
İngiltərə millisinin sabiq futbolçuları Con Terri və Endi Koulun adları Premyer Liqanın Şərəf Zalına daxil edilib.
“AVESTA.AZ” xəbər verir ki, bu barədə Premyer Liqanın rəsmi saytı məlumat yayıb.
Endi Koul İngiltərə çempionatında meydana çıxdığı 415 oyunda 187 qol vurub, 69 assistlə yadda qalıb. O, karyerası ərzində “Mançester Yunayted”, “Nyukasl”, “Blekbern”, “Mançester Siti” və “Sanderlend” klublarının şərəfini qoruyub.
Müdafiəçi mövqeyində çıxış edən Terri isə 492 oyun keçirib və rəqib qapılarına 41 dəfə yol tapıb. 43 yaşlı oyunçu 16 qola məhsuldar ötürmə edib. Con karyerası ərzində "Çelsi" və "Aston Villa" kollektivlərində çıxış edib.
Qeyd edək ki, hər iki futbolçu 5 dəfə İngiltərə çempionu olub.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.