Azərbaycan para-üzgüçülük milli komandası aprelin 21-dən 28-dək Portuqaliyanın Madeyra şəhərində təşkil ediləcək Avropa Açıq Çempionatında mübarizə aparacaq.
Federasiyadan "Report"a verilən məlumata görə, Paris Paralimpiyadasına hazırlıq məqsədi daşıyan turnirdə ölkəmizi kişilərdə Vəli İsrafilov ilə Raman Saley, qadınlarda isə Könül Süleymanova təmsil edəcək.
Qeyd edək ki, milli komandamızı yarışa məşqçi Anar Məmmədov çıxaracaq.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.