
Xaçmaz şəhərində yerləşən bazar ərazisində yanğın olub.
Bu barədə “AVESTA.AZ”a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Bildirilib ki, bazarda bir dam altında tikilən ümumi sahəsi 2500 m² olan 20 ədəd müxtəlif təyinatlı obyektdən 2 ədədinin dam örtüyünün taxta atmaları 215 m² sahədə və içərisində 2 ədəd soyuducu yanıb.
Bitişik obyektlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.