7-09-2022, 15:00 731

Azərbaycan jurnalistlərinin VIII qurultayının keçirilməsi üzrə Təşkilat Komitəsi məlumat yayıb

Azərbaycan jurnalistlərinin VIII qurultayının keçirilməsi üzrə Təşkilat Komitəsi məlumat yayıb.

Təşkilat Komitəsindən "Report"a bildirilib ki, Mətbuat Şurasının İdarə Heyətinin 2022-ci ilin 6 sentyabr tarixli iclasında Şuranın Nizamnamə tələblərinə uyğun olaraq Azərbaycan jurnalistlərinin VIII qurultayının keçirilməsi qərara alınıb, bunun üçün Azərbaycan jurnalistlərinin VIII qurultayının keçirilməsi üzrə Təşkilat Komitəsi yaradılıb. İdarə Heyətinin qərarına əsasən İdarə Heyətinin üzvləri bu tarixdən sonra TKının üzvləri kimi fəaliyyət göstərəcəklər.

Azərbaycan jurnalistlərinin VIII qurultayı 24 sentyabr 2022-ci ildə keçiriləcək. Toplantının konkret hansı ünvanda təşkil olunacağı ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.

2022-ci ilin 20 sentyabr tarixinə qədər üzv təşkilatlar Mətbuat Şurasının presscouncil.az saytında yerləşdirilmiş “Azərbaycan jurnalistlərinin VIII qurultayı” adlı bölməyə (yuxarı hissədə ayrıca banner) daxil olaraq iki anketi endirməlidirlər. Anketin içərisi müvafiq qaydada doldurulub skan edildikdən sonra Şuranın [email protected] e-mailinə göndərməlidirlər. Hər iki anketin üzv təşkilatın rəhbərinin imzası ilə təsdiqlənməsi, möhürlənməsi mütləqdir. Anketlər MŞ-dən şəxsən götürülə, yenidən qaytarıla və ya poçtla göndərilə bilər (ünvan: AZ1106 Bakı, Nərimanov rayonu, Məmməd Araz 4.)

Anketlərdən birincisi üzv təşkilatların Mətbuat Şurasının İdarə Heyətinə namizədlərinin müəyyənləşdirilməsi məqsədi ilə tərtib edilib. Üzv təşkilatlarlar ümumilikdə 23 namizəd verə bilərlər ki, bu say Şuranın İdarə Heyətinin tərkibidir. Anketə 11 jurnalistin, 7 ictimaiyyət nümayəndəsinin, 5 internet informasiya resursu təmsilçisinin adının daxil edilməsi məqbul sayıb.

Bütün anketlərə verilən cavablar Təşkilat Komitəsi tərəfindən araşdırılacaq, ən çox səs toplayan namizədlərin adları qurultay günü iştirakçılara paylanacaq yekun seçki bülleteninə daxil ediləcəkdir. Seçki bülleteninə üzv təşkilatların təqdim etdikləri anketlərdə ən çox səs toplamış namizədlərin adları daxil ediləcəkdir. Qurultayda İdarə Heyətinin üzvləri onların arasından seçiləcəkdir. İdarə Heyəti seçildikdən sonra yeni tərkibdə yer alanların sırasından Mətbuat Şurasının sədrinin seçilməsi üçün ayrıca səsvermə keçiriləcəkdir.

İkinci anketdə Mətbuat Şurasına üzv təşkilatların Azərbaycan jurnalistlərinin VIII qurultayında iştirak edəcək nümayəndə və ya nümayəndələrinin adları yer alacaqdır. TK-nın qərarına əsasən qurultayda gündəlik qəzetlər və informasiya agentlikləri 2 (iki), həftəlik və aylıq qəzetlər (bölgələrdə fəaliyyət göstərən qəzetlər də daxil olmaqla), jurnallar, internet media resurları, jurnalist təşkilatları və digər qurumlar 1 (bir) nümayəndə ilə iştirak edəcəklər. Üzv təşkilatların nümayəndələrinin adları qurultay iştirakçılarının vahid siyahısına daxil ediləcək. Qurultay nümayəndələri ali məclisdə səsvermə hüququ qazanacaqlar.

