
G7 ölkələri İsraili Qəzza zolağına humanitar yardım göstərməyə çağırır və bu istiqamətdə nəticələr görəcəklərinə ümid edir.
“Report” TASS-a istinadən xəbər verir ki, bunu ABŞ-nin dövlət katibi Antoni Blinken G7 ölkələrinin XİN başçılarının İtaliyanın Kapri adasında keçirdiyi görüşdən sonra bildirib.
“Biz İsraili humanitar yardım üzrə öhdəliklərini tez bir zamanda yerinə yetirməsinə çağırırıq”, - o qeyd edib.
ABŞ-nin Dövlət katibi vurğulayıb ki, bu məsələdə sabit nəticələr olmalıdır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.