
“Qalıq yanacaqdan istifadə dövrü sona çatacaq”.
“AVESTA.AZ” xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts deyib.
“Əlbəttə, bu da hamımıza aydındır: qalıq yanacaq erası başa çatır. Bizim hamımız üçün bu, sənaye proseslərinin dəyişdirilməsi deməkdir”, - kansler bildirib.
O, həmçinin Rusiya ilə ticarət əlaqələrini kəsdikdən sonra Almaniyanı qazla təmin etdiyinə, o cümlədən yeni yataqların işlənməsinə görə Norveçə minnətdarlığını bildirib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.