Hazırda Azərbaycan Mətbuat Şurasına 290-a yaxın üzv təşkilat qeydə alınıb. Onların müəyyən hissəsi fəaliyyətini dayandırıb, bəziləri isə Şura ilə əlaqələrini itiriblər. Hər bir üzv təşkilatın Şura ilə bağlılığını təsdiqləyən başlıca tələb üzvlük haqqının ödənməsidir. Üzvlük haqqı ildə bir dəfə ödənməlidir. Gündəlik qəzetlər və informasiya agentlikləri üçün bu rəqəm 149.50, digər üzvlər üçün 99 AZN təşkil edir.

Azərbaycan jurnalistlərinin VIII qurultayının keçirilməsi üzrə Təşkilat Komitəsi bildirib ki, qurultayda nümayəndə ilə təmsilçilik hüququnun müəyyənləşməsində üzv təşkilatın üzvlük haqqı tələbini nə dərəcədə yerinə yetirdiyi mütləq şəkildə nəzərə alınacaqdır. Buna görə TK bütün üzv təşkilatları göstərilən tələbi müvafiq qaydada yerinə yetirməyə çağırır. Tələbə tam etinasız yanaşanların ali məclisdə nümayəndə ilə təmsilçilik hüquqi məhdudlaşdırılacaqdır.

Təşkilat Komitəsi onu da xüsusi vurğulayıb ki, Azərbaycan jurnalistlərinin VIII qurultayında MŞ-yə üzv olmayan təşkilatların nümayəndələrinin iştirak edərək səsvermə hüququ qazanmaları Nizamnamə tələblərinə ziddir və buna yol verilməyəcəkdir. Qurultayda fərdi qaydada iştirak da yolverilməzdir. MŞ-nin Nizamnamə tələblərinə uyğun olaraq Mətbuat Şurasının İdarə heyətinin hazırkı tərkibi birbaşa qurultay nümayəndəsi statusundadır. Onlara məxsus üzv təşkilatlardan qurultayda nümayəndə kimi həmin təşkilatın müəyyənləşdirdiyi şəxs iştirak edə bilər.

Azərbaycan jurnalistlərinin VIII qurultayının keçirilməsi üzrə Təşkilat Komitəsi ölkənin media həyatında, ümumilikdə ictimai mühitində müstəsna əhəmiyyət daşıyan toplantı olmaq ənənəsinə malik qurultayın səmərəli təşkili, planlaşdırılmış fəaliyyətin vaxtında icrasının təmin olunması üçün Mətbuat Şurasına üzv təşkilatlardan 2022-ci il sentyabr ayının 20-dək yuxarıda göstərilən proseduru yerinə yetirməyə çağırıb.

Paylaş

Xəbər lenti

Zəfərə aparan yol: Talış-Suqovuşan əməliyyatı Bu gün, 00:48 Cəbrayıl şəhərinin azad olunmasından 6 il ötür Bu gün, 00:48 Ermənilərin Gəncədə törətdiyi ilk terrordan 6 il ötür Bu gün, 00:48 Bəxtiyar Əsgərov vəzifəsindən azad edildi, qurumda yoxlamalar aparıldı Dünən, 23:48 Ermənistanın xarici işlər naziri sabah İrana səfər edəcək Dünən, 23:48 Zelenski: Kiyevə hücumlara cavab olaraq Rusiyanın neft emalı zavodlarına zərbələri ikiqat artıracağıq Dünən, 23:48 Azərbaycanlı modellər "Fashion Culture Day in Paris"də çıxış ediblər Dünən, 23:48 Ukraynada azərbaycanlı hərbçi həlak oldu Dünən, 23:48 Əziz Əlibəyli: "YAP Azərbaycanın siyasi tarixində mühüm rol oynayan əsas təşkilatdır" Dünən, 22:48 Daşkənddə III Türkdilli Dövlətlər Kardioloqları Qurultayının rəsmi açılışı keçirilib Dünən, 22:48 Ağdamda 15 yaşlı qızın erkən evliliyinin qarşısı alınıb Dünən, 22:48 Gəncədə bədbəxt hadisə: Bacı-qardaş xəstəxanaya yerləşdirildilər Dünən, 22:48 "Turan Tovuz" yoldaşlıq oyununda "Fənərbağça"ya məğlub olub Dünən, 22:48 Yəmənin Hərbi Hava Qüvvələri Sənada husilərin iki raket qurğusunu məhv edib Dünən, 22:48 Sürücülərə xəbərdarlıq: Sabah yollarda görünüş məsafəsi məhdudlaşacaq Dünən, 21:48 Bakıda ticarət mərkəzinin girişində aşan avtobusda xəsarət alanların vəziyyəti açıqlandı Dünən, 21:48 "Cənnətin iqamətgahı" sənədli-musiqili-etnoqrafik filmi təqdim olunub Dünən, 21:48 "Turan Tovuz" və "Fənərbaxça" azarkeşlərindən anlamlı pankartlar Dünən, 21:48 Gəncədə 28 yaşlı kişi və bacısı yanıq xəsarətləri alıb Dünən, 20:48 Politoloq: Heydər Əliyev Azərbaycan xalqının taleyini öz taleyi ilə bağlayırdı Dünən, 20:48 Göyərtəsində altı nəfərin olduğu ABŞ təyyarəsi radarlardan itib Dünən, 20:48 Azərbaycanın U-20 millisi Moldovaya uduzub Dünən, 20:48 Xarici şirniyyata 138 milyon dollar: Yerli istehsalçı niyə geri qalır? Dünən, 19:48 Xankəndidə "Vətəndəsən" II Qarabağ Təhsil Forumu keçirilib Dünən, 19:48 Ərdoğan Şanlıurfada Azərbaycan Bulvarının istifadəyə verildiyini açıqlayıb Dünən, 19:48 Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər saxlanılıblar Dünən, 19:48 Rövşən Muradov: "Azərbaycanın enerji resursları geoiqtisadi kapitala çevrilir" Dünən, 18:48 Hamiləlikdə ürəkbulanma və qanaxma nə zaman təhlükəyə işarədir? Dünən, 18:48 Dünya çempionatı: Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşib Dünən, 18:48 Rafinya Mbappeni geridə qoydu Dünən, 18:48 Azərbaycanda əmlak sığortası bazarı 22 %-ə yaxın böyüyüb Dünən, 18:48 Gənc oğlan hərbi xidmətdə olarkən virusa yoluxub? Dünən, 18:48 Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanıldı Dünən, 18:48 "Flydubai"nin ikinci pilotundan şokedici etiraf: Təyyarəni İsraildə yerə çırpmaq istəyirmiş Dünən, 17:48 Yüksək dağlıq ərazilərə qar yağır - FAKTİKİ HAVA Dünən, 17:48 Dilarə Kazımova bu Əməkdar artistin repertuarından oxudu Dünən, 17:48 Azərbaycan Basketbol Liqası: "Gəncə" "Ordu"nu məğlub edib Dünən, 17:48 Milli Qəhrəman Yuri Kovalyovun məzarı ziyarət edildi Dünən, 17:48 Prezident göstəriş verdi: Maaşlar nə qədər artacaq və kimlərə şamil olunacaq? Dünən, 17:48 Azərbaycanın tranzit potensialının artmasına təsir edən amilləri açıqlanıb Dünən, 16:48 Polisdən Bakı və Gəncədə əməliyyat: Xaricdən idarə olunan şəbəkə ifşa edildi Dünən, 16:48 Quba-Xınalıq yolunda yenidən torpaq sürüşməsi olub Dünən, 16:48 Ümummilli Lider Heydər Əliyevin siyasi irsi və tarixi Zəfərə aparan yol - ŞƏRH Dünən, 16:48 Quba-Xınalıq yolunda torpaq sürüşməsi nəticəsində bağlanan yol açılır Dünən, 16:48 Bakıda vətəndaşın evini söküb pul verməyən şirkət rəhbəri həbs edildi Dünən, 16:48 Zaqatalada sel təhlükəsi yaranıb, çaylara texnikalar cəlb olunub Dünən, 16:48 İnfarktdan ölmədi, tüstüdən boğulub öldü: Əhmədlidəki yanğının təfərrüatı Dünən, 16:48 "Fənərbağça"nın nümayəndələri Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər Dünən, 16:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR