqala qədər uzanan Sahel qurşağında bölgəyə hakim olmağa çalışdığı görünür. Fransa 1524-cü ildə başladığı müstəmləkəçilik fəaliyyəti ilə Afrikanın qərbində və şimalında yerləşən 20-dən çox ölkədə öz hökmranlığını qurdu. Konkret desək, Afrikanın ümumi ərazisinin 35 faizi 300 il Fransanın nəzarəti altında qaldı.



Seneqal, Fil Dişi Sahili və Benin kimi ölkələr o illərdə Fransanın qul ticarəti mərkəzləri kimi istifadə edilib, bölgədəki bütün təbii resurslar istismar və talan olunub. Bölgədə və xüsusilə İkinci Dünya Müharibəsindən sonra müstəqillik uğrunda mübarizəyə qalxan ölkələrdə beş əsr davam edən müstəmləkəçilik dövründə baş verən üsyanlar qan içində boğuldu, 2 milyondan çox afrikalı həyatını itirdi. Fransanın dünya müharibələrində müstəqillik vədi ilə öz sıralarına qatdığı ölkələrin xalqlarının başladığı üsyanlar da zorakılıqla yatırıldı. Bəşər tarixinin ən böyük soyqırımılarından biri sayılan və 800 min insanın həlak olduğu 1994-cü il Ruanda soyqırımında Fransanın ciddi rolunun olduğu müəyyənləşib. Ruanda soyqırımından bir qədər əvvəl bölgədəki fransız əsgərlərinin aldıqları kəşfiyyat məlumatlara məhəl qoymayaraq bölgəni tərk etdiyi, bəzi fransız əsgərlərinin isə qətliamları şəxsən dəstəklədiyi beynəlxalq hesabatlarda öz əksini tapıb.

Bütün bunları xatırlatmağımız əbəs deyil. Belə ki, Yelisey Sarayı oxşar ssenarini bu gün də Cənubi Qafqaz regionunda təkrarlamağa cəhd göstərir.

Milli Məclisin sədri Sahibə Qafarova aprelin 18-də Azərbaycanda səfərdə olan Yeni Kaledoniya Konqresinin İnfrastruktur, Ərazi Planlaşdırılması, Davamlı İnkişaf, Energetika, Nəqliyyat və Rabitə Komitəsinin sədri, Kənd Təsərrüfatı Agentliyinin sədri Omayra Naiselinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdə bu barədə açıq mesajlar verib.

O bildirib ki, Fransa öz tarixində qara ləkə olan kolonializmi Cənubi Qafqaz regionunda da davam etdirmək niyyətindədir: “Azərbaycan ərazilərinin Ermənistan tərəfindən 30 ilə yaxın davam edən işğalı dövründə münaqişənin həlli ilə məşğul olan Minsk Qrupunun üzvü kimi yarıtmaz fəaliyyət göstərmiş Fransa təəssüf ki, bu gün də Cənubi Qafqaz sülh səylərini, sabitliyi pozmağa yönəlmiş siyasət həyata keçirir. Fransa regionda gərginliyi artırır, militarizmi təhrik edir”.

Parlament sədri Fransanın bu gün bütün müstəvilərdə Azərbaycana qarşı hücuma keçdiyini, beynəlxalq platformalarda mümkün vasitələrdən istifadə edərək, ölkəmizə qarşı qarayaxma kampaniyası apardığını diqqətə çatdırıb: “Azərbaycan Prezidenti İlham Əliyevin də dediyi kimi, Azərbaycan müstəqil və güclü ölkədir. Heç kim bizə təzyiq göstərə bilməz. Ölkəmizin siyasəti yalnız sülhün, əməkdaşlığın təşviqinə, ədalətsizliyə qarşı mübarizəyə yönəlibdir”.

Məsələ ondadır ki, rəsmi Paris xüsusilə, prezident Emmanul Makron dövründə həmişə Azərbaycan həqiqətlərini görməzdən gəlib, Cənubi Qafqazda baş verən proseslərə qərəzli, Ermənistanın kontekstindən yanaşıb. Fransanın müxtəlif vaxtlarda Azərbaycanı əsassız ittiham etməsi, Ermənistanı silahlandırması, habelə Parislə İrəvan arasında ikitərəfli münasibətlərin inkişafı bu fikri birbaşa təsdiq edir. Təsadüfi deyil ki, son illərdə Fransa ilə Azərbaycan arasında münasibətlər tarixinin ən aşağı səviyyəsindədir.

Özünün ambisiyaları naminə müxtəlif vaxtlarda fərqli regionlarda insanlıq əleyhinə cinayətlər törətməkdən, beynəlxalq hüququ tapdalamaqdan çəkinməyən Fransa indi eyni ssenarini Ermənistan vasitəsilə Cənubi Qafqazda təkrarlamaq istəyir. Ermənistan faktiki olaraq hər ötən gün daha çox Fransadan asılı vəziyyətə düşür, belə demək mümkünsə, sürətlə onun vassalına çevrilir. Rəsmi Paris İrəvanı şirnikləndirərək öz tərəfinə çəkir, onun digər müttəfiqləri ilə münasibətlərinə zərbə vurur, sonra da özündən asılı vəziyyətə salır. Ermənistanın mövcud hakimiyyətinin bu reallığı anlayıb-anlamadığını dəqiq deyə bilmərik. Amma əminliklə demək olar ki, bu gedişlə Ermənistan gələcəkdə Cibutinin taleyini yaşaya bilər. Bu təhlükənin qarşısını almaq üçün rəsmi İrəvanın yeganə çıxış yolu Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmaq, regional əməkdaşlıq mühitinin formalaşmasına töhfə verməkdir.

