
Bakının Suraxanı rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"AVESTA.AZ"un məlumatına görə, Yeni Günəşli qəsəbəsində avtomobil 2007-ci il təvəllüdlü Həsənzadə Mirsadıq İlham oğlunun idarə etdiyi motosikletlə toqquşub.
Hadisə zamanı xəsarət alan motosikletin sürücüsü təcili tibbi yardım köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.
Faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.