
Türkiyənin İsparta şəhərində yol qəzası yerinə yardıma gələn polis və ambulans avtomobillərinə başqa nəqliyyat vasitəsi çırpılıb.
“AVESTA.AZ” -ya istinadən xəbər verir ki, iki yol-nəqliyyat hadisəsində biri körpə olmaqla ümumilikdə 10 nəfər yaralanıb.
Bildirilib ki, qəza yerli vaxtla 12:30 (Bakı vaxtı ilə 13:30) radələrində İsparta – Antalya şosesinin 8-ci kilometrliyində tunel girişində olub. Məlumata görə, zərərçəkmişlərdən üçü birinci, yeddisi ikinci qəzada yaralanıb.
Qeyd olunub ki, yaralıların vəziyyəti yaxşıdır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.