Paylaş

Xəbər lenti

Kəmalə Qaramollayevanın "Dünyam" konsertindən GÖRÜNTÜLƏR Bu gün, 01:48 Avropa Komissiyası ABŞ-nin Aİ ilə bağlı istehsal iddiasını rədd edib Bu gün, 01:48 Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər Bu gün, 01:48 Cəlilabad rayonunun bir hissəsi susuz qalıb Bu gün, 01:48 Çətin dağ yolları və mina təhlükəsi: Ordunun Kəlbəcərə hərəkəti üçün hansı hazırlıqlar görüldü? Dünən, 23:48 "TikTok"dan 10 min şitil aldı, 60 min ziyana düşdü: "Kimə göstərdim, pomidora yaxın durmadı" Dünən, 23:48 Elçin Məsiyev dünya çempionatına təyinat aldı Dünən, 23:48 Monteneqro Prezidenti 2027-ci ildə Azərbaycana səfər edəcəyini təsdiqləyib Dünən, 23:48 Azərbaycanda qadını vəhşicəsinə döyən şəxs polis tərəfindən saxlanılıb Dünən, 23:48 ABŞ-də lotereyada 1 milyon dollar qazanan miqrant saxlanıldı Dünən, 23:48 UEFA Çempionlar Liqası: "Sabah" "Barselona" ilə matçda fərqi azaldıb Dünən, 23:48 Qarlı və buzlu yolda sürücülər üçün 8 vacib qayda Dünən, 23:48 Azərbaycanda qadın vəhşicəsinə döyüldü: Pəncərəsinə daş atıldı Dünən, 22:48 Moskvada Qod Nisanovun yeni beşulduzlu hotelinin açılışı olub Dünən, 22:48 "Sabah" - "Barselona" qarşılaşmasında hesab açıldı Dünən, 22:48 "Sabah" - "Barselona" matçında stadiona girişdə problem yaranıb Dünən, 22:48 Azərbaycanda bu şəxslərin evləri TƏMİR EDİLƏCƏK Dünən, 22:48 Mətanət İsgəndərli: "Kəmalə Qaramollayeva belə davam etsə, dünya səhnələrinə çıxacaq" Dünən, 21:48 "200 min pul vermişəm": İcra hakimiyyəti Digahda yolu satıb? Dünən, 21:48 İranda saxta spirtli içkidən 20 nəfər ölüb Dünən, 21:48 Həkimdən xəbərdarlıq: Dərman qəbul edənlər alkoqoldan uzaq durmalıdır Dünən, 21:48 "Sabah" - "Barselona" qarşılaşması start götürdü Dünən, 21:48 Azərbaycanda palçıq vulkanı püskürdü Dünən, 21:48 PA-nın Vətəndaş Qəbulu Mərkəzində dekabr ayı üçün qəbul cədvəli açıqlandı Dünən, 20:48 Güclü küləklə bağlı xəbərdarlıq Dünən, 20:48 Bakı Olimpiya Stadionu tarixi oyuna hazırdır Dünən, 20:48 Əhaliyə ŞAD XƏBƏR - 3 milyon vətəndaşın gəliri artacaq Dünən, 20:48 Kəmalə Qaramollayeva: "Bu konsertə 5 ay hazırlaşmışıq" Dünən, 20:48 Bakıda üç şəhər poliklinikası TƏMİR OLUNACAQ Dünən, 19:48 Türkmənistan Orta Dəhlizin inkişafına özəl investisiyalar cəlb etmək niyyətindədir Dünən, 19:48 Rahim Sterlinqin cəzası məlum oldu Dünən, 19:48 "Black Friday" - Saxta endirim edənləri hansı cəza gözləyir? Dünən, 19:48 Bu ilin sonuna qədər dövlət sifarişi əsasında çəkilən 3 film təqdim olunacaq Dünən, 19:48 Bakıda avtobuslar üçün nəzərdə tutulan xüsusi svetofor istifadəyə verilib Dünən, 18:48 İdman yarışlarının maliyyələşdirilməsi qaydaları üzrə yeni normalar müəyyənləşib Dünən, 18:48 PAŞA Bank və Deloitte Private "Best Managed Companies Azerbaijan 2027" proqramı üzrə növbəti əməkdaşlıq müqaviləsini imzalayıb Dünən, 18:48 BRAVO supermarketlər şəbəkəsi böyük brendləri bir araya gətirdi: Tərəfdaşlar üçün yeni reklam və əməkdaşlıq imkanları təqdim edildi Dünən, 18:48 Xalq artisti Elmira Şabanova vəfat etdi Dünən, 18:48 Sumqayıt bulvarında dənizdə batan şəxsin meyiti tapıldı Dünən, 17:48 Bakıda küləyin sürəti 22 m/s-dir, bəzi rayonlara qar yağır - Faktiki hava Dünən, 17:48 Yasamalda narkotik istifadəçiləri saxlanıldı - ANBAAN VİDEO Dünən, 17:48 Zaqatalada itkin düşmüş şəxsin axtarışlarına təlim itləri cəlb olunub Dünən, 17:48 Məktəblərdə qışa hazırlıq necə aparılır? Dünən, 17:48 Azərbaycan və Tacikistan Müdafiə nazirlikləri arasında təcrübə mübadiləsi aparılıb Dünən, 17:48 UEFA Gənclər Liqası: "Sabah"ın U-19 komandası "Barselona"ya uduzub Dünən, 17:48 Murad Süleymanov vəzifəsindən azad edildi Dünən, 17:48 Fransada tətil Paris–London qatar reyslərini pozdu Dünən, 16:49 Müştəri adı ilə salona girdi, PS5-i çantasına qoyub qaçdı - SAXLANILDI Dünən, 16:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR